GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Həbslər əyalətlərə də sirayət edəcək

Həbslər əyalətlərə də sirayət edəcək

Tarix: 30-10-2015, 12:35 Bölmə :Ölkə Baxış: 0
Həbslər əyalətlərə də sirayət edəcək

MTN işində məsələnin təkcə sahibkarlıq deyil, həmçinin dinləmə ilə bağlı olduğu proseslərdən məlumdur; Bundan sonra həbslər və işdən çıxarılmalar əyalətlərə transfer olunacaq

İki həftə öncə başlamış MTN-lə bağlı qalmaqal səngimək bilmir. Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılması, ardından isə 15-ə yaxın yüksək çinli zabitin həbs olunması işin təkcə sahibkarlıqla bağlı olduğu düşüncəsinin üzərindən çoxdan xətt çəkib. Məsələnin mahiyyətində isə daha ciddi faktorların dayandığı artıq sirr deyil.

MTN-lə bağlı qalmaqalın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) qədər uzanması heç də səbəbsiz deyil. Qeyd edək ki, bu qurumun bir neçə önəmli fiqurunun həbs olunması işin mahiyyətini qismən açmağa imkan verir. Çünki həbs olunanların əksəriyyəti bilavasitə telefon rabitəsi ilə məşğul olub. Həmçinin onların dinləmə işində yaxından iştirak etmək imkanları olub.

Məsələn, BTRİB-in sabiq rəisi Beytulla Hüseynovun həbs olunması heç də qaranlıq olmayan məsələdir. Onun Bakı şəhərindəki bütün telefon xidmətlərinə nəzarət etdiyi də gizli iş sayılmır. Eldar Mahmudovun qohumu olması səbəbindən bu qədər yüksək posta çıxması da məqsədli olub və böyük ehtmalla Hüseynovun saxlanılmasının əsas səbəbi dinləmələrdə iştirak etməsidir.

Proses təkcə BTRİB-lə yekunlaşmayıb. Son üç gündə RYTN-də onlarla işdən çıxarma və bir neçə həbs olayı yaşanıb. Belə ki, iki gün əvvəl nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov işdən çıxarılıb, ardından da həbs olunub. Onun hədəf seçilməsinin bir neçə səbəbi var. Birincisi, Zeynalov nazirliyin önəmli fiqurlarından biri idi. İkincisi, onun yerli TKQ-larla ciddi əlaqələri vardı. Hətta əksər qovşaq rəisini məhz onun təqdimatı əsasında işə götürürdülər. Nəhayət, Vidadi Zeynalovun qardaşı MTN-də yüksək postlardan birini tuturdu.

Bir digər həbs olunan şəxs isə RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərovdur. Bu şəxsin niyə həbs edildiyi barədə müxtəlif versiyalar var. Həmin versiyalardan biri onun beynəlxalq danışıqları gizlicə dinlətdirdiyindən ibarətdir. Bir digər versiyaya görə isə Vidadi Zeynalovun yaxın adamı və qohumu olması səbəbindən saxlanılıb. Amma məsələnin təkcə qohumluqla əlaqəli olacağı da inandırıcı deyil. Böyük ehtimalla Cəlil Cəfərov da MTN-lə sıx bağlı olan biri olub və bir sıra təlimatlar yerinə yetirdiyinə görə, belə vaəziyyətlə üzləşib.

Bundan sonra nə baş verəcək? Proseslərin gedişatından belə başa düşülür ki, ortada ciddi dinləmə məsələsi var və bu böyük qalmaqala səbəb olub. JAM.AZ-ın araşdırmalarına görə, Eldar Mahmudov tərəfindən təşkil olunmuş prosesin iştirakçılarının sayı çoxdur. Bu sırada Rabitə Nazirliyinin daha çox imkanlarından yararlanılıb. Bu zaman nazirlikdəki adamlarının imkanlarından istifadə edərək, ölkənin bütün Telekommunikasiya Qovşaqlarını əhatə edə biliblər. Ki, istənilən vaxt istənilən şəxsi dinləmək mümkün olsun.

Gələn bəzi xəbərlərə görə, bu proses yaxın günlərdə Sumqayıt, Gəncə, Şirvan və Lənkəran kimi iri şəhərlərin TKQ-larını da əhatə edəcək. Daxil olan məlumatlarda vurğulanır ki, artıq Sumqayıt TKQ-da bununla bağlı məsələnin üstü açılıb. Qovşağın işçilərinin verdiyi məlumata görə, TKQ-nin rəisi Akif Əsgərovun Sumqayıtdakı yerli məmur və sahibkarları dinləməsinə dair xeyli sayda dəlil-sübutlar var. Və onun bu işlərə qoşulmasını isə bu yaxınlarda həbs olunan Vidadi Zeynalov təmin edib.

Mənbə iddia edir ki, Akif Əsgərov Eldar Mahmudovun yaxın qohumlarından birini öz yanına gətirib. Və bununla təminat əldə etməyə çalışır. İddia olunur ki, şöbələrdən birinə rəhbərlik edən sabiq nazirin qohumunun əliylə bir sıra dinləmələr həyata keçirilib.

Bütün məlumatları üst-üstə topladıqda durumun daha vahiməli olduğunu düşünmək elə də çətin deyil. Məsələn, Eldar Mahmudovun yaxın qohumu, Mərkəzi Xüsusi Rabitə İdarəsinə rəhbərlik edən Mahmud Mahmudov artıq işdən çıxarılıb. Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudovun hələ də görəv başında olması, vəzifə barteri sayəsində oğlunu MTN-də işə düzəldən «Azərpoçt»un direktoru Qəmbər Bəybalayevin adları indiyə qədər işlə bağlı çox hallanıb. Amma prosesin bununla yekunlaşmayacağı da dəqiqdir və həbslərin, işdən çıxarılmaların olacağı birmənalıdır.

Böyük ehtimalla Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş qaldırmış skandal bir müddət sonra mərkəzdən əyalətlərə transfer olunacaq. Çünki dinləmə ilə bağlı yaradılmış şəbəkənin təkcə Bakıda olacağı inandırıcı deyil və Eldar Mahmudovla komandası bütün ölkəni bu şəkildə nəzarətləri altında saxlamağa çalışıblar. Bu eyni zamanda, onların gəlir yerləri olub. Məsələn, sahibkarları, böyük biznes adamlarını dinləyib, haqqında məlumatlar toplayıblar.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABBASOVUN BAĞ EVİNDƏN OĞURLANAN BİR MİLYONUN SİRRİ…

    ABBASOVUN BAĞ EVİNDƏN OĞURLANAN BİR MİLYONUN ...

    9-02-2016, 16:09

  • 
  • BTRİB-in rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub

    BTRİB-in rəhbəri Beytulla Hüseynov vəzifəsindən ...

    21-10-2015, 17:38

  • 
  • MTN-in "dinləmə əməliyyatı" ilə bağlı SENSASİON MƏLUMATLAR

    MTN-in "dinləmə əməliyyatı" ilə bağlı ...

    17-11-2015, 18:12

  • 
  • RABITƏ NAZIRI IŞDƏN ÇIXARILDI- HƏBSLƏR VAR

    RABITƏ NAZIRI IŞDƏN ÇIXARILDI- HƏBSLƏR VAR ...

    29-10-2015, 16:58

  • 
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10-dan artıq vəzifəli şəxsi barədə həbs qətimkan tədbiri seçilib

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ...

    12-11-2015, 19:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu