GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cavid Qurbanov dosyesi: İranla gizli əlaqələr

Cavid Qurbanov dosyesi: İranla gizli əlaqələr

Tarix: 27-10-2015, 19:30 Bölmə :Ölkə Baxış: 0
Cavid Qurbanov dosyesi: İranla gizli əlaqələr

Mütəllibov üçün “Qaynana yolu” və “yoxa çıxan” milyonlar…
Cavid Qurbanov 123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

Cari ilin fevralından bu günə qədər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini də daşıyır.

Xeberler24.com 20 oktyabr 2015-ci il tarixli məqalədə qeyd edirdi ki, Kəlbəcər seçiciləri Cavid Qurbanovu daha deputat görmək istəmirlər.

Artıq seçki təşviqatına start verən Cavid Qurbanov hər seçkidə olduğu kimi bu il də pulu işə salmağa başlayıb. Namizəd olduğu dairədə məskunlaşan kəlbəcərlilərin səsini qazanmaq üçün yataqxanalarda və Bakının müxtəlif yerlərində məskunlaşmış insanlara maddi dəstək göstərən Cavid Qurbanov ənənəvi seçki taktikasını bu il də davam etdirmək istəyir.

Ancaq kəlbəcərlilərin Cavid Qurbanova olan narazılığı günü-gündən böyüməkdədir. Buna səbəb Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiəsində Cavid Qurbanovun kölgədə qalmasıdır. Dilqəmlə Şahbazın çətin vəziyyətdə qalan ailələrinə heç bir dəstək göstərməyən, amma özünü kəlbəcərlilərin dayağı kimi göstərməyə çalışan Qurbanov bu dəfə böyük təzyiqlə üzləşib. Bu məsələylə bağlı susmağa üstünlük verən C.Qurbanovun soyuq münasibəti rayon camaatı tərəfindən qəzəblə qarşılanıb”.

“Gündəm Xəbər” qəzeti 30 may 2013-cü il tarixində gedən “Korrupsiya və qaranlıq keçmiş “Azəryolservis” rəhbərini bitirir” məqaləsini də C. Qurbanovun bəd əməllərinə həsr edib.

Burada Böyük İpək Yoluna daxil olan Şərq-Qərb magistral yolunun bərpası və yenidən qurulması ilə bağlı bəzi məqamlara diqqət yetirilib. Yolun təkmilləşdirilməsi layihəsini maliyyələşdirmək üçün Asiya İnkişaf Bankının (AİB) ölkəyə verdiyi borc əsasında çəkilən yola 49 milyon dollar nəzərdə tutub. Lakin müqavilədə bu rəqəm bir yerdə 30.848.135 AZN göstərilib. “İmpressa” şirkətinin saytında isə bu rəqəm 35 milyon avro olaraq qeyd olunub. Azəryolservis ASC-nin saytında isə maliyyə haqda azeryol.az məlumat yoxdu.
O da qeyd edilib ki, sözügedən layihənin ilk bölümünün həyata keçirilməsi Cavid Qurbanova həvalə olunub.

Ölkədə 80 rayon olduğu halda deputatın tabeliyində 120-dən çox yol idarəsi fəaliyyət göstərir ki, onlar əslində sadəcə korrupsiya mənbəyidir. Bundan başqa Cavid Qurbanov özünə məxsus ağır texnikanı dövlətə icarəyə verməklə məşğuldur. “Azəryolservis” şefi bu işi əvvəl “Texnika A” şirkətilə görürdüsə, indi “Kəpəz” şirkətilə görür.

Cavid Qurbanovun Istanbulda nəvəsinə dəbdəbəli doğum günü keçirməsi, sürücülərilə bağlı qalmaqal da, Daşkəsəndə 12 il həbsdə olmuş bir şəxsi yol idarəsinə rəis təyin etməsi onun əleyhinə istifadə edilə biləcək faktlardandır. Ən əsası isə Gürcüstanın baş naziri Bidzin Ivanaşvilinin Qars – Axalkələki – Tiflis – Bakı dəmiryolunun çəkilişilə bağlı narazılığıdır. Ivanaşvili dəmiryolunun inşasında şübhəli məqamların olduğunu demişdi. Hətta xüsusi olaraq bununla bağlı Bakıya səfər etmişdi. Bu layihənin icrası isə Cavid Qurbanova həvalə edilib.

Maide.az 6 fevral 2015 tarixində yazırdı ki, Təhsil naziri Mikayıl Cabbarovla “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov arasında qarşıdurma yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, problemin kökündə Ağdamın təhsil şöbəsinin müdiri dayanır. Bildirilir ki, Mikayıl Cabbarov şöbə müdiri Elmira Şükürovanı işində verdiyi qanunsuzluqlara görə işdən çıxarmaq istəyir. Lakin Cavid Qurbanov buna mane olur. Məlumata görə, Elmira Şükürova Cavid Qurbanovun yaxın qohumudur.

“Bizim yol” qəzeti 22 fevral 2013 qeyd edirdi ki, saytlardan birində Cavid Qurbanovun İranın xüsusi xidmət orqanları ilə əlaqəsi haqda yazılıb. Dia.az yazır: “Cavid Qurbanov bu günə qədər İran kəşfiyyatına aid iqtisadi şəbəkələrlə gen-bol əməkdaşlıq münasibətində olub və bu gün axtarışda olan, Qurbanovun sürücüsü kimi tanınan Mahir Lənkəranlı faktoru da bu əlaqələrin təcəssümü kimi qəbul edilə bilər. Bu barədə məlumatı verən bilgili qaynaq iddia edir ki, Cavid Qurbanov necə ki, İrana aid şübhəli iş adamlarının Azərbaycanda fəaliyyətinə şərait yaradır, eləcə də onun İranda böyük biznesi var. …

Cavid Qurbanov İranda böyük biznes şəbəkəsi qurub və bu gün İrandan Türkiyəyə daşınan bir sıra İran istehsalı olan mallar məhz Cavid Qurbanovun da ortaqlıq etdiyi İran-Türkiyə biznes şəbəkəsinə aid şirkətlərdən biri tərəfindən həyata keçirilir. Bu şirkətin adı Türk-İran İş Mərkəzidir”.

“Yeni Müsavat” bir müddət öncə yazmışdı ki, Qurbanova məxsus “Gəncəbank” ASC dövlətin fermerlərə ayırdığı krediti Gəncəbasarda 25-30 faiz “şapka” ilə kəndlilərə verir. Qəzet bundan başqa Cavid Qurbanovun qışda yollara səpilmək üçün aldığı “20 milyon manatlıq duz korrupsiyası” haqda da yazmışdı. “Gəncəbank”la bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırmalar apardığı bildirilmişdi. Eyni zamanda bir müddət əvvəl MTN-nin Cavid Qurbanovu yoxladığı haqda da “Bizim Yol”a məlumat daxil olmuşdu.

“Yeni Müsavat” qəzeti 24 iyun 2012-ci il tarixli məqaləsində C. Qurbanovun müğənnilərə çoxlu pul xərcləməsindən yazıb. Burada göstərilir ki, deputatın “Azərbaycan Dəmir Yolları” ASC-nin sədri Arif Əsgərova məxsus restoranda gecə yarısı çıxardığı hoqqa və üç müğənniyə (biri xanım) 150 min dollar pul xərcləməsi əsl sensasiya nümunəsidir.

Ümumiyyətlə, məlum olur ki, C.Qurbanovun əyləncə gecələri bir qayda olaraq Binəqədi rayonu ərazisində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova məxsus restoranda (məşhur “Zəngəzur” restoranı ilə üzbəüz) təşkil edilir.

Belə gecələrdən birində Qurbanov yalnız müğənnilərin qonorarlarına 150 min dollar ödəyib (120 min Vasif Məhərrəmliyə, 15 min dollar Xatirə İslama, 15 min dollar da “biznes ledi” ayamalı, kaprizli və qürurlu müğənniyə).

Başqa bir mənbə isə iddia edir ki, C.Qurbanov imkan düşən kimi xaricə çıxır və orada da bahalı əyləncələrini davam etdirir. Bu yaxınlarda o, Türkiyədə yaxınlarına dəbdəbəli ad günü də keçirib. Bundan başqa, ekzotika həvəskarı olan C.Qurbanov Patamdar qəsəbəsində 1 hektar ərazini satın alıb, sakinlərə təzminat ödəməklə, bir çox evləri sökdürüb və boşalan ərazidə əzəmətli bir villa tikdirib”.

Qeyd olunur ki, Əbdürrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyin olunması və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohumluğu onu ilk vəzifəyə gətirib. Maştağa qəsəbəsində qaraj müdiri kimi çalışan Qubanov o vaxt işlədiyi yerdə “yeyən” müdir kimi ad çıxarıbmış.

Ayaz Mütəllibovun hakimiyyəti dövründə isə onun bayrağı altına keçən millət vəkili Maştağaya birinci prezidentin xatirinə “qaynana” yolu çəkdirir. Bununla da münasibətlərini Mütəllibovla “yoluna qoyan” Cavid Qurbanov ilk xalını qazanır.

Mənbə daha sonra bildirir ki, Cavid Qurbanov mərhum dövlət başçısı Heydər Əliyev dönəmində də “xüsusi bacarığı” sayəsində mühüm post tutub. Lakin H. Əliyev o vaxtkı “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti C. Qurbanovu işdə yol verdiyi nöqsanlar və vəzifəsindən sui-istifadə etdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırıb. Bundan sonra Rusiyaya qaçan Qurbanov Mahir Cavadovla sıx əlaqələr qurur.

Sonradan isə Qurbanov yenidən kanallarını işə salaraq Heydər Əliyevdən əfv diləyib və bağışlanılıb. Bundan sonra isə tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədəki oliqarx-məmurlar sırasına qatılıb.

“Azəryolservis”dən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə gətirilən Cavid Qurbanov yeni vəzifəsindən narazıdır və buna görə də köhnə müdiri Ziya Məmmədova savaş açıb”.

Çünki artıq mandat onun üçün çox kiçik imtiyazdır. Artıq o da nazir olmaq istəyir.

Azerinfo.org

P.S Hörmətli millət vəkilinin dövrü mətbuatda yazılanlara münasibətini öyrənmək istəsək də, təəssüf ki, heç bir koordinatını tapa bilmədik.

MediaXeber.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • Cavid Qurbanovun adı siyahıdan çıxarıldı

    Cavid Qurbanovun adı siyahıdan çıxarıldı ...

    27-12-2019, 16:02

  • 
  • Cavid Qurbanov himn yazdı - MƏTN

    Cavid Qurbanov himn yazdı - MƏTN ...

    20-10-2014, 17:14

  • 
  • CAVİD QURBANOV bir qrup jurnalistə ev bağışladı

    CAVİD QURBANOV bir qrup jurnalistə ev bağışladı ...

    6-09-2017, 13:15

  • 
  • Cavid Qurbanov 3 milyonluq mülkü satışa çıxarıb... - İDDİA

    Cavid Qurbanov 3 milyonluq mülkü satışa ...

    12-08-2021, 17:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (423)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu