Milli Təhlükəsizlik Nazirliyinə yeni təyinat həyata keçirilib. Məlumata görə, Eldar Mahmudov işdən çxıarılandan sonra bu qurumda rəhbər vəzifə tutan demək olar ki, bütün şəxslər vəzifəsindən azad edilib. Onların bir hissəsi həbs olunub, digəri isə nəzarətə götürülüb. Hazırda boş qalmış vəzifələrə təyinatlar da həyata keçirilməkdədir. Belə ki, təyinatların əksəriyyəti isə Xüsusi Dövlət Mühafizə Xidmətindən MTN-ə transferlər nəticəsində baş tutur.
Bu günlərdə isə MTN-in baş idarə rəisi vəzifəsinə Xüsusi Dövlət Mühafizə Xidmətindən polkovnik rütbəli İlqar (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs gətirilib. Məlumat üçün bildirək ki, son proseslərdə MTN rəhbərliyində cinayətkar şəbəkənin aşkarlanması, bu qurumda işləyən yüksək vəzifəli şəxslərin şəbəkə üzvü kimi ifşa olunması, eyni zamanda həmin şxəslərə qarşı etimadı sarsıdıb. İndi MTN-ə dəvət olunan şəxslər daha inamlı yerlərdəndir və etibarlı kadrlardır. Bu mənada isə yaxın günlərdə Xüsusi Dövlət mühafizə Xidmətindən bir qrup şəxsin də MTN-ə transfer olunacağı labüddür (Azpolitika.info).
Qeyd edək ki, XDMX prezidentin şəxsi mühafizə xidmətinin rəisi general xidmətinin rəhbəri, xidmətin rəis müavini Bəylər Əyyubovun nüfuz dairəsindədir. MTN generallarının həbs əməliyyatını da B.Əyyubov həyata keçirməsi barədə məlumatlar var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?