Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Səbayel Rayon Məhkəməsinin qərarı ilə Rəşad Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay artırılıb.
Qeyd edək ki, R.Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur (APA).
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?