“Sədərək” Ticarət Mərkəzinin satıcıları alıcılıq qabiliyyətinin aşağı düşməsindən ciddi narahatdırlar. Onlar yaranmış vəziyyəti mətbuata şərh ediblər. “Ticarət mərkəzində alıcılıq qabiliyyəti aşağı düşüb. Alverin zəif olması getdikcə bizi müflis edəcək. Və bu cür davam edəcəyi halda biz “Sədərək”də qalıb ticarət edə bilmərik”.
“Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Modern.az-a açıqlamasın bildirdi ki, Məhərrəmliklə əlaqədar olaraq cehiz, hədiyyə alanlar alverə gəlmirlər. Doğrudur, havaların soyuması səbəbindən qış paltarlarının satışında xeyli irələyiş yaradıb. “Sədərək”də qiymətlər düşsə də, alver yenə zəifdi”.
Mətbuat katibi 10 min dollaradək malın gömrük rusumu ödənilmədən ölkəyə gətirilməsinə icazə verilməsini nəzərdə tutan fərmanın ticarətə gətirəcəyi müsbət tərəfləri də qeyd etdi: “Bu fərman alverə çox böyük təsir edəcək. Əvvəllər 1000 manat dəyəri olan mallara gömrükdə dövlət rusumu tutulurdu, satıcı da məcbur olub baha satırdı. Amma bundan sonra 10 min dollardan aşağı olan mallara dövlət rüsumu tutulmayacaq və bu da sahibkarın malını əvvəlkindən ucuz satmasına gətirib çıxaracaq”.
Ticarət mərkəzinin rəsmisi deyir ki, “Sədərək” bazarının bağlanacağı haqda yaılan informasiyalar həqiqəti əks etdirmir.
“Sadəcə işini düzgün qura bilməyənlər, ticarətlə bağlı anlayışı olmayanlar tez müflis olur və mağazasını bağlayıb gedir. Burada minlərlə insana iş var. Buranın bağlanması ölkədə işsizlərin sayının artmasına çox böyük təsir edər”.
Kəmaləddin Qədimin sözlərinə görə, ötən illə müqayisədə qiymətlər xeyli aşağı düşüb. Amma bu da alverin güclənməsinə təsir etməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?