Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli işdən çıxarılıb.
Məlumata görə, nazir Əbülfəs Qarayevə şeir yazdığı və həmin şeri dərc etdirdiyi üçün nazirlik tərəfindən töhmət alan şair həmin ərəfədə məzuniyyətə göndərilib.
Dekabrın 16-da məzuniyyətdən qayıdan şöbə müdiri artıq işdən çıxarıldığı ilə bağlı əmrinin verildiyini öyrənib.
Aznews.az saytının müxbiri bu məsələ ilə bağlı V.Bəhmənli ilə əlaqə saxlayıb. O, hazırda məzuniyyətdə olduğunu, məsələdən xəbərsiz olduğunu bildirib.
Xatırladaq ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə “Hamıya yaxşılıq” adlı şer həsr edib. Nazir isə ona yazılan şeri bəyənməyib və bu şeri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq şer “525-ci qəzet”də tirajlanıb. Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib. Bu hadisə isə cəmiyyətdə böyük rezonans doğurub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?