"Bu, texniki məsələdir. MSK-nın saytında mənim səslərim 34.6 faiz göstərilirdi. Dairə müraciət edib ki, bu, səhvdir. Reallıqda isə mən 37.4 faiz səs almışam. Ona görə də MSK-ın saytında yenilənmə gedir". Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib. Qeyd edək ki, MSK-ın saytında 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə bütün göstəricilər ləğv edilib. A.Əlizadə qeyd edib ki, yaxın vaxtlarda yenilənmə sona çatacaq: "Əleyhdarlarım sevinməsinlər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?