... Yaxud “Həsən 96” iman üçün 96 spirtdən də təhlükəlidir
“Azadlıq” qəzetinin 14 fevral 2013-cü il tarixli nömrəsində getmiş “Halal evimizi başqasına satıblar” adlı yazı diqqətimi çəkməyə bilməzdi. Çünki yazıda adı gedən Elşad Məmmədovu bir qədər əvvəldən tanıyıram. Onun və qardaşalrının neçə- neçə məcburi köçkünə dayaq olduğunu da bilirdim. Həmçinin şəhid İslam Nəsibovun əlil oğlu Turalı bir müddət himayəsinə götürdüyünü də bilirdim. Amma xeyli müddətdir ki, belə bir nisbətən imkanlı şəxsin Bakıdan gəlib Qazaxda ailəsi ilə birgə kirayədə yaşamasının, burdakı məcburi köçkün qohumlarına sığınmasının səbəbi haqda açığı heç düşünməmişdim də. Beləliklə “Azadlıq” qəzetində gedən həmin yazıdan sonra hər şey mənə məlum oldu. Buna görə də Elşadla görüşmək qərarına gəldim. Sən demə o da məni axtarırmış. Sən demə o heç də Elşad Abdullayevdən az məktub yazmayıbmış yuxarılara. Sən demə yetimliklə böyüyən, min bir əziyyətlə özünə gün- güzəran düzəldən bu şəxsin bütün uğurları bir andaca hansısa sehrli əl tərəfindən silinir. Özü də Elşad və qardaşalrı YAP üzvü ola- ola. Hələ Elşad Məmmədov vaxtilə Binəqədi rayonunda YAP-ın “Göyəzən” adlı gənclər təşkilatını yaradıbmış, təşkilata cəlb etdiyi xeyli sayda gəncin üzvlük haqqını da öz cibindən verirmiş. Böyük qardaşı İlqar Məmmədov isə Qarabağ müharibəsi veteranıdır. Amma bütün bunlara baxmayaraq onun sərvətini çox gülünc və çox da faciəli şəkildə əlindən alıblar. Şikayət etmədiyi yer qalmayıb. Az qala bir torba poçt göndəriş xəbərnaməsi yığıb indiyəcən. Bir ünvana bəlkə də 10 dəfə məktub göndərib. Kimlərə ünvanlanmayıb bu məktublar- prezidentə, baş prokurora, müdafiə naziri xaricində bütün güc nazirliklərinə, Mehriban Əliyevaya, Ramiz Mehdiyevə, müxtəlif məhkəmələrə, polis bölmələrinə və sair. Hərdən Elşad Məmmədova qısaməzmunlu cavablar da gəlib-“yaxın vaxtlarda ərizənizə baxılacaq” deyib hamı bir ağızdan. Amma baxılmır ki, baxılmır. Bəs görək nələr gəlib Elşad Məmmədovun başına. Elşad Məmmədovun 355000 manatını məhşur Hacı İbrahim Nehrəmli çox məharətlə əlindən almış, indi də özünü hədələyir ki, səsini çıxarma. Belə ki, Elşad Məmmədov bir xeyli borc pul götürərək Nəsimi rayonu, Abay döngəsi, 360- cı məhəllədə yerləşən çoxmərtəbəli binanın 13- cü mərtəbəsində 51 və 52 sayı evləri pulunu tam qanuni səndlərlə ödəyərək almışdır. Amma sonra onun əmlakı qanunsuz yollarla Hacı İbrahimə məxsus “Həsən 96” MTK tərəfindən zəbt edilmişdir. Buna qanuni don geyindirmək üçünsə Hacı İbrahim Nərimanov rayon prokurorluğuna bir “qardaşlıq məktubu” göndərmiş və Nərimanov polisinin icraatında olan işə baxılmamışdır. Bunun səbəbini soruşanda isə Nərimanov polisində Tərlan adlı polis kapitanı Elşad Məmmədova hədə- qorxu gəlmişdir. Hacı İbrahim özü isə zərərçəkən kimi Zakir Qaralova da bir “qardaşlıq məktubu” göndərmişdir. Guya ona məxsus Skad restoranı üçün bəzi inşaat işləri görmək müqabilində Kənan Muxtarov və Orxan Sadıqov adlı şəxslərlə 500000 manatlıq müqavilə bağlanmış və lakin onlar da Hacı İbrahimin Zülü və digər adamlarının vəzifə səhlnkarlığından istifadə edərək heç bir iş görməmiş, həmin 500000 pul müqabilində onlara verilmiş mənzili tezbazar Elşad Məmmədova və Vüqar Füraqova satmışlar. Qəribədir- bu necə restorandır ki, qapı- pəncərəsi 500000 manata təmir olunur? Əslində isə hadisə belə olmuşdur. Hacının adamları Elşadı aldadaraq evlərin birinin sənədini almışlar ki guya evi baha qiymətə satacaqlar. Beləliklə də ev bir başqasına satılmış və bundan Elşad Məmmədovun xəbəri olmamışdır. Mübahisəli ev məsələsində adı çəkilən Vüqar Füraqov da sonradan aldadılmışdır. Beləliklə bir ev bir neçə dəfə satılmışdır. Elşad Məmmədov məcbur qalıb Hacı İbrahimin qəbuluna getmişdir. Sözünü deyib pulunu tələb etmişdir. Haci da onu hədələyərək “uşaqlar səni başa salar” demişdir və ikinci evin də sənədlərini gətirməsini tələb etmişdir. Amma Elşad imtina etmişdir. Beləliklə hədələr başlamışdır. Hacının mühafizə xidmətinin əməkdaşları bəzən açıq nömrədən də zəng vuraraq Elşadı təhdid etmişlər ki, “əə bə qardaaş, səni banditizmə apararıq, problem yaratma”. Belə nömrələrdən biri budur 070 260 04 07. Buna görə də indi Elşad Məmmədov ailəsinin və özünün təhlükəsizliyi üçün Bakıdan qaçmaq qərarına gəlmişdir. Hal- hazırda rayondakı qaçqın qohum- əqrəbasına sığınmışdır. O, Hacı İbrahimlə görüşüün elə xatırlayır sanki hansısa sehrli bir adaya gedibmiş. Üç yoxlamadan keçdikdən sonra üst- başı da tam yoxlanıb. Hansı ki heç dustaqxanaya gətirilən adamı da elə yoxlamırlar. Qəribədir, Hacı niyə bu qədər qorxur? Elşad mətbuat vasitəsilə bir daha müraciət edir prezidentə, birinci xanıma, baş prokurora, güc nazirlərinə. Kömək istəyir Elşad. Görək bu dəfə onun harayını eşidən olacaqmı? Axı prezident də məmur özbaşımalığından narazı qaldığını bildirmişdir. Sonda Elşad Məmmədov onu da qeyd etdi ki, Hacının milyardlarla pulu var. Istəsə məhkəməsiz filansız o pulu qaytara bilər.
P.S. Bu işlə bağlı olaraq 100- ə qədər şəhid ailəsi, müharibə veteranı, məcburi köçkün olan Qazax rayon sakini Elşad Məmmədovun işi ilə bağlı olaraq prezidentə, baş prokurora, ölkənin birinci xanımına, MM-ə və sair aidiyyətli qurumlara müraciət edib kömək etmələrini xahiş etmişlər
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?