GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » SOCAR-a qarşı qaz intriqaları: İvanişvili axır ki, danışdı...

SOCAR-a qarşı qaz intriqaları: İvanişvili axır ki, danışdı...

Tarix: 28-10-2015, 15:07 Bölmə :Ölkə Baxış: 0
SOCAR-a qarşı qaz intriqaları: İvanişvili axır ki, danışdı...

Gürcüstan hökumətinin Rusiyadan qaz alınmasına dair başladılan danışıqlara dair ziddiyyətli açıqlamalarının davam etdiyi bir vaxtda energetika naziri Kaxa Kaladze oktyabrın 26-da Milanda “Qazprom” rəhbəri Aleksey Millerlə ikinci dəfə görüşüb.

Virtualaz.org saytı xəbər verir ki, təfərrüatları barədə məlumat verilməyən görüşdə “Qazprom”un Gürcüstanın kommersiya qaz bazarında iştirakına dair danışıqlar aparılıb.

Bunun ardınca “Gürcü arzusu” koalisiyasının “boz kardinalı” Bdzina İvanişvili ilk dəfə Rusiya ilə qaz danışıqlarına dair yaranmış siyasi qalmaqalı şərh edib.

İvanişvili təsdiq edib ki, məqsəd SOCAR-ın Gürcüstanda inhisarçı statusunun aradan qaldırmaq və kommersiya müəssisələrinin qazı daha sərfəli qiymətə almasını təmin etməkdir.

Bdzina İvanişvili oktyabrın 27-də jurnalistlərlə söhbətində xatırladıb ki, Gürcüstan ərazisindən qaz kəməri keçir. Bu qaz kəməri ilə Ermənistana qaz nəql olunur və Gürcüstan bundan müəyyən gəlir əldə edir.

“Bazarın diversifikasiya olunmasında və bizim biznesmenlərə istədikləri yerdən əlavə qaz almaq imkanı yaradılmasında pis heç nə görmürəm. Biz onlara seçim imkanı verməliyik. Hazırda biz ona çalışırıq ki, Gürcüstana İran qazı da daxil olun. Şəxsən mən özüm bu işin içindəyəm”- İvanişvili deyib.

Gürcüstanın “Vahid Milli Hərəkat” müxalifət partiyasının Azərbaycanın ölkəni ucuz qazla təchiz etdiyi bir vaxtda “Qazprom”la danışıqlara görə hökuməti tənqid etməsinə münasibət bildirən İvanişvili bildirib ki, Azərbaycan qazının Rusiya qazından daha ucuz olduğunu hələ aydınlaşdırmaq lazımdır.

SOCAR-a qarşı qaz intriqaları: İvanişvili axır ki, danışdı...

“Biznesmenlər dəli deyil ki, özləri bir mənbədən qazı ucuz aldıqları halda başqa yerdə daha baha qiymət ödəsinlər”- o deyib.

“Biz Azərbaycan tərəfinə, SOCAR-a minnətdarıq. Ancaq əgər bir şirkətin bazarda inhisarçı mövqeyini aradan qaldırmaq və müxtəlif şirkətlərin bazarda iştirakını təmin etmək mümkün olacaqsa, bunda pis heç nə yoxdur”- deyə İvanişvili əlavə edib.

Onun sözlərinə görə, “Qazprom”la danışıqlar ətrafında ajiotajı ancaq “Milli hərəkat” qaldırır. Azərbaycan tərəfi isə narahat deyil.

“Mənim onların (SOCAR-ın-red.) həm Azərbaycanda, həm də Gürcüstandakı rəhbərləri ilə yaxşı təmaslarım var, onlar öz narahatlıqlarını ifadə etməyiblər”- deyə milyarder bildirib.

SOCAR-a qarşı qaz intriqaları: İvanişvili axır ki, danışdı...

Gürcüstan mətbuatı xatırladır ki, hökumət rəsmiləri, baş nazir “Qazprom”la danışıqların ancaq tranzit məsələləri ilə bağlı olduğunu desələr də energetika naziri Kaxa Kaladze İvanişvilinin də iştirakı ilə Rusiyadan kommersiya təyinatlı qaz alınmasına dair danışıqlar aparır. Bu isə SOCAR-ın Gürcüstandakı əsas gəlir mənbəyinin əlindən çıxmasına gətirib çıxara bilər.

İvanişvili Gürcüstanda hakimiyyətə gələndən sonra SOCAR-ı enerji daşıyıcılarının qiymətini süni şəkildə artırmaqda ittiham etmişdi. Lakin SOCAR-n Gürcüstana az qala Azərbaycan əhalisinə satdığı qiymətə sosial təyinatlı qaz satdığı üzə çıxandan sonra hakimiyyət susdu.

Gürcüstan müxalifəti onu da xatırladır ki, İvanişvili “Qazprom”un ən iri özəl səhmdarı olub. Hazırda onun bu səhmləri əldə saxladığı barədə məlumatlar var.

SOCAR-a qarşı qaz intriqaları: İvanişvili axır ki, danışdı...

Xatırladaq ki, Gürcüstan hökumətinin “Qazprom”la danışıqlara başladığı məlum olandan sonra bu ölkənin baş naziri İrakli Qaribaşvili prezident İlham Əliyevlə görüşmək üçün Bakıya qəfil səfər edib.

Noyabrın əvvəllərində isə İlham Əliyevin Tiflisə səfəri olacaq. SOCAR rəhbərliyi bildirir ki, Gürcüstanın “Qazprom”la danışıqlarından narahat deyil və rəqabətə hazırdır.

Fərhad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ SOCAR və “Qazprom”la danışıqları açmağa çağırdı: “Bu dəhlizi təhlükəyə atmaq olmaz…”

    ABŞ SOCAR və “Qazprom”la danışıqları açmağa ...

    16-11-2015, 13:47

  • 
  • Azərbaycan üzərindən Ermənistana qaz veriləcək - “Qazprom"

    Azərbaycan üzərindən Ermənistana qaz veriləcək - ...

    17-03-2021, 14:33

  • 
  • Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı

    Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi ...

    11-07-2020, 16:06

  • 
  • “Azərbaycanlılara daha böyük vəzifə vermək istəyirəm”

    “Azərbaycanlılara daha böyük vəzifə vermək ...

    9-05-2013, 01:26

  • 
  • TANAP qaz kəməri açılacaq

    TANAP qaz kəməri açılacaq ...

    11-05-2018, 15:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu