Bakı şəhər Nəsimi rayon sakini olan 1974-cü il təvəllüdlü Bənövşə Bağırova (ad və soyad şərtidir) üzləşdiyi zorakılıq əməli ilə bağlı polisə müraciət edib.
gundemxeber.az lent.az-a istinadən məlumatına görə, qadın polisə bildirib ki, bir neçə gün əvvəl şəhərin mərkəzindəki otellərdən birinin 1915 saylı nömrəsində İldar Sultanov adlı şəxs ona qarşı zor tətbiq edib və İPhone markalı telefonu ilə 250 manat pulunu əlindən alıb. Qadının sözlərinə görə, həmin şəxs şirkətlərdən birində çalışır və onunla bir müddət əvvəl tanış olub.
İ.Sultanovun qadının telefonu və pulunu hansı səbəbdən əlindən alması məlum deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?