gundemxeber.az - a prezident İlham Əliyevin cəmiyyətə son çağırışından ürəklənərək bu müraciətə dəstək vermək niyyətiylə fəal vətəndaş mövqeyi sərgiləyən bir mənbəmizdən Müdafiə Nazirliyinin yüksək çinli məmuru haqqında olduqca ilginc məlumat daxil olub.
Belə ki, baş qərargah rəisi Nəcməddin Sadıqovun ən yaxın adamlarından hesab olunan Koordinasiya İdarəsinin rəisi, polkovnik Elxan Məcidova məxsus olduğu iddia edilən və Şüvəlanda bir hektar ərazidə inşa edilən dəyəri milyonlarla ölçülən bağ evinin 8 fotosunu və videosunu göndərən mənbə əlavə məlumatlar da göndərəcyini bildirib.
Maraqlıdır ki, göndərilən fotolarda və videoda bağ evində işləyənlərin hamısı hərbi geyimdədirlər və söhbət əsnasında hansı hərbi hissədə xidmət keçdiklərini, nə qədər xidmət etdiklərini deyirlər. Hətta adını çəkmək istəmədiyimiz gizirdən başqa bir hərbi hissə komandiri də həmin həyətdə görüntülənib.
Bəlli olub ki, bir müddət öncə tikintidə yıxılan əsgərin birinin qıçı sınıb və o 3 ay hərbi hospitalda yatıb. Cənub bölgəsindən olan həmin əsgərin sağalaraq hərbi xidmətini davam etdirdiyi də iddia olunur.
Videonu bizə göndərən mənbə bir qədər gözləməyimizi və əlavə daha heyrətamiz videogörüntülər təqdim edəcəyini bildirdiyindən əlimizdə olan 5 dəqiqəlik videonu oxuculara təqdim etmirik. Amma tezliklə heyrət doğuracaq mənzərələri görəcəyinizə də söz veririk...
Mənbə təqdim etdiyi şəkildə məhz villanın giriş qapısı üzərindəki daşda oyma ilə "EM", yəni Elxan Məcidov yazıldığını iddia edir. Bunu dəqiqləşdirmək və bu bağ evinin kimə məxsus olduğunu araşdırmaq imkanında olmadığımız hər kəs bəllidir. Amma Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Müdafiə Nazirliyi rəhbərliyi istəsə həmin fotoları və görüntüləri məmnuniyyətlə onlara təqdim edə bilərik...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?