GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda ana ölümlərinin səbəbləri AÇIQLANDI

Azərbaycanda ana ölümlərinin səbəbləri AÇIQLANDI

Tarix: 26-10-2015, 17:34 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda ana ölümlərinin səbəbləri AÇIQLANDI

"Azərbaycanda ana ölümünün strukturunda hipertenziv vəziyyətlər - preeklampsiya əsas səbəblərdən biridir".

Bunu APA-ya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının üzvü Leyla Məmmədova deyib.

O bildirib ki, məhz preeklampsiyanı vaxtında aşkar edib vaxtında müvafiq tibb müəssisəsində tibbi yardım göstərməklə ana ölümlərini azaltmaq mümkündür: "Lakin əfsus ki, qadınlar bəzən qeydiyyata çox gec dayanırlar və yaxud da ancaq hansısa bir problem yarandıqdan sonra həkimə müraciət edirlər. Bu gün biz, anaların vaxtında qeydiyyata dayanmaları, antenatal dövrün vacibliyini diqqətlərinə çatdırmaq üçün maksimum səylərdən istifadə edirik".

1999-cu ildə Azərbaycanda ana ölümü göstəricisi hər 100 000 diridoğulana 43,4 idisə, 2007-ci ildə bu göstərici 35,5, 2009-cu ildə 24,3, 2014-cü ildə isə 14,6 olub.

L. Məmmədovanın sözlərinə görə, Azərbaycanda ana ölümü göstəricisində artım deyil, azalma müşahidə olunur: "Əgər 1999-cu ildə Azərbaycanda ana ölümü göstəricisi hər 100 000 diridoğulana 43,4 idisə, 2007-ci ildə bu göstərici 35,5, 2009-cu ildə 24,3, 2014-cü ildə isə 14,6 olub. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana ölümü qadının hamiləlik dövründə, hamiləliyin müddətindən və lokalizasiyasından asılı olmayaraq və ya hamiləlik başa çatdıqdan sonra 42 gün ərzində hamiləliklə əlaqəli hər hansı bir səbəbdən, yaxud da ya hamiləliklə, hamiləliyin aparılması ilə əlaqəli ağırlaşan hər hansı bir səbəbdən ölüm kimi təyin edilir. Bədbəxt hadisə və ya təsadüfən meydana çıxan səbəbdən hamilə və zahı qadının ölümü ana ölümü hesab olunmur. Ana ölümü göstəricisi hər 100 000 diridoğulana ana ölümü hadisələrinin sayı kimi göstərilir. Minilliyin 5-ci inkişaf məqsədinə uyğun olaraq dünya ölkələri 1990-2015-ci illər ərzində ana ölümü göstəricisini 75 faiz azaltmaq öhdəliyini götürüblər. 1990-cı illə müqayisədə ana ölümü halları dünya üzrə 45 faiz azalıb".

Elmi katib əlavə edib ki, hər bir ana ölümü halı ölüm baş verən doğuşayardım müəssisəsinin Tibbi Şurasında və Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm isə mamalıq ağırlaşmaları təhlili üzrə Doğuşayardım Komissiyasında ciddi müzakirə olunur: "Hamiləliyin ilk həftələrindən başlayaraq son günə qədər aparılan bütün müayinələr və müalicə taktikası Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri tərəfindən təhlil olunur və Doğuşayardım komissiyasının iclasında müzakirə olunur. Təhlil nəticəsində aşkar olunmuş təşkilati nöqsanlar, tibbi xidmətdə yol verilmiş nöqsanlar müvafiq tibb müəssisəsinin rəhbərinin və tibb işçilərinin nəzərinə çatdırılır. Hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölüm tibb işçisi tərəfindən qarşısı alına bilən səbəbdən baş veribsə, tibb işçisi lazım olan tibbi xidmət göstərməyibsə, bu halda həkim barəsində müvafiq intizam tədbirləri görülür".

L. Məmmədova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın 115 ölkəsində 60000-dən artıq ana ölümü halının təhlili aparılıb: "Bu təhlil üzrə tədqiqat nəticəsində sağlamlıqda olan mövcud problemlər, diabet, İİV, malyariya və piylənmə hamiləlik dövründə ağırlaşaraq ölüm hallarının 28 faizinə səbəb olub. Digər səbəblər - ağır qanaxma - əsasən doğuş zamanı və doğuşdan sonra 27 faiz, infeksiya - 11 faiz, fəsadlaşmış doğuşlar və digər bilavasitə mamalıq səbəbləri 9 faiz, abortun fəsadları - 8 faiz və tromb (emboliya) - 3 faiz təşkil edib".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ana ölümünün azaldığı deyilir

    Ana ölümünün azaldığı deyilir ...

    3-06-2016, 15:55

  • 
  • Doğuş zamanı 24 ana ölümü faktı qeydə alınıb

    Doğuş zamanı 24 ana ölümü faktı qeydə alınıb ...

    21-12-2013, 12:24

  • 
  • Leyla Şıxlinskayanın Klinikasında ana doğuş zamanı öldü

    Leyla Şıxlinskayanın Klinikasında ana doğuş ...

    11-09-2017, 18:42

  • 
  • Ana ölümlərinə görə 9 həkim işdən çıxarıldı

    Ana ölümlərinə görə 9 həkim işdən çıxarıldı ...

    2-12-2013, 16:53

  • 
  • 10 həkim işdən qovulub

    10 həkim işdən qovulub ...

    21-12-2013, 12:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu