Şəki rayonu Oxud kənd sakini Əhmədov Kənan Nemət oğlunun, “Gündəm Xəbər”in elektron poçtuna göndərdiyi açıqlamaları olduğu qaydada diqqətinizə çatdırırıq. O, yazır ki, “mən, Əhmədov Kənan Nemət oğlu Şəki şəhəri Oxud kənd sakiniyəm. Adı çəkilən kəndin sakini olmağıma baxmayaraq, bu gün İmişli rayonu Qaradonlu küçəsi ev-2 ünvanında qaynatamgildə yaşayıram. İkinci qrup əlil olduğum üçün, hal-hazırda dövlətdən yalnız 50 manat təqaüd alıram. Özümlə bərabər, uşağım da xəstədir. 12 nəfərlik ailə üzvləri ilə birlikdə bir evdə yaşayırıq. Dəfələrlə Şəki rayon İcra Hakimyəti Aparatında qəbullarda olmuşam, çox təəssüflər olsun ki, bir kimsə dərdimə əlac etməyib. Adicə boş torpaq sahəsi istəmişəm, ona da məhəl qoyan olmadı. Çox vaxt da məni qəbullardan zorla çıxarıb bayıra atıblar.
Boş torpaq sahəsi almaq üçün, məndən əvvəlcə 600 manat rüşvət istədirlər. Görəsən onların qol qoyduqları belə bir ədalətsizliklərdən, ölkə rəhbəri cənab İlham Əliyevin xəbəri varmi? Əgər xəbəri yoxdursa, o halda agah olsun ki, mənim İmişli rayonunun məmurlarına rüşvət verməyə imkanim yoxdur. Dəfələrlə adiyyəti üzrə müəyyən qurumlara muraciətlərimi, şikayətlərimi göndərmişəm, bir kimsə baxmayıb, heç kim də maraqlanmayıb. Bu ölkədə mənə bir kimsə sahib çıxmır. Qapısnı döymədyim məmur qalmayıb, bezmişəm belə bir yaşayışdan. Budurmu Azərbaycan vətəndaşına qoyulan hörmət? Əgər bu dövlət mənim qayğma qalmırsa, qayğmi cəkmirsə, ailəmin yanında məni üzükölgəli qoyursa, o halda mənim başqa çıxış yolum qalmır, yalnız özümü intihar etmək zorundayam” deyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?