Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən V çağırış seçkilərdə qalan 4 seçki dairəsi üzrə lider namizədi açıqlayıb.
APA-nın məlumatına görə, Məzahir Pənahov deyib ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində 70,3 faiz səslə Tahir Süleymanov (YAP), 118 saylı Ağdam şəhər Seçki Dairəsində 66,4 faiz səslə Bəxtiyar Əliyev (YAP) , 121 saylı Laçın Seçki Dairəsində isə 62,5 faiz səslə Mahir Abbaszadə (YAP) lider namizəddir.
Daha çox diqqət çəkən 35 saylı Xətai Üçüncü Seçki Dairəsində 47,3 faiz səslə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə lider namizəd olub, Ümid Partiyasının sədri İqbal Ağazadə ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan üzrə 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən, yəni 5547 seçki məntəqəsindən daxil olan 2 milyon 894 min 515 seçki bülleteninin sayılması prosesi başa çatıb.
***
Dünən keçirilən seçkilərdə sürpriz hesab olunan dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi hesab olunur. İlkin nəticələrdə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizdənin elan olunması maraqla qarşılanmışdı.
Məlumata görə, həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6-dan protokol açıqlanmışdı. Hazırda isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının “protokollar” bölməsində sıfırlanıb.
Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai üçüncü seçki dairəsinin adı siyahıdan çıxarılıb. Mübahisəli olan bu dairədə seçkinin nəticələri indiki məqamda sual altına düşmüş hesab olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?