GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının “qara cümə”si ağ çıxdı

Bakının “qara cümə”si ağ çıxdı

Tarix: 11-12-2013, 01:58 Bölmə :Ölkə Baxış: 575
Bakının “qara cümə”si ağ çıxdı
Azərbaycan işbazlarının “endirim” praktikası bəzi tanınmış brendlərin Yeni il qabağı tətbiq etdikləri bayram ucuzlaşmasına da sirayət edib

İcmal Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin saytında endirimlər barədə dərc olunan xəbərlər həddindən oxşardır, hətta ilk baxışdan onların hansısa bir şablon əsasında yazıldığını da düşünmək olur. Oxşarlıq ilk öncə məzmundadır. Xəbərlərdən belə görünür ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi araşdırmalar aparır və mağaza sahiblərinin endirim adı altında alıcıları aldatdığını ortaya çıxarır.

Məsələn, sentyabr ayında Bakı şəhərinin Xətai rayonunda yerləşən bir mağazada aparılan araşdırma zamanı məlum olub ki, giriş hissəsində "Mağazanın bağlanması ilə əlaqədar bütün mallara 50% endirim" reklamı yerləşdirilmiş dükanda yalnız satışda olan bir qisim malların qiyməti ucuzlaşdırılıb. Onların da qiymət kağızlarında endirim tətbiqi barədə heç bir məlumat qeyd olunmayıb. Yəni dükançı istənilən müştəriyə yalandan malın ucuzlaşdığını deyə bilər.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin oktyabr ayında Nəsimi rayonunda apardığı başqa bir yoxlama zamanı isə mağazanın giriş hissəsində mallara 40% və 50% endirim təqbiq edilməsi barədə reklam yerləşdirilsə də, içəridə yalnız bir neçə malın ucuzlaşdırıldığı aydın olub. Adətən belə malların ölçüləri həddindən kiçik və ya böyük, rəngləri solmuş və keyfiyyəti aşağı düşmüş olur.

Təəssüf ki, Azərbaycan işbazlarının bu cür “endirim” praktikası bəzi tanınmış brendlərin Yeni il qabağı tətbiq etdikləri bayram ucuzlaşmasına da sirayət edib. Məsələn, tanınmış mebel brendlərindən biri artıq bir neçə gündür ki, Yeni illə bağlı 20 faiz endirim elan edib, amma dükanlara girdikdə məlum olur ki, bu, heç də malların hamısına aid deyil. Yəni müştərilərin çox maraq göstərdiyi məhsulların qiyməti dəyişməz olaraq qalıb. Bir çox tanınmış brendlər isə Bakıda nədənsə Yeni il endirimlərinə yanvarın 1-dən sonra başlayacaqlarını iddia edirlər. Və bu cür yanaşmanı məntiqli sayırlar: “Bayramqabağı malımız onsuz da satılır, sata bilmədiklərimizin qiymətini isə yanvrın 1-dən sonra endirəcəyik”,- deyə Bakıda metronun “28 may” stansiyasının yaxınlığında yerləşən iri ticarət mərkəzindəki dükanların əksəriyyətindən ANS PRESS-ə bildiriblər.

Amma bu yanaşma qərbdə hələ XVIII əsrdən tətbiq edilən endirim praktikasına heç uyğun gəlmir. Qərbin ticarət dövriyyəsində malların 50 faizi endirimli qiymətlərlə satılır. Və əhalinin demək olar ki, əksəriyyəti bundan yararlanır. Məsələn, 320 milyon əhalisi olan ABŞ-da 2012-ci ilin sonunda tətbiq edilən milad endirimlərindən 147 milyon adam, yəni ölkə sakinlərinin təxminən yarısı və ya yetkin əhalinin demək olar ki, hamısı yararlanıb. ABŞ-da endirimlər noyabr ayının son cüməsində başlayır və küçələr insanla dolu olduğundan həmin günə “qara cümə” deyirlər. Bu il də ABŞ-da Yeni il endirimləri başlayıb və 33 milyon adam artıq “qara cümə”dən bir gün öncə - noyabrın sonuncu cümə axşamında bəzi şirkətlər tərəfindən tətbiq edilən endirimlərdən yararlanıb. Bu endirimlər zamanı məhsulun qiyməti bəzən 70 faiz aşağı salınır. Məsələn, Londonun məşhur brend mağazalarında endirim zamanı 20 funta (təxminən 26 manata) çox keyfiyyətli pambıq plaş və ya gödəkcə, 15 funta keyfiyyətli qış çəkməsi, 4 funta pambıq köynək, 5 funta pambıq şalvar və s. almaq mümkündür.

Qərbin endirim mallarına Yeni il qabağı Bakı dükanlarında da rast gəlmək olur. Bizim işbazlar həmin mağazalardan aldıqları malları 2-3 dəfə bahasına Bakı dükanlarına yerləşdirirlər və istəikləri qədər də alıcı tuturlar. Məsələn, Londondan 20 funta aldıqları gödəkcəni Bakıda 60 manata dükana yerləşdirirlər və mal, ticarətçi dili ilə deyilərsə, “uçur”. Yanvar qabağı Bakının belə dükanlarında müştəri əlindən tərpənmək olmur. Londonun hava limanında Bakı reysini asanlıqla tanımaq olur - hər sərnişin 2-3 iri bağlama geyim gətirir. Bəzi sərnişinlər hətta corabı da Londondan alır: 2 funta 6 ədəd pambıq corab almaq olur ki, həmin corabları rahat 2 il geyinmək mümkündür. Maraqlıdır ki, London hava limanında azərbaycanlılarla yanaşı bəzi keçmiş SSRİ respublikalarının, Afrika və Cənubi-Şərqi Asiyanın bəzi nisbətən inkişaflı ölkələrinin sərnişinləri də endirim malları daşımaqla məşğuldurlar. Özü də Britaniya hökuməti bu cür malları ölkədən xaricə daşıyan sərnişinlərə 20 faizə qədər mükafat təyin etməklə bu ticarəti xeyli sürətləndirir.

Əcaba, hələ dünya iqtisadiyyatının əsas hissəsinə hökm edən qərb şikrətlərinin istehsal etdiyi məhsulları niyə belə su qiymətinə dünyaya dağıdır? Niyə bizim işbazlar kimi bayram qabağı müştəri çoxluğundan sui-istifadə edib malları daha baha sırımağa can atmırlar. Cavab sadədir: endirimlər qərbin iqtisadi inkişafına təkan verir. Birincisi, ilin sonunda bütün anbarlar və ticarət meydanları boşalır. İkincisi, korporasiyaların əlində diri pullar əmələ gəlir ki, həmin pullar iqtisadiyyatın yenidən təşkilinə yönəldilir. Yeni dəbli, daha keyfiyyətli mallar bazara girir. Endirimlərin sosial faydası da var ki, il boyu müəyyən əşyaları ala bilməyən sakinlər istədikləri çox şeyə nail olur ki, bu da cəmiyyətdə sosial sabitliyi təmin edir.

Azad İstelakçılar Birliyinin sədri Eyyub Hüseynov iqtisadi inkişafa təkan verən bu praktikanın Azərbaycanda tətəbiq edilə bilməməsinin əsas günahını inhisarçılıqda görür. O, bildirib ki, ticarət dövriyyəsi xaricdən müəyyən inhisarçı qruplaşmalar tərəfindən nəzarətdə saxlanılır: “Bu qruplaşmalar illik gəlirlərini yüksək səviyyədə saxlamaq üçün heç bir endirimə yol vermirlər”.

Azərbaycanda endirimlərin tətbiq edilməsinə mane olan digər səbəb geyim və məişət əşyaları istehsalında yerli şirkətlərin olmamasıdır. Hətta hər gün yerli telekanallara verdiyi reklamında yerli kostyum istehsalı ilə öyünən bir şirkətin təmsilçisi bildirib ki, yalnız sifariş əsasında, özü də bahalı kostyumlar tikirlər: “Bizdə qiymətlər 400 manatdan başlayır və adətən bəy kostyumları tikirik”. Təbii ki, belə şirkət endirimə getməyəcək, çünki anbarında malı yoxdur.

Bu məsələdə hökumətin fəaliyyətinin də müəyyən qədər genişlənməsinə ehtiyac var. Düzdür, İqtisadi İnkişaı Nazirliyi bununla bağlı müəyyən məlumatlar yayır və iş adamlarını endirimlərin təşkili ilə bağlı maarifləndirir. Amma bu, yetərli deyil, ölkədə real endirimləri əldə etmək üçün xalq istehlakı mallarının istehsalı üzrə real iqtisadiyyat təşkil edilməlidir və hökumətin fəaliyyəti də bu istiqamətə yönəlməlidir. Əksa halda, köhnə hamam və köhnə tasdan qurtula bilməyəcəyik.

ANS PRESS
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Endirim elan edən mağazalarda yoxlamalar başlandı

    Endirim elan edən mağazalarda yoxlamalar başlandı ...

    14-11-2013, 11:49

  • 
  • Endirim adı ilə istehlakçını aldadanlar cəzalandırıldı

    Endirim adı ilə istehlakçını aldadanlar ...

    1-07-2013, 17:52

  • 
  • Bakıda saxta reklam halları aşkarlanıb

    Bakıda saxta reklam halları aşkarlanıb ...

    30-09-2013, 12:18

  • 
  • 70% endirim? Yalandır, inanmayın!

    70% endirim? Yalandır, inanmayın! ...

    9-03-2014, 13:54

  • 
  • Saxta endirim kampaniyasının qarşısı alındı

    Saxta endirim kampaniyasının qarşısı alındı ...

    11-02-2014, 22:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu