GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ELMAR VƏLİYEVİN BİRİNCİ MÜAVİNİ DEŞİFRƏ OLUNDU: GƏNCƏDƏ ARA QARIŞDI

ELMAR VƏLİYEVİN BİRİNCİ MÜAVİNİ DEŞİFRƏ OLUNDU: GƏNCƏDƏ ARA QARIŞDI

Tarix: 30-10-2015, 22:50 Bölmə :Ölkə Baxış: 0
ELMAR VƏLİYEVİN BİRİNCİ MÜAVİNİ DEŞİFRƏ OLUNDU: GƏNCƏDƏ ARA QARIŞDI

Məlum olduğu kimi, YAP özünün namizəd siyahısını açıqlayan zamanı bir çoxlarını təəccübləndirəcək namizədlərə də yer verib. Onların arasında Gəncə icra başçısının müavini, YAP-ın yerli təşkilatının sədri Naqif Həmzəyev də var. Qeyd edək ki, Naqif Həmzəyevin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülüb və şansı çox yüksək qiymətləndirilir. Amma sözügedən şəxsin qorxduğu, daha çox kabusuna çevrildiyi məqamlar da az deyil. Naqif Həmzəyevin keçmişində “qaranlıq” yerlər həddindən artıq çoxdur. Onun ADAU-da işləyərkən qovulmasından tutmuş, Elnur Aslanovla yaxın olmasına qədər ciddi amillərdən çəkindiyi və bu barədə ümumiyyətlə, danışmadığı vurğulanır.Deputatlığa namizədin digər bir kabusu isə vaxtıyla işlədiyi bir şirkətlə bağlıdır. Vaxtıyla “Mətanət-A” şirkətində mətbuat xidmətinin rəhbəri və PR meneceri kimi çalışan Naqif Həmzəyev bu barədə tərcümeyi halında bircə cümlə belə qeyd edilməyib. Bu baradə Azerinews.tv şok məlumatlar daxil olub. Məlumatda iddia olunur ki, buna səbəb həmin şirkət sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olub. Belə ki, Naqif Həmzəyev həmin dönəmlərdə Fərhad Əliyevə daha çox yaxın olmaq üçün bir xeyli canfəşanlıq edib. Bundan başqa o dönəmlərdə mətbuatda sabiq nazirin xeyrinə məqalələrin hazırlanması və yerləşdirilməsində də müstəsna xidmətləri olub. Və bu barədə məlumatları gizlətməkdə məqsədi adının yenidən sabiq nazirlə birlikdə hallanmasını istəməməsidir. Çox maraqlıdır ki, Naqif Həmzəyev Fərhad Əliyevlə yanaşı, Azərbaycan hakimiyyətinə qarşı çıxmış və onu sərt formada tənqid edən digər bir qalmaqallı siyasətçinin də yanında yer alıb.Deputatlığa namizədin yanında olduğu və dəstək verdikləri adamların sırasında "Azərbaycan yolu" Hərəkatının sədri İlqar Qasımovun da adı çəkilir. Daha dorğusu, Naqif Həmzəyev Rusiyanın Azərbaycandakı emissarlarından sayılan bir şəxsə yetərli qədər köməkliklər göstərdiyi məlum olmuşdur.
Son illər ölkədə “Nurçu” adlı dini şəbəkəyə daxil olan insanlarla bağlı tez – tez informasiyalar yayılır. Ötən il ölkənin bir sıra iri ranqlı məmurlarının da adının keçdiyi Nurçu şəbəkəsinin aşkar olunması ilə bağlı məsələ ölkənin əsas gündəm hadisələrinə çevrilmişdi.
Hələ ötən ilin 15 aprel tarixində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov MTN-də bu məsələ ilə bağlı 6 saat dindirilib. O vaxt dindirilən şəxslərdən biri də Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini,vaxtı ilə YAP-a söyən,amma indi YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev idi.Bundan sonra bir neçə media qurumu Naqif Həmzəyevin “Nurçu”larla əlaqələri haqqında məlumatlar yaymağa başladı. Maraqlı məqam ondan ibarət idi ki, heç bir rəsmi qurum qəzetlərin bu iddiasını təkzib etmədi. Ancaq bəlli olmayan səbəblərə görə aqressivliklə başlayan araşdırma birdən dayandı.Bir Müddət əvvəl isə ölkədə “Nurçu”ların yenidən güclənmə cəhdlərinin olması gündəmə gəldi. Milli Təhlükəsizlik Nazirliyi də bununla bağlı əməliyyat keçirdi. Ancaq maraqlı nüans ondan ibarətdir ki, o vaxt medianın “Nurçu”larla əlaqəli olduğu iddia edilən Naqif Həmzəyev bu il Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yer alıb.
Verilən məlumatda Naqif Həmzəyevlə bağlı digər maraqlı nüans ondan ibarətdir ki, o hazırda deputatlığa namizəd olmaqla yanaşı eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinidir. Qanunvericilik isə icraedici orqanda təmsil olunan şəxslərin qanunverici orqanda təmsil olmasını qadağan edir. Belə problemlərin yarana biləcəyini əvvəlcədən ehtimal olunduğu bir məqamda YAP-ın israrla onun namizədliyi irəli sürməsi N. Həmzəyevin hansısa formada və kimlərsə tərəfindən himayə olunması iddiasına ciddi əsaslar yaradır.
Azerinews.tv - yə daxil olan məlumatda oda bildirilir ki, Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsində işləyəndə onun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalar başlanıb.Bunlardan biri də Gəncə Şəhər Icra Hakimiyyəti başçısının 30 yaşlı birinci müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevdir. O, 2009 – 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, Istanbul və Fırat universitetlərində, həmçinin Tubitak Ulakbim təşkilatında “IT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər Institutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. Bundan başqa Eldar Mahmudovun komandası Naqif Həmzəyevin cangüdənliyini ən yüksək səviyyədə təmin etməyə müvəffəq olmuşlar. Elnur Aslanov klanının ardından, Eldar Mahmudov komandasının süqutu Naqif Həmzeyin deputatlıq yoluna çıxması ilə nəticələndi. Əgər o deputat seçilərsə ən azından 5 il toxunulmaz olaraq fəaliyyət göstərmiş olacaqdır.Hörmətli redaksiya, Naqif Həmzəyevlə bağlı biz də hər kəsi şoka salacaq foto var. Fotoda Naqif Həmzəyev hansısa dini terror təşkilatına aid bayrağın qarşısında silahlı formada duraraq sanki “görəvləri” tam olaraq yerinə yetirməyə hazır olduğunu bildirir. Fotonun montaj olmadığını dəqiqləşdirəndən sonra Sizə göndərəcəyik. Eyni zamanda Naqif Həmzəyevin xaricdən gələn “müəmmalı qonaqları” şəxsi avtomobili ilə niyə Hacıkənd istiqamətinə doğru aparması haqqında da məlumat göndərəcəyik.

Azerinews.tv-yə daxil olan məlumatın digər maraqlı məqam isə ondan ibarətdir ki, Elmar Vəliyev onbaşı,yüzbaşı və minbaşı kimi ştatlar təsis edib.Elmar Vəliyevin tapşırığına əsasən seçki günü minbaşi min adam,yüzbaşı yüz adam gətirib Naqif Həmzəyevə, Pərvin Kərimzadəyə və YAP-ın digər namizədlərinə səs verdirməlidir.Bu barədə Gəncədə yerləşən bütün idarə və müəssisələrin rəhbərlərinə ciddi tapşırıq verilib və seçki komissiyalarının sədrləri təlimatlandırılib. Hətta kimin necə və hansı adamları gətirəcəyi barədə siyahılar da JEK-lərdən alınaraq minbaşı və yüzbaşılara təqdim olunub.Elmar Vəliyev isə iclaslarda deyir qanun mənəm, mənim dediyimi Quran ayəsi kimi qəbul etməlisiniz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gəncədən Naqif Həmzəyevə qarşı ifşaedici bəyanat

    Gəncədən Naqif Həmzəyevə qarşı ifşaedici bəyanat ...

    2-12-2015, 15:32

  • 
  • Gəncəlilər Naqif Həmzəyevin namizədliyini özlərinə təhqir bilirlər- ŞOK MÜRACİƏT

    Gəncəlilər Naqif Həmzəyevin namizədliyini ...

    14-01-2020, 14:39

  • 
  • GƏNCƏDƏ MÖHTƏŞƏM ÜÇLÜK ...

    GƏNCƏDƏ MÖHTƏŞƏM ÜÇLÜK ... ...

    29-01-2020, 16:41

  • 
  • Ağacan Abiyev: “Milli Məclis Naqif Həmzəyevin fikirlərinə mütləq qiymət verməlidir”

    Ağacan Abiyev: “Milli Məclis Naqif Həmzəyevin ...

    3-12-2015, 17:13

  • 
  • Görəsən kim haqlı çıxacaq?

    Görəsən kim haqlı çıxacaq? ...

    4-12-2015, 18:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu