Bakı sakini aldığı telefonun orijinal olmadığını öyrəndikdən sonra polisə şikayət edib. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən Bağırov Bağır Zakir oğlu bir neçə gün əvvəl Bayıl qəsəbəsində tanımadığı şəxsdən 150 manat müqabilində İPhone markalı telefon alıb. Daha sonra həmin telefonu mütəxəssisə göstərən B.Bağırov aparatın orijinal deyil, Çin istehsalı olduğunu müəyyənləşdirib.
Aldandığını yəqinləşdirən şəxs ona telefon satan adamın tapılaraq məsuliyyətə cəlb edilməsin xahiş edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?