GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Polis rəisinin otağında cibimdən narkotik çıxardılar”

“Polis rəisinin otağında cibimdən narkotik çıxardılar”

Tarix: 2-11-2015, 14:48 Bölmə :Ölkə Baxış: 0
“Polis rəisinin otağında cibimdən narkotik çıxardılar”

Narkotik vasitələrin dövriyyəsində ittiham olunan şəxslər polisləri ittiham etdilər

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Quba rayon sakinləri – 1976-cı il təvəllüdlü Pənah Əkbərov və 1958-ci il təvəllüdlü Oruc Ağaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Pənah Əkbərov Pənah 13 sentyabr 2014-cü il tarixdə, saat 13 radələrində Xaçmaz şəhərində Oruc Ağaverdiyevdən 40 manata 7,66 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitəni alıb. Həmin gün o, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. Onun ifadəsi əsasında Oruc Ağaverdiyev də həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham ediliblər.

Quba Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmaları sübuta yetirilməyib. Buna görə də onların əməli Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsüf edilib. Məhkəmənin hökmü ilə Pənah Əkbərov 1 il, Oruc Ağaverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyiblər. Həmçinin təqsirləndirilən şəxslər də cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti veriblər.

“Nəşəni çəkməyə başladıq”

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Pənah Əkbərov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Vəfat etmiş anam üçün başdaşı sifariş vermək məqsədilə tanışım Tərlanla Xaçmaza getdik və orada başdaşı məsələsi ilə bağlı Orucla görüşdük. Həmin vaxt Tərlan Orucla görüşməyib və avtomaşında oturaraq, məni gözlədi. Lakin başdaşı düzəldən ustaya zəng çatmadığından usta ilə görüşə bilmədim Tərlanla birlikdə Qubaya gəldik. Oruc Ağaverdiyevlə aramda narkotik vasitə ilə bağlı heç bir söhbət olmayıb, Orucdan narkotik vasitə almamışam və Oruca pul verməmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Qubada Tərlan narkotik vasitə olmasını bildirib və bir yerdə çəkmələrini təklif edib: Tərlanın bu təkliflə razılaşdım və Vüqar adlı şəxsin avtomobili ilə Quba rayonu Qəçrəş kəndində yerləşən Asma Körpü adlı istirahət mərkəzinə getdik. Narkotik vasitə Vüqarın üstündə olub. Marixuananı Vüqar doldurub, sonra nəşəni çəkməyə başladıq. Həmin vaxt ora polis işçiləri Novruz, Orxan və Murad gəlib və məni tutaraq, avtomaşına oturtdular. Tərlan və Vüqarı isə buraxdılar. Polislər məni polis şöbəsinə tək gətirdilər. Polis şöbəsində üstümdə axtarış apardılar. Axtarış zamanı hal şahidləri və müdafiəçisi iştirak etdilər. Polislər mənə psixi təzyiq etdilər, həmçinin cinayət məsuliyyətindən azad olunmağım ilə bağlı özünümüdafiə üçün ibtidai istintaqda üstündən çıxan narkotik vasitəni Orucdan aldığımı bildirmişəm”.

“Narkotik vasitədən istifadə etmişəm”

Oruc Ağaverdiyev də elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Xaçmaz şəhərində yaşayaraq, taksi fəaliyyəti ilə məşğul olur: “Pənahla qohumum Müslüm vasitəsilə tanış olmuşam. 14 sentyabr 2014-cü il tarixdə, saat 15-16 radələrində avtomaşının yanında dayandım, müştəri gözləyərkən iki nəfər mənə yaxınlaşdı. Onlar özlərini polis işçiləri kimi təqdim edərək, məni Quba Rayon Polis Şöbəsinə gətirdilər. Polis şöbəsində üstümdə axtarış aparıldı. Həmin vaxt rəis müavini Arzu gələrək, üstümdən

nə çıxması ilə maraqlandı. Polis işçisi Murad da cavabında üstümdən heç bir şeyin çıxmadığını bildirdi. Onda Arzu Pənahın məndən narkotik vasitə alması barədə üzümə durduğunu söylədi. Pənahı elə-belə tanıdığımı, Pənaha narkotik vasitə satmadığımı dedim. Polis işçiləri mənə təzyiq edib, Murad ciblərimi axtararkən üstümdən portmanesi, 83 manat və bığ qayçısı çıxdı. Murad qarşıma bir bağlama qoydu. O, həmin bağlamanın mənim olduğunu dedi, 83 manat pulu bir cibimə, bağlamanı isə başqa cibimə qoydu. Sonra Novruz ciblərimdən həmin 83 manatı və bir bağlama narkotik vasitəni çıxardı. Bu barədə sənədləşmə aparıldı. Döyülməyimdən qorxaraq, narkotik vasitəni tapdığımı və özüm istifadə etmək üçün üstümdə saxladığımı bildirdim. Əvvəllər narkotik vasitədən istifadə etmişəm. Pənaha heç vaxt narkotik vasitə satmamışam və Pənahdan 40 manat almamışam”.

İbtidai istintaq zamanı Oruc Ağaverdiyev fərqli ifadə verib. Məhkəmədə onun verdiyi ifadəsi tədqiq olunub. O, istintaqa verdiyi ifadəsində göstərib ki, narkotik vasitə marixuananı istifadə edir: “Özümün istifadəm üçün Xaçmaz rayonunun Yalama meşə ərazisində çətənə kolunu əkmişəm. Əkdiyim koldan yarpaqları yığaraq qurutmuşam və marixuana hazırlamışam. Həmin marixuananı özüm istifadə etmişəm. Həmin marixuanadan qalanını kağıza bükərək cibimə qoymuşam və sentyabrın 14-də, günortadan sonra Xaçmaz şəhərindəki dairədə dayanmışam. Bu zaman polis əməkdaşları tərəfindən həbs edilmişəm”.

“Pənah Əkbərova müdafiəçi təyin edildi”

Şahid qismində ifadə verən Murad Osmanov bildirib ki, Quba Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunda əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır: “13 sentyabr 2014-cü il tarixdə Quba şəhər sakini Pənah Əkbərovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirməsi ilə əlaqədar şöbəyə əməliyyat məlumatı daxil oldu. Həmin məlumatın dəqiqləşdirilməsi və Pənah Əkbərovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsindən

ötrü şöbə rəhbərliyinə rəsmi məlumat verdik. Şöbə rəhbərliyi həmin məlumatın yoxlanılması ilə əlaqədar məndən, Quba Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Novruz Qurbanovdan, polis nəfəri Ramil Mehrəliyevdən və təhqiqat qrupunun təhqiqatçısı Vüqar İsmayılovdan ibarət əməliyyat qrupu yaratdı. Məlumata əsasən Pənah Əkbərov Quba rayonu Qəçrəş massivində olub. Buna görə də həmin yerə gəldik. Orada Pənah Əkbərova yaxınlaşaraq, özümüzü təqdim etdikdən sonra polis şöbəsinə getməsini bildirdik. Pənah Əkbərov heç bir etiraz etmədən bizim ilə birlikdə Quba Rayon Polis Şöbəsinə gəldir. Orada Pənah Əkbərova narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna, həmçinin üstündə qanunsuz olaraq narkotik vasitə gəzdirdiyinə görə şübhəli bilindiyini dedik və üzərinə baxış keçiriləcəyini qeyd etdik. Pənah Əkbərov heç bir etiraz etmədən bununla razılaşdı. Baxış keçirilməzdən əvvəl Pənah Əkbərova müdafiəçi təyin edildi, iki hal şahidi də baxışda iştirak etmək üçün dəvət olundu. Baxışdan əvvəl hal şahidlərinə hüquq və vəzifələri izah edildi. Baxışdan əvvəl təhqiqatçı Vüqar İsmayılov Pənah Əkbərova üzərində olan əşyaları masanın üstünə qoymasını təklif etdi. Pənah Əkbərov da əynində olan parça materialdan olan qara rəngli pencəyinin içəri sol qoltuq cibindən bir ədəd üzərində “spiçki” sözü yazılmış kibrit qutusunu masanın üstünə qoydu”.

Şahid daha sonra ifadəsində Pənah Əkbərovun üzərinə baxışın keçirilməsindən danışıb: “Pənah Əkbərovun üzərindən aşkar olunub və götürülmüş bir ədəd kibrit qutusu açıldı. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edildi. Bu barədə Pənah Əkbərovdan soruşduq. O, kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı sentyabrın 13-də, saat 13 radələrində özü istifadə etmək üçün Xaçmaz rayon sakini kimi tanıdığı Oruc adlı şəxsdən 40 manata aldığını və üzərində gəzdirdiyini bildirdi”.

Murad Osmanovun sözlərinə görə, sentyabrın 14-də Oruc Ağaverdiyevlə bağlı əməliyyat keçiriblər və onu da Quba rayon Polis Şöbəsinə gətiriblər.

Şahid qeyd edib ki, şöbədə Oruc Ağaverdiyevin üzərinə baxış keçirilib və ondan da narkotik vasitə aşkar edilib.

Dövlət ittihamçısı Teymur Əsədov çıxış edib. O, bildirib ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlara düzgün qiymət verməyib. Prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Daha sonra hakimlər Quba Rayon Məhkəməsinin hökmünü ləğv ediliblər və təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarıblar. Yeni hökmə əsasən, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli biliniblər. Məhkəmə Pənah Əkbərovun 3 il, Oruc Ağaverdiyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda “Bibi” ləqəbli narkotacirə ağır – Cəza

    Bakıda “Bibi” ləqəbli narkotacirə ağır – Cəza ...

    30-01-2019, 15:56

  • 
  • “Ağ ölüm” alverçilərinə hökm oxundu

    “Ağ ölüm” alverçilərinə hökm oxundu ...

    18-02-2018, 22:28

  • 
  • YAP-ın rayon təşkilatı sədrinin oğlu barəsində cinayət işi başlanıldı

    YAP-ın rayon təşkilatı sədrinin oğlu barəsində ...

    11-03-2020, 13:10

  • 
  • Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb

    Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə ...

    9-03-2021, 13:53

  • 
  • Qanunsuz dini çağırışlar edənə ağır cəza

    Qanunsuz dini çağırışlar edənə ağır cəza ...

    20-02-2015, 12:28


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu