TANAP (Transanadolu qaz kəməri) qaz kəmərinin işə salınması bu il iyunun 12-nə təyin edilib. Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.
Açılış mərasimimda iki ölkə prezidentinin iştirakı planlaşdırılır, "Anadolu" agentliyi bildirib.
Uzunluğu 1,85 min km. olan TANAP "Şahdəniz" yatağından Azərbaycan qazının Gürcüstanla Türkiyəyə, sonra da TAP qaz kəməri ilə Avropaya nəqlini nəzərdə tutur.
Qaz kəmərinin buraxılış qabiliyyəti ilkin olaraq 16 mlrd. kubmetr təşkil edəcək. Layihənin dəyəri 8 mlrd. dollardır. Layihənin səhmdarları: SOCAR (51%), SOCAR Turkiye Enerji (7%), BOTAS (30%), BP-dir (12%).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?