GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Milli təhlükəsizlik nazirinin adı bilindi

Milli təhlükəsizlik nazirinin adı bilindi

Tarix: 4-11-2015, 12:58 Bölmə :Ölkə Baxış: 0
Milli təhlükəsizlik nazirinin adı bilindi

Eldar Mahmudovun yerinə təyinat oldu; Prezident Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna general-leytenant Mədət Quliyevi təyin etməklə yeni nazirin kim olacağı ilə bağlı suala böyük ölçüdə aydınlıq gətirdi; adı nazir postuna hallanan Əli Nağıyevlə Məhərrəm Əliyevə niyə şans verilməməsinin səbəbləri…

17 oktyabrdan bəri boş qalan milli təhlükəsizlik naziri postuna kimin təyin ediləcəyi barədə mediada günlərdir ki, müxtəlif şəxslərin adı çəkilir. Media dəhlizlərində və xəbər məkanında ədliyyə naziri Fikrət Məmmədovun, Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadənin, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin, prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, Bakı polisinin keçmiş rəisi, general Məhərrəm Əliyevin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin adları nazir ola biləcək şəxslər sırasında çəkilib. Hətta sabiq baş prokuror, uzun illərdir diplomatik xidmətdə olan Eldar Həsənovun da nazir postuna gətirilə biləcəyi barədə xəbərlər dolaşır.
Bir neçə gün əvvəl Bakıda olan E.Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bu məlumatları təkzib edib. “Tam yanlış, boş, heç bir əsası olmayan məlumatlardır. Nəinki həqiqət olmayan, hətta həqiqətə yaxın gəlməyən məlumatlardır, şayiələrdir. Mən heç bir yerə nazir gedəsi deyiləm, belə bir məsələ də yoxdur. Tutduğum vəzifəmdən, taleyimdən də çox razıyam, işimdən də çox məmnunam” – deyə, E.Həsənov bildirib. Adı çəkilən digər şəxslər məsələyə münasibət bildirməyiblər.
E.Mahmudov vəzifədən çıxarıldıqdan sonra nazir ola biləcək şəxslər sırasında iki ad daha çox diqqət çəkirdi: Əli Nağıyev və Məhərrəm Əliyev…

Milli təhlükəsizlik nazirinin adı bilindi

Nazir postuna təyin edilə biləcək isimlər sırasında ilk gündəmə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin adı gəldi. Onun hətta MTN-də başlamış cinayət işinə rəhbərlik etdiyi də söylənilirdi ki, sonradan istintaq qrupuna baş prokurorun müavini Rüstəm Usubovun rəhbərlik etdiyi təsdiqləndi.
Namiq Abbasovun dövründə MTN-in İqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbərlik edən Ə.Nağıyev Eldar Mahmudov nazir olduqdan (2004-cü il) bir müddət sonra milli təhlükəsizlik nazirinin birinci müavini təyin olundu. General-mayor Əli Nağıyevlə E.Mahmudovun münasibətlərinin “qırılma səbəbi” haqda çoxsaylı iddialar var. Son illərdə onun MTN rəhbərliyi ilə konfliktinin olması və ciddi işlərdən kənarda saxlanıldığı da gələn xəbərlər sırasında idi. Amma onun işdən çıxarılması 2011-ci ildə iqtidarda başlamış kadr islahatları dövrünə təsadüf edirdi, hətta MTN-dəki rəqibləri onun işdən uzaqlaşdırılmasını mediada “antikorrupsiya tədbiri” kimi izah olunmasına çalışırdılar. Amma prezident MTN-dən uzaqlaşdırmağı vacib bilən Ə.Nağıyevi qoruması altına aldı, onun yeni yaradılmış Antikorrupsiya İdarəsinə rəis müavinin təyin etməklə ona yönəlik “korrupsiya ittihamlarının” qarşısını aldı.

Milli təhlükəsizlik nazirinin adı bilindi

Amma peşəkarlığı şübhə doğurmayan Ə.Nağıyevin yenidən nazir gətirilməsi bir sıra səbəblərdən mümkünsüz görünürdü. Onun ətrafında güclü təşkilatlanma yaratmaq bacarığı var və iqtidarda ciddi dayaqlarını saxlaya bilib.“Təmizləmələrə” baxmayaraq onu MTN-də hələ də istəməyənlər qalır və bu sırada müavin olan və çox güman ki, yaxınlarda birinci müavin postuna da təsdiqlənəcək Hilal Əsədov da var. İqtidar MTN-də toxunmadığı H.Əsədovu ötən həftə MDB xüsusi-xidmət orqanlarının toplantısına göndərməklə onunla işləməkdə davam edəcəyi mesajını vermiş oldu. Ehtimal etmək olar ki, Ə.Nağıyevin nazir təyinatı MTN-də yeni bir “qaynar nöqtə” yarada bilərdi ki, bu da iqtidarın maraqlarına tam ziddir.

Milli təhlükəsizlik nazirinin adı bilindi

Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, sabiq səfir Məhərrəm Əliyevin adının milli təhlükəsizlik naziri postuna hallanması təzə söhbət deyil. Bir neçə il əvvəl – hələ Tacikistanda səfir işləyəndə onun Əli Nağıyevin boşalmış birinci müavin kürsüsünü tutacağı deyilirdi. Amma bu təyinat gerçəkləşmədi. Səfir postundan geri çağırıldıqdan bir müddət sonra, 2012-ci ilin noyabr ayının 30-da dövlət başçısı Məhərrəm Əliyevin prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzaladı. Ölkə başçısının başqa bir sərəncamı ilə M.Əliyevə general-leytenant hərbi rütbəsi verdi.
Qeyd edək ki, bu şöbə əvvəldən də vardı, lakin onun rəhbəri vəzifəsi vakant idi. Dövlət başçısının təyinatından sonra M.Əliyevin müdafiə naziri ola biləcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Amma 2013-cü il prezident seçkilərindən sonra işdən çıxarılan Səfər Əbiyevin yerinə Daxili Qoşunların komandanı Zakir Həsənov təyin edildi.
M.Əliyevin Azərbaycan hakimiyyətinin üst düzeyi ilə münasibətləri həmişə yaxşı olub və prezident səviyyəsində etimadı da var. M.Əliyevin indi də həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bir vaxtlar qohum olması, hətta onu müdafiə etməsi generalın “minusuna” yazıla bilməz. Elə olsaydı, onu səfir göndərməzdilər, Prezident Administrasiyasında post həvalə etməzdilər. Fəqət M.Əliyev də hakimiyyətdə zəiflədilmiş kadrlardan sayılır. Onun Bakı Şəhər Baş Polis İdarəsinə rəhbərlik etdiyi dövrdəki mövqeləri etiraf etmək lazımdır ki, ötən illərdə xeyli zəifləyib. Onun diplomatik keçmişi də MTN-ə rəhbərlik etmək üçün bəzi əngəllər yarada bilər. Yəni keçmiş MTN rəhbərini səfir göndərmək olar, amma keçmiş səfirə MTN-i həvalə etmək istənilən hakimiyyət üçün risk yaradır.
Söhbət M.Əliyevin personasından deyil, təhlükəsizlik naziri postunun iqtidar üçün necə mühüm olmasından gedir. Mərhum prezident Heydər Əliyev hakimiyyətə qayıdışından uzübəri hakimiyyətdə hətta ömürlük məhbusun əfv edilməsi praktikası olsa da, yüksək vəzifə tutmuş bir şəxsin “vurulduqdan” sonra yenidən daha yüksək vəzifəyə təyin edilməsi hallarına rast gəlinməyib. Həm Ə.Nağıyev, həm M.Əliyev hakimiyyətdə “vurulmuş” şəxs sayıla bilməz, onların hazırda tutduğu post da kifayət qədər yüksək vəzifə sayılır. Amma onlara nazir postunun həvalə edilməsi iqtidarın həm də idarəçilik fəlsəfəsinə uyğun deyil

Milli təhlükəsizlik nazirinin adı bilindi

Mədət Quliyevin nazir postuna təsdiqlənəcəyi barədə “Yeni Müsavat”ın bir neçə gün əvvəl yazdığı ehtimallar isə doğrulur. Dövlət başçısı İlham Əliyev noyabrın 2-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna milli təhlükəsizlik naziri vəzifəsini icra edən general-leytenant M.Quliyevi təyin edib. Qeyd edək ki, bu komissiyanın fəaliyyəti barədəki nizamnamənin müddəalarına görə, onun sədri postunu Azərbaycanın milli təhlükəsizlik naziri tutmalıdır.
M.Quliyevlə bağlı məhz bu sərəncamdan birmənalı olaraq o nəticə çıxarmaq olmaz ki, komissiyaya sədrlik edən general nazir postuna da təsdiqlənəcək. Amma müşahidələr dəqiqliklə göstərir ki, M.Quliyev faktiki nazir kimi yeni komandasını və MTN-in strukturunu formalaşdırmaqla məşğuldur. Onun birbaşa nazir təyin edilməməsinin səbəbləri barədə də danışmaq mümkündür.
Ehtimal ki, iqtidar E.Mahmudovun istefaya göndərilməsi ilə həm MTN-də, həm də hakimiyyətdə ciddi proseslərin baş verəcəyinin fərqində olub və M.Quliyevi narazıların hədəfinə çıxarmaq istəməyib. M.Quliyevin Prezident Administrasiyasında və ədliyyə nazirinin müavini kimi nazir Fikrət Məmmədov səviyyəsində ciddi dəstəyi var. Amma o birmənalı olaraq hakimiyyət daxilində hansısa qrupa bağlı da deyil. MTN kimi strukturda bu, mühüm amildir. Belə görünür ki, onun qarşısında təkcə mühüm vəzifələr deyil, həm də bəzi şərtlər də qoyulub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məhərrəm Əliyev postunu itirdi- GENERAL-LEYTENANT İSLAHAT NƏTİCƏSİNDƏ KƏNARDA QALDI

    Məhərrəm Əliyev postunu itirdi- GENERAL-LEYTENANT ...

    1-06-2017, 19:23

  • 
  • Mədət Quliyevə yeni vəzifə verildi

    Mədət Quliyevə yeni vəzifə verildi ...

    4-11-2015, 11:01

  • 
  • General Məhərrəm Əliyevə yüksək vəzifə verildi

    General Məhərrəm Əliyevə yüksək vəzifə verildi ...

    5-06-2017, 16:21

  • 
  • Məhərrəm Əliyev üzərində qurulan plan

    Məhərrəm Əliyev üzərində qurulan plan ...

    11-12-2012, 12:11

  • 
  • Eldar Mahmudov daha bir vəzifəsini itirdi

    Eldar Mahmudov daha bir vəzifəsini itirdi ...

    29-10-2015, 22:22


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu