GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

Tarix: 28-10-2015, 15:12 Bölmə :Ölkə Baxış: 0
Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

Eldar Mahmudovun ən yaxın adamları qandallandı; Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov həbs olundu; Mərkəzi Seçki Komissiyası sədrinin telefonları MTN-dəki qrup üçün niyə maraqlı olsun?; dövlət rəsmilərinin dinlənməsi ilə bağlı istintaq birbaşa Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır, ifadələrin alınmasında son dərəcə məxfilik qorunur...

Eldar Mahmudovun nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən sensasion həbslərin sahibkarlardan yalnız qanunsuz pul tələb edilməsi ilə deyil, əsasən gizli dinləmələrlə bağlı olduğu bir daha təsdiqlənib. Belə ki, gizli dinləmələrlə bağlı MTN-in az qala “qulağı” kimi işləyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də şok həbslər başlayıb.

Bir neçə gün əvvəl vəzifəsindən azad olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun həbs olunduğu rəsmən təsdiqlənib.

APA-nın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə B.Hüseynovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Aparat rəhbəri nazirin yanında həbs edilib

Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

Amma həbslər bununla yekunlaşmayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov da oktyabrın 26-da axşam həbs olunub. Verilən məlumata görə, V.Zeynalovun həbsi Beytulla Hüseynovla əlaqəlidir. Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib (modern.az).
Qeyd edək ki, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. B.Hüseynovun qardaşı, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Xeyrulla Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar da təsdiqlənib.
İcra hakimiyyətindən “Trend”ə yalnız onu bildiriblər ki, X.Hüseynovun işinə oktyabrın 26-da xitam verilib.

Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

Nazirlikdəki həbslə bağlı “Yeni Müsavat”a daxil olan xəbərlərdə deyilir ki, oktyabrın 26-da axşam Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyində xüsusi əməliyyat keçirib. Nazir Əli Abbasov əməliyyat zamanı nazirliyə çağırılıb. Elə oradan da nazirliyin aparat rəhbəri Vidadi Zeynalov həbs olunaraq aparılıb.

Xəbərdə o da deyilir ki, V.Zeynalovun Vahid adlı qardaşı MTN-də şöbə rəisidir. Həbs edilən aparat rəhbəri isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla yeznə-qayındır.

MTN-in “qara qutusu” nə ifadə verib?

Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

İstintaqdan məlumatlı şəxsin verdiyi məlumata görə, MTN-dəki və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslər birbaşa məhz dövlət vəzifəlilərinin qanunsuz dinlənilməsi ilə bağlıdır. Bilgili mənbəmiz iddia edib ki, indi “MTN işi” üzrə iki istintaq aparılır.

Sahibkarlardan qanunsuz xərac alınması və onların incidilməsi ilə bağlı istintaq Respublika Prokurorluğunun nəzarətindədir. Qanunsuz dinləmələrlə bağlı istintaq isə birbaşa Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır və oraya prokurorluğun müstəntiqləri belə müdaxilə etmək səlahiyyətində deyil. Bu iş tam olaraq Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Əyyubovun icraatındadır və ifadələrin alınmasında son dərəcə məxfilik qorunur.

Əsas istintaq hərəkətlərinin isə MTN-in Monitorinq Mərkəzinin rəisi general-mayor Teymur Quliyevin ətrafında aparıldığı dəqiqdir. 45 yaşlı general T.Quliyev həbs edilənlər arasında sabiq nazirə ən yaxın kadr sayılır. O, DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində E.Mahmudovun rəhbərliyi altında işləyib. E.Mahmudovun vəzifəyə təyinatından sonra o da MTN-ə gətirilib. Onun MTN-in “qara qutusu” hesab edilən Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinatı E.Mahmudovun ona hədsiz güvəndiyini təsdiqləyir. Ehtimal edilir ki, sabiq nazirin bundan sonrakı taleyini də daha çox T.Quliyevin verdiyi ifadələr müəyyənləşdirəcək.

Həbs edilənlər təkadamlıq kameralarda saxlanılır

Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

Məlumat var ki, həbs edilənlərin hamısı ilk gündəm təkadamlıq kameralara yerləşdirilib, onlara vəkilin ancaq dövlət tərəfindən ayrılmasına izin verilib. Bu addım isə istintaq sirrinin qorunması üçün atılıb. Həbs edilənlər barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham verilib. Elan olunmuş ittihamlarda diqqətçəkən maddələrdən biri 308.2-dir. Bu maddə əsasən, seçki və referenduma qanunsuz müdaxilə cəhdləri üçün nəzərdə tutulub. Bu maddə vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutulub və seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir.

Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

Qaynağımızın “seçkiyə aid olan hansısa proses və ya namizədlərdən kiminsə danışıqlarının dinlənilməsi olub ki, bu ittiham verilib” deyərək, istintaq barədə ən sensasion məlumatını açıqlayıb. “Artıq tam dəqiqləşib ki, MTN-dəki qrup Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu da dinləyib. MSK sədrinin telefon danışıqları uzun müddət nəzarətdə olub” deyə, mənbə bildirib. Qaynağımız M.Pənahovun dinlənilməsinin hansısa deputatlığa namizədin şantaj olunması və ya hansısa namizəddən pul qoparmaq niyyəti güddüyünü inandırıcı hesab etmir. MSK sədrinin 2013-cü il prezident seçkilərində də dinlənilməsi şübhələri var.

Seçkilərlə bağlı toplanmış gizli danışıqların MTN üçün niyə bu qədər əhəmiyyətli olduğu barədə isə ancaq ehtimal irəli sürmək olar. Məsələn, bu telefon danışıqlarının hansısa Qərb ölkələrinin birinin telekanalı üzərindən yayılması və ya müxalifətə ötürülməsi hakimiyyətə çox ciddi zərbə ola bilərdi. MTN-də əməliyyatın və həbslərin ilk olaraq Monitorinq Mərkəzindən başlaması da təsadüf deyil. Monitorinq Mərkəzinin dərhal möhürlənməsi oradan hansısa materialların çıxarılması və ya məhv edilməsini əngəlləmək üçün edilib. MTN-dən nələr çıxarılıb, nələrin harada saxlanıldığını isə istintaq müəyyən etməlidir.

Rəsul Quliyev bilgilərini açıqladı

Məzahir Pənahovu da dinləyiblər - yeni sensasion həbslərin sirri

Azərbaycandan uzaqda yaşasa da, hakimiyyətdəki kompromatların toplanması və telefonların gizli dinlənilməsindən məlumatlı olduğu şübhə doğurmayan eks-spiker Rəsul Quliyev MTN-dəki həbslərin birbaşa gizli dinləmələrlə bağlı olduğunu deyib. Eks-spikerin dediklərindən: “Telefonlara qulaq asmaq həmişə çox gözlənilməz effekt verir. Kiminsə telefonuna qulaq asırsan və birdən elə adamın adı ortaya çıxır ki, həm qulaq asan, həm də qulaq asmağa komanda verən şoka düşür. Telefonlara qulaq asanlar həmişə belə gözlənilməz hadisələrlə rastlaşır. Aydındır ki, telefona qulaq asanlar hətta Mahmudovun icazəsi olmadan təsadüfən qulaq asma orbitasına düşmüş varlıları şantaj etməklə pul yığıblar. Və çox ehtimal bu işlə artıq azı 5-6 ildir məşğul olurlar. Bu yolla ”qazanılmış" puldan azğınlaşıblar. Düşünürəm ki, Mahmudov prezidentin yanında olanda, onun adamları başda çox inandığı mühafizəçi olmaqla, vətəndaşlara qulaq asma departamentini, nazirin və bəzi generalların kabinetlərini möhürləyiblər və orada axtarışa başlayıblar. Arxivdən də sənədlər çıxarılıb və bir neçə gün ərzində işıq üzü görməməli sənədlər kompromat xarakterli materiallar götürülüb, bəlkə də artıq yandırılıb".

Göründüyü kimi, eks-spikerin dedikləri ilə mənbənin söylədikləri və yeni həbslər arasında bağlantılar var.

“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • BTRİB-in rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub

    BTRİB-in rəhbəri Beytulla Hüseynov vəzifəsindən ...

    21-10-2015, 17:38

  • 
  • MTN-in telefon gizlinləri açılır - QALMAQAL

    MTN-in telefon gizlinləri açılır - QALMAQAL ...

    30-10-2015, 12:16

  • 
  • MTN-in "dinləmə əməliyyatı" ilə bağlı SENSASİON MƏLUMATLAR

    MTN-in "dinləmə əməliyyatı" ilə bağlı ...

    17-11-2015, 18:12

  • 
  • Vidadi Zeynalovun məhkəməsi yenidən təxirə salındı

    Vidadi Zeynalovun məhkəməsi yenidən təxirə salındı ...

    19-10-2018, 13:51

  • 
  • Eldar Mahmudovun qohumuna və Aparat rəhbərinə 13 il, qalanlara şərti cəza

    Eldar Mahmudovun qohumuna və Aparat rəhbərinə 13 ...

    27-07-2017, 12:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu