“AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə APA-ya məlumat verən A. Abdullayevin vəkili Əkbər Bağırov bildirib ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vəkil həmin qərardan apellyasiya şikayəti verəcəyini söyləyib.
Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?