GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN-in telefon gizlinləri açılır - QALMAQAL

MTN-in telefon gizlinləri açılır - QALMAQAL

Tarix: 30-10-2015, 12:16 Bölmə :Ölkə Baxış: 0
MTN-in telefon gizlinləri açılır - QALMAQAL

Rabitə Nazirliyinin dünya telefon xəttinə çıxışı olan məmuru həbs olundu; RN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərovun həbsi ilə bağlı sensasion iddialar; Qərbyönümlü məmur kimi tanıdılan Eldar Mahmudov üçün daha çox "şimaldan gələn zənglər" maraqlı ola bilərdi...

Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu barədə "Yeni Müsavat"ın yazdıqları bir daha təsdiqlənib. Xüsusi Dövlət Mühafizə Xidmətinin birbaşa nəzarətində aparılan qanunsuz dinləmələrlə bağlı istintaqda MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin ifadələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq - red.) həbslərlə birbaşa bağlı olduğu artıq heç bir şübhə doğurmur.

Oktyabrın 28-də Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi - Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov həbs edilib. Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov da saxlanılıb.

***

Həbs edilən Cəlil Cəfərov kimdir?

C.Cəfərovun rəhbərlik etdiyi BƏHM cəmi bir neçə ay əvvəl hüquqi forması dəyişdirilərək "Azerbaijan International Telecom (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.
BƏHM "Aztelekom İB"in tərkibində 1994-cü ildə yaradılıb. Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində ilk müstəqil qurum olan BƏHM 1995-ci ildə "Aztelekom İB"in tərkibindən çıxarılıb və birbaşa Rabitə Nazirliyinə tabe edilib.

C.Cəfərov 1972-ci ildə anadan olub. Texniki Universitetin radiotexnika fakültəsini bitirən C.Cəfərov Elmlər Akademiyasının Fotoelektronika (indiki Fizika İnstitutu) İnstitutunun aspiranturasının məzunudur. 1995-1997-ci illərdə Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Sonradan Rabitə Nazirliyinin Telekommunikasiya İdarəsinin baş mütəxəssisi, investisiya şöbəsində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Daha sonra BƏHM-in direktoru vəzifəsinə təyin olunub. "Rabitə ustası" fəxri adına layiq görülən C.Cəfərov "Tərəqqi" medalı ilə də təltif olunub. Məlumata görə, iki övladı var.

Həbsin müəmması

Rabitə Nazirliyindəki həbslərlə bağlı heç bir rəsmi açıqlama verilmir və belə görünür ki, heç yaxın zamanda verilməyəcək də. Çünki qanunsuz dinləmələrlə bağlı istintaq birbaşa Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır.

Məhz C.Cəfərovun həbsi MTN-dəki gizli dinləmələrlə bağlı xəbərlərə yeni yön verib və sensasion iddialara səbəb olub. Çünki həbs edilən C.Cəfərovun rəhbərlik etdiyi BƏHM Azərbaycanla dünya ölkələri arasında beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsinə məsul olub. BƏHM-in funksiyasına həmçinin beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması da daxildir.

Bu həbs o anlama gəlir ki, MTN-in "rabitə çetesi" təkcə Azərbaycanın siyasi hakimiyyət mənsublarının ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb. Güman ki, dövlət aparatına daxil olan şəxslərin xarici dövlətlərin vəzifəliləri və diplomatları ilə telekommunikasiya təmasları da Rabitə Nazirliyindəki adamları vasitəsilə kontrol edilib.

Bu arzuedilməz praktikadan Rusiya kəşfiyyatı daha çox istifadə edir və son illər bu cür beynəlxalq telefon danışıqlarının yayılması beynəlxalq skandal yaradıb. Məsələn, ötən il ABŞ dövlət katibinin müavini Viktoria Nuland və Amerikanın Ukraynadakı səfiri Geoffrey Pyattın Ukrayna müxalifətini müzakirə edən telefon danışığı internetdə yerləşdirmişdi. Həmin telefon danışığı zamanı ABŞ dövlət katibinin müavini Avropa İttifaqı barədə ədəbsiz ifadəyə yol vermişdi. ABŞ rəsmiləri telefon söhbətinə gizli müdaxilə edilməsini Rusiya kəşfiyyatının "çirkin oyunu" adlandırmışdı.

MTN-in "telefonçu qrupu"

MTN-in "telefonçu qrupu"nun da Azərbaycanın dövlət adamlarının xaricilərlə danışmasına niyə bu qədər həvəsli olmasının səbəbləri barədə ilkin mülahizələri daha da genişləndirmək olar. Məlumdur ki, Azərbaycan hakimiyyətinin Qərblə soyuq münasibətləri olsa da, Kremllə hiss olunacaq dərəcədə yaxınlaşıb. Eldar Mahmudov hələ ki bilinməyən səbəblərdən nədənsə hakimiyyətdəki "qərbpərəstlər" siyahısına daxil edilirdi. Ona görə də MTN-in daha çox "şimaldan gələn zənglərin" kontrol edildiyi versiyası haqda danışmaq mümkündür. Əgər bu məlumatlar rəsmən təsdiqlənərsə, "MTN işi" həm də ciddi beynəlxalq qalmaqala çevrilə bilər. Məhz həbs edilənlərin ifadəsi Eldar Mahmudovun sonrakı taleyini həll edəcək.

Yeri gəlmişkən, istiqlal.az saytı Eldar Mahmudovun ailə üzvlərinin Azərbaycanı tərk etdiyi xəbərini yayıb. Məlumatda bildirilir ki, sabiq nazirin ailə üzvləri, həmçinin qaynatası E.Mahmudov işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan çıxıb. Bəzi mənbələr isə Mahmudovların bir neçə il əvvəldən Londonda yerləşdiyini iddia edir...

"Yeni Müsavat"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yüksək vəzifəli daha bir məmur həbs edildi - Vəzifəsindən azad olunanlar var

    Yüksək vəzifəli daha bir məmur həbs edildi - ...

    29-10-2015, 16:55

  • 
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10-dan artıq vəzifəli şəxsi barədə həbs qətimkan tədbiri seçilib

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ...

    12-11-2015, 19:39

  • 
  • AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük “haqq” verən nazir!

    AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük ...

    18-11-2015, 16:09

  • 
  • Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

    Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion ...

    28-10-2015, 15:12

  • 
  • Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi - İstintaq gedir

    Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb ...

    30-10-2015, 15:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu