Elşad Abdullayevin bacısı oğlu ilə aclıq edənlərdən birinin səhhəti pisləşdi Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, ABU-nun sabiq rektoru Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyevin aclıq aksiyasına qoşulan dörd nəfərdən birinin səhhəti pisləşib. Aclıq otağından Gunxeber.com-a verilən məlumata görə, qanunsuz olaraq 10 il həbs cəzası alan Abdullayev Mübariz Elşən oğlunun xanımı Nəzakət Abdullayevin səhhəti ağırlaşdığından dünən aksiya keçirilən ünvana həkim çağırılıb. Həkimlər aclıq edənləri ikinci dəfə müayinə ediblər.
Xatırladaq ki, A.Mürsəliyev ölkədən çıxışına qadağa qoyulmasına etiraz olaraq və dayısı, 2003-cü ilin oktyabrından itkin düşən Mahir Abdullayevin tapılması tələbilə yanvarın 22-dən aclıq aksiyasına başlayıb. Daha sonra isə aksiyaya dörd nəfər qoşulub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?