Doğuş zamanı baş verən ana ölümü faktları ilə bağlı 10 həkim işdən kənarlaşdırılıb. Bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva şənbə günü nazirlikdə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il baş vermiş 24 ana ölümü faktının 23-ü araşdılırıb. İki gün əvvəl baş vermiş son ana ölümü faktı ilə bağlı isə ekspertizanın nəticələri gözlənilir: "Ümumilkdə, doğuş zamanı baş verən ana ölümləri ilə bağlı 10 həkim işdən kənarlaşdırılb, 77 tibb işçisinə müxtəlif inzibati cəzalar verilib".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?