Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev daha bir video yayıb. Videonu müşayiət edən mətndə deyilir ki, Rövşanə Əliyeva ilə söhbət 24 aprel 2005-ci ildə qeydə alınıb. Elşad Abdullayev bildirir ki, Hacı Məmmədovun həbsindən sonra Rövşaeə Əliyeva ona zəng edib, "evimiz yıxıldı" deyib və görüşmək istəyib: "Mən Rövşanəni ABU-da iş otağımda qəbul etdim. Bu zaman Az TV qanlı banda başcısı Hacı Məmmədovun həbs oluması haqqında AR Prokurorlugunun 23 aprel 2005 il tarixli bəyanatını oxuyurdu. İkincisi, AzTV eyni zamanda Mahir Abdullayevin ogurluq işini aparan DIN-in l müavini Zahid Dünyamalıyevin işdən azad olunması haqqında DİN-in Bəyanatını oxunurdu. AzTV-də qeyd olunan bəyanatlardan sonra Rövşanənin psixoloji trazlıgı pozuldu və yaxasını kənara cəkməyə başladı, məni bu işlərə qatmayın. Bizə bildirdi ki, mənlik hec bir şey yoxdur pulunuz Arzu Kazimova və Zahid Dünyamalıyevə vermisiniz gedin ondan da alın. Həmin ərəfədə Arzu Kazimov "Doktor" adı ilə Rövşanənin mobil telefonuna zəng edərək təcili yanına gəlməsini tələb edirdi. Mənim təkidimlə Hacı Məmmədovun həbs olunmasından qorxan Arzu Kazımov 09 may 2005-ci il tarixdə Mahirin ogurlanmasına görə məndən aldıgı pulu notarius müqaviləsi ilə saxta ev alqı-satqısı müqaviləsi pərdəsi altında rəsmiləşdirməyə müvəffəq oldu".
Sorğu
Yeni dizaynımız necədir?