GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi

Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi

Tarix: 29-10-2015, 16:53 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi

Noyabr yaxınlaşır və dünyanın əksər ölkələrində butiklər milad endirimlərinə hazırlaşdığı halda, həmişəki kimi bu il də bunun Bakıdakı brend mağazalarında müşahidə etmək mümkün olmayacaq.

ANS PRESS-in araşdırmasına görə, adətən Azərbaycan paytaxtındakı brend mağazalar ilin sonunda endirimlərlə bağlı verilən suallara oxşar yayındırıcı cavab verirlər: “Bizdə endirimlər Yeni il tətili günlərində olacaq”. Yeni il tətili günlərində isə endirimlər barədə soruşanda tam əksini söyləyirlər: “Qara cüməni deyirsiz? O, noyabrın sonunda olur axı”.

Brend dükanların əməkdaşlarının əslində bu cür cavabı da yayındırıcı olur. ABŞ-da 19-cü əsrin sonlarından başlamış milad endirimlərinin rəmzi sayılan "qara cümə" termini 1966-cı ildən işlədilir və milad endirimlərinin başladığı gün saylır. Adətən, noyabrın 4-cü cüməsinə düşən “qara cümə”də böyük müştəri aktivliyi müşahidə edilir. Amma endirimlərin özü isə yanvarın ortalarına qədər, yəni milad tətillərinin sonuna qədər davam edir.

Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi

Qərbdə milad endirimləri

ABŞ-dan bütün inkişaf etmiş ölkələrə yayılmış bu praktika geniş əhali kütləsinin lazımi geyim və məişət avadanlıqları, bəzi hallarda isə ərzaqla təminatında böyük rol oynayır. ABŞ-dan "qara cümə"də alış-veriş edənlərin sayı ilə artır. 2011-ci ildə Amerikada "qara cümə" mütərilərinin sayı 226 milyon nəfər olduğu halda, bu göstərici 2012-ci ildə 247 milyona, 2013-cü ildə isə 249 milyona qədər artıb. Həmin gün xərclənən pullar isə uyğun olaraq 2011-ci ildəki 52,5 milyard dollardan 59,1 milyard dollara (2012) və 61,4 milyard dollara (2013) qalxıb.

ABŞ "qara cümə"sinin bəzi göstəriciləri

Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi

Məhz bu artan rəqəmlər qərbdə şirkətlərin "qara cümə"yə ciddi cəhdlə hazırlaşmasına təkan verir. Şirkətlər artıq dəbi keçməkdə olan malların anbarlarda ölü kapitala çevrilməsindən bu cür yaxa qurtarırlar. Korporasiyalar milyardlarla dollar canlı kapital əldə edir. İstehlak malları istehsalçıları yeni sifarişlər alırlar, məşğulluq səviyyəsi artır və s.

Amma milad endirimlərinin bü qədər müsbət tərəflərinə baxmayaraq, transmilli geyim şirkətlərinin Bakıdakı brend mağazalarından 1-2 dükan istisna olmaqla, heç biri endirimə getmir. Marketoloq, iş adamı Aynur Cəfərova bu problemi həmin brend dükanların təmsil etdiyi brend şirkətlərlə heç bir əlaqəsi olmaması ilə izah edir: "Tanınmış brendlərdən hansısa birinin Bakıda dükanını açmaq istəyirdim. Mən bu brendlərin bir çoxu ilə danışıqlar aparmışam. Bakıda brend dükanları olanların bəzilərinin regionlar şöbələrində dünyada Azərbaycan adlı dövlət olduğunu bilmirdilər",- deyə Aynur Cəfərova ANS PRESS-ə bildirir.

O dediklərinə misal kimi Bakıda dükanı olan tanınmış brendlərin rəsmi saytında Azərbaycan bölməsinin adının olmamasını göstərir. Bu sırada "HM", GAP kimi butiklərin adını çəkmək olar. Bəzi tanınmış brendlərin Bakıda brend mağazasının açılması ilə bağlı rəsmi təqdimat keçirilsə belə, şirkətin saytında bu, öz əksini tapmayıb. Məsələn, "Marks & Spencer" bu ilin mart ayında Bakıda butikinin açılması barədə rəsmi təqdimat keçirsə də şirkətin saytında Azərbaycandakı mağazanın adı yoxdur.

Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi

"HM" brendinin mağazası olan ölkələrin siyahısı

Bütün bunlara baxmayaraq, Aynur Cəfərova Bakıdakı əksər «brend» mağazaların «qara cümə»dən yararlandığını deyir: «Bunlar qərb endirimlərindən böyük pullar qazanırlar. Məsələn, adlarını daşıdıqları brend dükandan endirim vaxtı 100 dollarlıq malı 20 dollara alırlar, gətirib Bakıdakı dükana 100 manata asırlar. Bəzən üzərindəki qiymət kağızını qoparmaq istəmirlər və üzərinə əlavə qiymət yapışdırırlar. Bu mağazalar saxtalaşdırdıqları brendlərin təqibindən yaxa qurtarmaq üçün adın bir hərfini dəyişirlər, yaxud apostrof əlavə edirlər və s. Buna görə, bu mağazalar həmişə bir-iki il öncənin dəstinə aid malları satırlar.»

Təbii ki, bu mallar ölkəyə qeyri-qanuni yollarla daxil olur. Sxem aydındır - qanunsuz yollarla böyük gəlir əldə edən işbazlar müvafiq qurumları görməklə qeyri-rəsmi yolla idxal etdikləri malları ölkəyə daxil edirlər. Nəticədə, xalq istehlak mallarının böyük hissəsi vergi nəzarətindən kənar satılır, iri məbləğdə pullar dövlət büdcəsindən yayınır.

Bu məsələ hökuməti, xüsusilə də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzərindən yayınmamalıdır. Xidmət təmsilçiləri tanınmış brendləri təmsil edən dükanlardan müvafiq sənədlər tələb etməlidirlər. Hər halda, bu dükanlarda geniş istehlakçı kütləsi aldadılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakının “qara cümə”si ağ çıxdı

    Bakının “qara cümə”si ağ çıxdı ...

    11-12-2013, 01:58

  • 
  • Bakıda "Qara cümə" fırıldağı – Diqqətli olun

    Bakıda "Qara cümə" fırıldağı – Diqqətli ...

    2-12-2019, 14:37

  • 
  • Dünya katolikləri Milad bayramını qeyd edirlər

    Dünya katolikləri Milad bayramını qeyd edirlər ...

    25-12-2012, 12:43

  • 
  • Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə aldadırlar”

    Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə ...

    4-12-2024, 15:12

  • 
  • Novruz tətili günlərində yol qəzalarında 14 nəfər ölüb, 95 nəfər xəsarət alıb

    Novruz tətili günlərində yol qəzalarında 14 nəfər ...

    27-03-2018, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu