İntihar etdiyi bildirilən əsgər Quliyev Rüstəm Firudin oğlunun qardaşı Emin Quliyevin İnterpress.az-a açıqlama verib. “Qardaşımın xidmət etdiyi hərbi hissəyə sonuncu dəfə yanvarın 6-da getmişdim.
Qardaşım vəziyyətindən şikayətlənirdi. Məndən xahiş edirdi ki, onun yerini dəyişdirək. Bu isə mümkün deyildi. Emin yeniyetmə olduğu zaman bağırsaqlarından əməliyyat olunmuşdu. Ona soyuq olmazdı. Əsgərlikdən təxris oluna bilərdi, lakin imtina etdi. O, çox şikayətlənirdi, qardaşımı incidirdilər. Qardaşımı xilas edə bilmədim. Onu kimlərin incitdiyini bilmirəm. Yanvar ayının 9-da qardaşımı hərbi hissənin daxilindəki tibbi məntəqəyə apardılar.
Ancaq düşünürəm ki, onun özünü öldürməsinə səbəb səhhətindəki problem deyildi. Qardaşıma hərbi hissədə işgəncə verilirdi. Hazırda hərbi hissədən bir neçə çavuş və əsgəri dindirmək üçün istintaqa cəlb ediblər.
Mən çox istəyirəm ki, Müdafiə Nazirliyi qardaşıma qarşı olanlarla bağlı açıqlama versin. Mətbuat nümayəndələrindən xahiş edirəm, hüquqlarımızı müdafiə etmək üçün bizə kömək etsinlər. Qardaşımı həkim tibbi ekspertiza yarıb. Bizə ilkin məlumat verilməyib”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?