GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müsavatda 10-na yaxın namizəd SEÇKİDƏN İMTİNA ETMİR

Müsavatda 10-na yaxın namizəd SEÇKİDƏN İMTİNA ETMİR

Tarix: 29-10-2015, 16:44 Bölmə :Ölkə Baxış: 0
Müsavatda 10-na yaxın namizəd SEÇKİDƏN İMTİNA ETMİR

Xəbər verdiyimiz kimi Müsavat Partiyası 1 noyabr parlament seçkilərinə qatılmaqdan imtina edib.

Qurumun dünən keçirilən Divan toplantısında bu haqda qərar verilib. Müsavat başqanı Arif Hacılı Hafta.az-a açıqlama verərək partiyanın Divanının verdiyi qərarla tam razı olduğunu deyib:

“Hesab edirəm ki, partiyamız doğru qərar verib, biz seçkilərin demokratik keçiriləcəyinə şübhə ilə yanaşırıq”.

Arif Hacılı seçki demokratik olmayacağını bilirdinizsə niyə iştirak etmək haqda ilkin qərarınız olmuşdu sualına da cavab verib:

“Partiyamız avqustun sonlarında seçkidə iştirak etmək haqda qərar qəbul edib. Bunu etməkdə məqsədimiz təbliğat kampaniyasında iştirak etmək idi. Qeydə alınan 25 namizədimiz və onların tərəfdarları yüz minlərlə insanla bilavasitə ünsiyyət qurub öz fikirlərini həmin şəxslərə çatırda biliblər. Bizim seçkiyə getməkdə məqsədimiz mandat almaq yox, kampaniyada iştirak etməkm idi hesab edirəm ki, bu mərhələni uğurla başa vurduq”.

Hafta.az-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, onlar namizədliyi qeydə alınmış bütün üzvlərinə müraciət edərək seçini boykot etmələrini istəyiblər:

“Biz Divanın qərarından sonra namizədliyi qeydə alınmış 25 partiya nümayəndəmizə seçkidən kənarlaşmaları haqda tapşırıq verdik. Hazırda üzvlərimiz imtinayla bağlı məktublarını Mərkəzi Seçki Komissiyasına göndrirlər. Bu proses 31 oktyabra qədər davam edəcək. Bəzi üzvlərimiz namizədliklərini geri götürmək üçün tərəddüd etməkdədir”.

Müsavat başqanının müavini partiyanın seçkidən çəkilmə səbəbini ötən bazar baş tutmuş və az sayda adamın iştirak etdiyi mitnqlə heç bir əlaqəsinin olmadığını bildirdi:

“Partiyamızın guya bu mitinqdən sorna seçkidən imtina etməsi haqda yayılan xəbrlərin heç bir əsası yoxdur, mitinqi də uğurlu hesab edirik. Biz seçkiyə kampamiyada iştirak etmək üçün qatılmışdıq və belə bir qərarın olacağını da əvvələdn bilirdik.

Müsavat Partiyasının üzvü, “Ağ Blok” un həmtəəsisçisi Tural Abbaslı isə Arif Hacılı ilə razı olmadığını bildirdi:

“Müsavat Partiyasının bu addımı yanlış idi. Seçki Kampaniyası başlamazadn öncə belə bir qərar olsaydı buna hardasa bəraət qazandırmaq olardı indi isə bu mümkün deyil. Partiya rəhbərliyinin gətirdiyi əsas arqumenti budur ki, hazırda ölkədə seçki mühiti yoxdur. Bu zaman sual yaranır, əgər belədirsə siz bu seçki mühitsizliyini görmürdünüzmü? Siz belə hesab edirdiz ki, bir ay müddətində seçki komissiyalarının tərkibi dəyişəcək və ölkədə demokratik seçki mühiti formalaşacaq? Bu qədər sadəlöhvlük olmaz ki...
Müsavat Partiyasını bu addımının hüquqi baxımdan heç bir anlayışı yoxdur. Parlament seçkilərində yetərsay nəzərdə tutulmayıb. Seçicilərin bir faizi də iştirak etsə seçki baş tutmuş hesab olunacaq. Siyasi baxımdan analiz eləsək legitimlik məsələsi gündəmə gələ bilər. Amma gəlin çox da uzağa getməyək, 2013-cü il ölkədə baş tutan preziden seçkilərinə nəzər salaq. Bu seçkidən sonra dünyanın bir çox dövlətləri İlham Əliyevi təbrik edərək onun legitimliyini qəbil etdi. Azərbaycanla, prezidentlə bir çox müqavilələrə imza atıldı. Ümumiyyətlə götürsək isə, Azərbaycan iqtidarının heç zaman legitimlik problemi olmayıb”.

Seçkidə iştirakdan imtina edənlərdən biri də uzun müddət Müsavat Partiyasının rəhbəri olmuş İsa Qəmbərdir. İsa Qəmbərlə eyni dairədən namizəd olan Vətəndaş İnkişaf Partiyasının VİP sədri Əli Əliyev qurumun bu qərarını yanlış hesab etdiyini bildirdi:

“ Müsavat partiyası son zamanlar verdiyi yanlış qərarlarla diqqət mərkəzinə düşür.Əgər prosesə bütüvlükdə etimatsızlıq varsa gərək əvvəldən qoşulmazdılar. Mən Müsavatın ən aparıcı namizədi İsa Qəmbərlə eyni dairədən qeyd alınmışam. Kampaniya dövründə mən onun və tərəfdarlarının heç bir aktivliyini müşahidə edə bilmədim. Bu müddət ərzində İsa Qəmbər ərazisində görsənməyib, seçiciləri ilə normal görüşlər təşkil etməyib. Əvvəldən hiss olunurdu ki, Müsavat Partiyası aparıcı funksionerləri üçün hökumətdən güzəştlər istəyirmiş. Baş verənlər partiyanın imicinə çox ciddi xələl gətirdi”.

Hafta.az-ın apardığı araşdırmadan sonra məlum oldu ki, Müsavat Partiyasında namizədliyini geri götürmək istəməyən şəxslərdən biri 115 saylı Şəki kənd ikinci seçki dairəsinin namizədi İkram İsrafildir.

O, hazırda da sosial şəbəkələr vasitəsi ilə öz namizədliyini təbliğ etməkdədir. Qeyd edək ki, İkram İsrafil 2005-2010-cu illərdə Milli məclisdə Müsavat Partiyasını təmsil edib. İ.İsrafil həmin zaman “Azadlıq” seçki blokunun namizədi kimi seçkilərdə iştirak edib və qalib gəlib. “Azadlıq” bloku seçkidən sonra nəticələri tanımayaraq parlamentə düşən təmsilçilərini boykota çağırsa da, İkram İsrafil mandatdan imtina etməyərək 5 il müddətində Müsavat Partiyasını Milli Məclisdə təmsil etmişdi.

Seçkidə imtina ilə bağlı tərəddün edən şəxslərdən biri də, 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, İsgəndər Həmidovdur. Onun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüşdü. Redaksiyamıza daxil olan son məlumata görə, namizədliyini geri götürmək istəməyən namizədlərin sayı 10-a qədərdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama

    Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama ...

    29-09-2014, 12:37

  • 
  • Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi

    Müsavat Partiyası seçkilərdə iştirakdan imtina ...

    28-10-2015, 16:42

  • 
  • Arif Hacılıdan Qubad İbadoğlunda mesaj: “Rəhbərlik artıq dəyişib”

    Arif Hacılıdan Qubad İbadoğlunda mesaj: ...

    31-10-2014, 15:22

  • 
  • Müsavat Partiyası Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələri ləğv olunub

    Müsavat Partiyası Gənclər Təşkilatına keçirilən ...

    2-09-2013, 18:50

  • 
  • “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- Arif Hacılı

    “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- ...

    23-12-2013, 15:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu