Azərbaycanın Gədəbəy rayonundakı qızıl yataqlarının operatoru olan, Britaniyada qeydiyyatdan keçmiş “Anglo Asian Mining Plc “ şirkətinin müstəqil direktoru Con Monhemius şirkətin 14 milyon 436 min dollarlıq səhm paketini alıb.
Virtualaz.org saytı London birjasına istinadən xəbər verir ki, 72 yaşlı professor Con Monhemius şirkətin 157 min 92 ədəddən ibarət səhm paketini oktyabrın 23-də keçirilən hərracda alıb.
Professor Monhemius 2004-cü ilə qədər Londondakı İmperial Kollecin Kral Dağ-Mədən Məktəbində (Royal School of Mines, İmperial College) minerallar və ekoloji injiniring üzrə araşdırmalara rəhbərlik edib. Bu sahədə 40 ildən çox elmi təcrübəyə malikdir. Monhemius 2004-cü ildə “Anglo Asian Mining Plc “ şirkətində müstəqil direktor təyin edilib.
Bu, Azərbaycanın qızıl yataqlarının operatoru olan şirkətdə il ərzində baş verən ikinci insayder alqı-satqısıdır. 2015-ci ilin iyul ayında şirkətin direktorlar şurasının qeyri-icraçı sədri Xosrov Zamani şirkətin 666 min 402 ədəd səhmini 61.2 milyon dollara alaraq öz payını kəskin artırmışdı.
Şirkətin direktorlar şurasına icraçı direktor və president Rza Vəziri, Riçard Round və Con Sununu daxildir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?