GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ABBASOVUN BAĞ EVİNDƏN OĞURLANAN BİR MİLYONUN SİRRİ…

ABBASOVUN BAĞ EVİNDƏN OĞURLANAN BİR MİLYONUN SİRRİ…

Tarix: 9-02-2016, 16:09 Bölmə :Ölkə Baxış: 0
ABBASOVUN BAĞ EVİNDƏN OĞURLANAN BİR MİLYONUN SİRRİ…

Sabiq rabitə naziri baş vermiş olayla bağlı niyə polisə yox, MTN-ə müraciət edib?

Ötən ilin sonlarında başlamış MTN-lə bağlı qalmaqal 2016-cı ilin də ən səs-küylü mövzularından biri olaraq qalmaqdadır. Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılması, ardından isə 15-ə yaxın yüksək çinli zabitin həbs olunması işinin detalları ilə bağlı ortaya çıxan yeniliklər böyük ictimai maraq kəsb edir.

Məlum olduğu kimi MTN-lə bağlı qalmaqalın ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslərin reallaşması, nazir Əli Abbasovun isə tutduğu vəzifədən azad edilməsi səbəbsiz ola bilməzdi. Bu adıçəkilən nazirliyin rüşvət və korrupsiya yuvasına çevrilməsi ilə yanaşı, nazirlik rəsmilərinin keçmiş MTN mənsubları ilə cinayət əlaqələrində olmasını da təsdiqlədi.
Bu qurumun bir neçə önəmli fiqurunun həbs olunması işin mahiyyətini qismən açmağa imkan verir. Çünki həbs olunanların əksəriyyəti bilavasitə telefon rabitəsi ilə məşğul olub. Həmçinin onların dinləmə işində yaxından iştirak etmək imkanları olub. Məsələn, BTRİB-in sabiq rəisi Beytulla Hüseynovun həbs olunması heç də qaranlıq olmayan məsələdir. Onun Bakı şəhərindəki bütün telefon xidmətlərinə nəzarət etdiyi də gizli iş sayılmır. Eldar Mahmudovun qohumu olması səbəbindən bu qədər yüksək posta çıxması da məqsədli olub və böyük ehtmalla Hüseynovun saxlanılmasının əsas səbəbi dinləmələrdə iştirak etməsidir.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov da prosesdə əsas fiqurlardan sayılır. Onun həbsi isə bir sıra məsələlərlə bağlı ola bilər. Birincisi, Zeynalov nazirliyin önəmli fiqurlarından biri idi. İkincisi, onun yerli TQ-ları ilə ciddi əlaqələri vardı. Hətta əksər qovşaq rəisini məhz onun təqdimatı əsasında işə götürürdülər. Nəhayət, Vidadi Zeynalovun qardaşı MTN-də yüksək postlardan birini tuturdu.
Digər həbs olunan şəxs isə RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərovdur. Bu şəxsin niyə həbs edildiyi barədə müxtəlif versiyalar var. Həmin versiyalardan biri onun beynəlxalq danışıqları gizlicə dinlətdirdiyindən ibarətdir. Başqa bir versiyaya görə isə Vidadi Zeynalovun yaxın adamı və qohumu olması səbəbindən saxlanılıb. Amma məsələnin təkcə qohumluqla əlaqəli olacağı da inandırıcı deyil. Böyük ehtimalla Cəlil Cəfərov da MTN-lə sıx bağlı olan biri olub və bir sıra təlimatlar yerinə yetirdiyinə görə, belə vəziyyətlə üzləşib.
Rabitə Nazirliyində səs-küylü həbslərin reallaşdığı bir vaxtda nazir Əli Abbasovun canını yalnız tutduğu vəzifəni itirməsi ilə qurtarması isə maraq doğurur. Məlumatlı mənbələr bunun səbəbsiz olmadığını, istintaqa cəlb olunmuş vəzifəli şəxslərin verəcəkləri ifadələrdən asılı olaraq Əli Abbasovun da eyni aqibəti yaşayacağını iddia edir. Çünki yuxarıda geniş bəhs etdiyimiz həbslər o anlama gəlir ki, MTN-in Rabitə Nazirliyindəki adamları vasitəsilə uzun illər Azərbaycanın siyasi hakimiyyət mənsublarının təkcə ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb.
Yayılan məlumatlarda bir məqam da əsas xətt kimi keçir ki, Əli Abbasov istintaqa çağırılanda və ondan hesab sorulanda, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub. Belə məlum olub ki, Ə.Abbasov nazir olsa da, əsas qərarları Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət etməyib.
Amma ötən gün unikal.org saytının yaydığı çox ilginc bir informasiya məsələnin heç də Əli Abbasovun iddia etdiyi kimi olmadığını düşünmək üçün əsaslar yaradıb. Bu istiqamətdəki versiyalara nəzər salmazdan öncə isə həmin informasiyaya diqqət yetirək:
“Unikal.org”a daxil olan məlumata görə, keçmiş rabitə və informasiya texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən külli miqdarda pul oğulanıb. Belə ki, nazirin evindən nə az, nə çox 1 milyon manat pul aparılıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıblar. Yəni, oğrular bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.
Maraqlı məqamlardan biri də odur ki, hadisə ilə bağlı araşdırma MTN tərəfindən aparılıb və oğrular saxlanılıb. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtiylə azadlığa buraxılmalarına şərait yaradacağını təklif etsə də oğrular bu təklifdən imtina ediblər. Onlar hazırda da cəzaçəkmə müəssisələrində cəzalarını çəkir.
Onu da qeyd edək ki, indiyə kimi bu məsələnin ört-basdır edilməsi də təsadüfi sayılmamalıdır. Məsələylə bağlı ən maraqlı və
diqqətçəkən məqam isə Əli Abbsovun bağ evindəki oğurluq hadisəsinin MTN tərəfindən araşdırılmasıdır. Axı, bir qayda olaraq oğurluq cinayətlərini polis araşdırır. Amma maraqlıdır ki, Əli Abbasovun bağ evindən edilən oğurluğu MTN araşdırıb. Bu da keçmiş nazirin MTN-lə əlaqəli olduğunu sübut edən daha bir fakt kimi nəzərdən keçirilə bilər.
Digər bir məqam: Özünün iddia etdiyi kimi heç bir korrupsiyada iştirakçı olmayıbsa, Əli Abbasovun bağ evində 1 milyon manat nə gəzirdi? Həm də oğurlanan bu məbləğ Əli Abbasovun yalnız bağ evlərinin birindən çıxan puldur. O zaman sual oluna bilər ki, adi nazir maaşı ilə Əli Abbasov milyonları necə toplayıb?
Orxan Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Həbslər əyalətlərə də sirayət edəcək

    Həbslər əyalətlərə də sirayət edəcək ...

    30-10-2015, 12:35

  • 
  • Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi - İstintaq gedir

    Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb ...

    30-10-2015, 15:29

  • 
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10-dan artıq vəzifəli şəxsi barədə həbs qətimkan tədbiri seçilib

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ...

    12-11-2015, 19:39

  • 
  • AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük “haqq” verən nazir!

    AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük ...

    18-11-2015, 16:09

  • 
  • Əli Abbasov "MTN işi"ndən danışdı

    Əli Abbasov "MTN işi"ndən danışdı ...

    1-11-2015, 12:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu