GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN-dəki deşifrə başqa nazirliklərə də keçir

MTN-dəki deşifrə başqa nazirliklərə də keçir

Tarix: 24-10-2015, 19:13 Bölmə :Ölkə Baxış: 0
MTN-dəki deşifrə başqa nazirliklərə də keçir

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

gundemxeber.az "Qafqazinfo"ya istinadən bildirirk i, Vidadi Məmmədovun işdən azad olunması sıradan bir hadisə yox, son günlər həyata keçirilən "təmizləmə siyasəti"nin tərkib hissəsidir.

Belə ki, Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Elə onun bu sistemə yerləşdirilməsi də məhz Eldar Mahmudovun səyi nəticəsində baş tutub.

Maraqlıdır ki, Vergilər Nazirliyində ən yüksək və strateji postlardan birinə gətirilən V.Məmmədov general rütbəsinə qədər yüksəlib. Onun bu postda MTN generalı Akif Çovdarov sayağı fəaliyyət göstərdiyi bildirilir.

MTN-dəki deşifrə başqa nazirliklərə də keçir

Məmmədovun əsas vəzifəsi iş adamlarına qarşı həmin mafioz qruplar tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsinə çevrilmək, onlarla əlbir olmaqdan ibarət olub.

Məlumatlara görə, V. Məmmədov işa adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilirmiş.

Onun bu hərəkəti Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə narahatlıqda qarşılanıb və ona özünü yığışdırması haqda göstərişlər verilsə də nədənsə vergi generalının "qoruyucu mələyi" Eldar Mahmudov araya girərək onu hər dəfə xilas edə bilib.
Məhz dövlət başçısının məlum müşavirədəki fikirlərindən dərhal sonra, hələ Eldar Mahmudov işdən qovulmamışdan qabaq çıxarılaraq sərəncama götürülən Vidadi Məmmədov dünən rəsmən vergi sistemindən azad edilib.

Bu məqamda qeyd edək ki, bir neçə gün əvvəl Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri Beytulla Hüseynov da həbs olunub.

MTN-dəki deşifrə başqa nazirliklərə də keçir

Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur.

Hazırda demək olar ki, Eldar Mahmudovun bütün sistemlərə-hüquq-mühafizə orqanları və digər dövlət qurumlarına soxuşdurduğu "kadrlar"ın tapılaraq işdən çıxarılması, onlarla əlbir olan şəxslərin əməllərinin aşkar edilməsi, günahkarların ən ciddi şəkildə cəzalandırılması, iş adamlarının pozulmuş hüquqlarının bərpası və digər məsələlərlə bağlı tədbirlər görülür.

Bildirilir ki, ilk növbədə Eldar Mahmudovun soyduğu iş adamlarının ərizələri həm Baş Prokurorluqda, həm də Prezident Adminstrasiyasında alınır.

MTN-dəki deşifrə başqa nazirliklərə də keçir

Artıq düz 1 həftədir ki, başlayan prosesdə olduqda ilginc faktların ortaya çıxdığı məlum olub. İşdən azad olunanların və həbs edilənlərin prosesin yalnız başlanğıcı olduğu deyilir.

MTN günahkarları ifşa olunandan sonra o da məlum olub ki, Azərbaycanda heç bir sərhəd tanımadan iş adamlarını dəhşətli üsullarla şantaj edərək soyan şəxslərin başında duran əsas adam general Akif Çovdarovdur.

Xaricdən Azərbaycana gələn iş adamlarını elə hava limanındaca qandallayıb "padval"a salan Akif Çovdarovun aldığı ən kiçik rüşvətin məbləğinin 2-3 milyon dollar olduğu bildirilir.

Qeyd edək ki, bütün bu faktlar incəliyinə qədər artıq sənədləşdirilib. Hətta son 1 həftədə onlarla iş adamı Bakıya təcili uçuşlar edib.
Məlumatlara görə, son günlər prezident tərəfindən gömrükdə sadələşmənin tətbiqi haqda verdiyi fərman, eyni zamanda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması məhz görülən ciddi tədbirlərin tərkib hissədidir.

Yaxın günlərdə Azərbaycanda daha böyük islahatların həyata keçirilməsi qaçılmazdır və bununla bağlı ən yüksək səviyyədə siyasi iradə ortaya qyulub.

Əsas məqsəd Azərbaycanda bütün qurumların üzərinə ASAN xidmət vəzifəsi qoymaq, iş adamlarının, sahibkarların, orta təbəqə insanlarının birmənalı şəkildə problemsiz fəaliyyətini təmin etmək və bununla da neft asılılığından birdəfəlik yaxa qurtarmaqdır.

Başlıca zərbənin yaxın günlərdə monopoliyaların mövcud olduğu sahələrə vurulacağı gözlənilir. Eyni zamanda MTN-in demək olar ki, hazırki strukturunun dağıdılacağı, şəffaf, əsl dövlət maraqlarına söykənən sistemin qurulacağı qarşıya qoyulan vəzifələrdən biridir.

Aparılan işlərlə bağlı daha böyük bir tədbir bu illər ərzində şərlənərək həbs olunan iş adamları və ayrı-ayrı şəxslərin cinayət işlərinin yenidən məhkəməyə qaytarılması ilə bağlıdır.

Məhkəməyə qaytarılacaq işlər əsasında bəraət alaraq həbsdən azad olunacaq iş adamlarının sayının isə kifayət qədər çox olacağı bildirilir.

Qeyd olunur ki, son bir həftə ərzində başlanan bu proses iş adamları arasında böyük ruh yüksəkliyinə səbəb olub və prezidentə rəğbəti artırıb.

Hər halda bütün bu sadalananların hansı səviyyədə gerçəkləşəcəyini bir neçə günə görəcəyik və daim bu mövzunu diqqətdə saxlayaraq ictimaiyyətə məlumat verəcəyik.

Qeyd edək ki, son bir həftədə sözügedən cinayətdə şübhəli bilinən 10-a qədər MTN əməkdaşı həbs edilib, onlarla yüksək vəzifəli şəxs isə postundan azad olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Daha bir general saxlanıldı

    Daha bir general saxlanıldı ...

    25-10-2015, 19:36

  • 
  • Vergi generalı hələ də öz kefindədir - Vidadi Məmmədov Bakıda restoran bağlatdırdı

    Vergi generalı hələ də öz kefindədir - Vidadi ...

    5-08-2016, 01:20

  • 
  • Eldar Mahmudovun "vergi cəlladı" Elmlər Akademiyasında yüksək vəzifəyə təyin olundu - İLGİNC

    Eldar Mahmudovun "vergi cəlladı" Elmlər ...

    4-10-2018, 13:03

  • 
  • Eldar Həsənov Bakıya niyə çağrıldı?

    Eldar Həsənov Bakıya niyə çağrıldı? ...

    31-10-2015, 22:57

  • 
  • MTN çetesinin ifşasının 3 ili - Eldar Mahmudov və adamları üzə çıxır

    MTN çetesinin ifşasının 3 ili - Eldar Mahmudov və ...

    8-10-2018, 14:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu