xural.com-a daxil olan məlumata görə, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub. Bu haqda xural.com-a Azad Mürsəliyevin oğlu məlumat verib: “Mən Azadın oğluyam. Atam Azad Mürsəliyev İstanbula gedərkən sərhəddə saxlanıldı. Hal-hazırda Qazax Polis İdarəsində saxlanılır.” Qazax Rayon Polis İdarəsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Xatırladaq ki, bu günlərdə Elşad Abdullayevin qardaşını da prokurorluq orqanlarındakı işindən uzaqlaşdırıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?