Alimlər Yer kürəsinə yaxınlaşan nəhəng asteroid 2015 TB145-in ilk görüntülərini göstəriblər. Asteroidi Amerikanın Havay adalarında yerləşən Pan-STARRS avtomatik sistemi kəşf edib, onun ilk görüntülərini isə Puetro-Rikoda yerləşən Aresibo rəsədxanası əldə edib. gundemxeber.az bildirir ki, bu barədə oxu.az NASA-nın rəsmi saytına istinadən xəbər verir.
Oktyabrın 30-da asteroidin 7,5 metr/piksel ölçüsündə 6 görüntüsü əldə edilib.
Görüntülərdə alimlər asteroidin mərkəzində tünd sahələr aşkar ediblər. Astronomların fikrincə, bu sahələr kraterin təsir gücünün izləri ola bilər.
Radiolokasiya sistemi vasitəsi ilə alimlər asteroidin parametrlərini də öyrəniblər. Səma cisminin diametri 600 metrdir. Asteroid öz oxu ətrafında 5 saat ərzində tam dövrə vurur və bizim planetə tərəf saniyədə 35 km sürət ilə yaxınlaşır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?