Məhkəmə onlardan birinə 7, digərinə isə 6 il cəza təyin etdi
Qazax rayonunda narkotik vasitlərin dövriyyəsində təqsirli bilinən rayonun Ağkönək kənd sakini Amil Eminov Amil Eminov və Bakı şəhər sakini Ruslan Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Amil Eminov və Ruslan Yusifov Qazax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib.
Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Eminov 7 il, Ruslan Yusifov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?