GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə layiq deyil”

Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə layiq deyil”

Tarix: 30-10-2015, 23:02 Bölmə :Ölkə Baxış: 0
Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə layiq deyil”

"Əbülfəs Qarayev mədəniyyətin keşiyində durmaqdansa, mavi, homoseksualist müğənniləri xalqa sırıyır"


İki gündür, şair Vaqif Bəhmənli ilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev arasında yaranan xoşagəlməz olay mətbuatın əsas mövzularından biri olaraq qalır.
Buna səbəb şairin “Hamıya yaxşılıq” şerinin birmənalı qarşılanmamasıdır. Kimi buna görə şairə yaltaq damğası vurdu, kimi də nazirin bu addımını alqışlamaqla kifayətləndi... Amma bir məsələyə nədənsə diqqət o qədər də çəkilmədi: ictimai qınağı başa düşmək olar, amma şairə şeirinə görə rəsmi şəkildə töhmət vermək və onu ictimailəşdirmək, nüfuzlu bir ədəbiyyat adamını rüsvay eləmək nə qədər düzgündür? Və ən əsası bu, Mədəniyyət nazirinə yaraşarmı?

Bununla bağlı AzNews.az-ın əməkdaşı bir neçə ədəbiyyat adamının fikrini öyrənib:

Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə layiq deyil”

Millət vəkili Aqil Abbas hesab edir ki, Azərbaycanda barmaqla sayılan 3-4 şairdən biri olan V.Bəhmənliyə qarçı bu münasibət ədalətli deyil: “Bu hadisə mənə çox pis təsir etdi. Əbülfəs Qarayev çox alicənab insandı. Biz onunla nazir olmamışdan öncə dostuq. İndi yazıb-yazıb da, bir şeirə görə Vaqif kimi şairi gözdən salmaq olmaz axı...”

Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə layiq deyil”

Şair Musa Yaqub hesab edir ki, belə bir şeirin yazılmasında qəbahət axtarmaq lazım deyil, amma şeirə görə cəza vermək çox qəbahətli bir işdir: “Şeirdən hiss olunur ki, onların yaxın münasibətləri var. Yaxın münasibət olmasa, belə şeir yazılmaz. Vaqif Bəhmənli də mənim dostumdur, yaxşı şair, gözəl insandı. 60 yaşı var. Özləri bilər, amma bu işçi-rəhbər arasında olan məsələ bu şəkildə qabardılmamalıydı. Sabah bu vəziyyəti hamımız yaşaya bilərik. Şairə bu münasibət şəxsən nazirə yaraşmayan işdir”.

Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə layiq deyil”

Şiri Şair Rüstəm Behrudi isə bildirib ki, Vaqif Bəhmənlini cəzalandırıb, ona töhmət vermək, cəmiyyətin, oxucuların gözündən salmaq cəmiyyətə də, ədəbiyyata da hörmətsizlikdir: “Əslində, Vaqif Bəhmənlinin nəyinə lazım idi ki, sıradan bir şəxsə deyil, dövlət məmuruna şeir yazsın. Özü də bu cür şeir. Şeir poetik cəhətdən gözəldir. Amma bu sözlərin məmura yazılması Vaqif Bəhmənliyə yaraşmazdı. Vaqif Bəhmənli bütün həyatını ədəbiyyata, şeirə, sənətə həsr edən adamdır. Onun nəyinə lazım idi ki, bir nazirə yaranmaq üçün şeir yazsın?! Məsələn, mən həyatım boyu elə bir şey eləməzdim. Amma bütün bunlara baxmayaraq, şeirə görə Vaqif Bəhmənlini cəzalandırıb, ona töhmət vermək, cəmiyyətin, oxucuların gözündən salmaq düzgün deyil. O, şöhrətə sahib adam idi, böyük oxucu kütləsi vardı, cəmiyyətdə qəbul olunan şəxsdir, ona bu da azdır. Bu həmin Əbülfəs Qarayevdir ki, Azərbaycan mədəniyyətinin keşiyində durmaq əvəzinə mavi, homoseksualist müğənniləri bura dəvət edib, Heydər Əliyev Sarayında, “Yaşıl Teatrda” xalqa sırıyır. Bir yerdə ədəbiyyatla bağlı fikirlərini deyib. Gedib öz işi ilə məşğul olmur. O, Azərbaycan ədəbiyyatı ilə bağlı yanlış fikirlər söyləyən adamdır. Əbülfəs Qarayev Vaqif Bəhmənlinin yazdığı şeirə layiq deyil . Vaqif Bəhmənli bunu bilirdi. Niyə yazırdı? Ona görə də, cəzasını çəkməlidir”.

Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə layiq deyil”

Publisist Nəriman Əbdülrəhmanlı isə hesab edir ki, nazir Vaqif Bəhmənliyə sözə görə yox, dövlət qulluqçusunun etik normaları gözləməməsinə, yəni səhvə yol verdiyinə görə töhmət verib: “Bu da bir inzibati cəzadır. Bir də ki, əgər mətbuat məsələni bu qədər hallandırmasaydı, o şeir ictimai rezonans doğurmasaydı, tədbir görülməz, cəmiyyətə elan olunmazdı. Bir çox qurumlarda, məsələn, Azərbaycan Yazıçılar Birliyində isə belə şeyləri, əksinə, təqdir eləyir, mükafatlandırır, vəzifə verirlər”.

Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə layiq deyil”

Şair Aqşin Yenisey hesab edir ki, Vaqif Bəhmənli yaltaq adam olsaydı bu şeri peşəkarcasına hamıya "yedirərdi": “Görünür, xislətində yaltaqlıq yoxdur ki, bacarmadı. Vaqif Bəhmənlinin dostu Əbulfəs Qarayevə deyil, nazir Əbülfəs Qarayevə məhiyyə janrında şeir yazması nə qədər normal haldırsa, nazirin ona şerə görə töhmət verməsi də bir o qədər normalıdır. İkincisi, şerə görə şairə mükafat verirlərsə, deməli, töhmət də vermək olar. Ədəbiyyat inzibati idarəçiliyin yedəyinə çeviriləndə hər şey ana südü kimi halaldır”.

AzNews.az V.Bəhmənlinin töhmət almasına səbəb olan şeiri təqdim edir:

Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq…
hisə yaxşılıq…
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq –
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…

Bahar RÜSTƏMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əbülfəz Qarayev Qubada inək vurdu -EKSKLÜZİV

    Əbülfəz Qarayev Qubada inək vurdu -EKSKLÜZİV ...

    11-08-2013, 15:25

  • 
  • Nazir ona mədhiyyə yazan şairi işdən qovdu Video

    Nazir ona mədhiyyə yazan şairi işdən qovdu Video ...

    17-12-2015, 17:16

  • 
  • Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

    Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin ...

    23-10-2018, 12:31

  • 
  • Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır

    Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır ...

    8-12-2013, 11:51

  • 
  • Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM

    Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - ...

    21-05-2020, 15:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu