GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN-in idarə rəisi: "Bir neçə peşəkar əməkdaş yenidən xidmətə qəbul olunub və müvafiq vəzifələrə təyinatlar aparılıb" - MÜSAHİBƏ

MTN-in idarə rəisi: "Bir neçə peşəkar əməkdaş yenidən xidmətə qəbul olunub və müvafiq vəzifələrə təyinatlar aparılıb" - MÜSAHİBƏ

Tarix: 4-11-2015, 19:24 Bölmə :Ölkə Baxış: 0
MTN-in idarə rəisi: "Bir neçə peşəkar əməkdaş yenidən xidmətə qəbul olunub və müvafiq vəzifələrə təyinatlar aparılıb" - MÜSAHİBƏ

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev son vaxtlar nazirlik haqqında yayılan müxtəlif məlumatlarla bağlı APA-nın suallarını cavablandırıb.

- Milli Təhlükəsizlik Nazirliyində bəzi əməkdaşların işdən uzaqlaşdırılması, yenilərinin təyinatı ilə əlaqədar müxtəlif informasiyalar yayılır. Bəzi məlumatlara görə coxlu sayda əməkdaş işdən çıxarılıb. Bunlar nə qədər həqiqətə uyğundur?

Vaxtilə milli təhlükəsizlik orqanlarında uzun illər işləmiş, lakin müəyyən səbəblərlə xidmətdən uzaqlaşdırılmış bir sıra əməkdaşların şəxsi işlərinə yenidən baxılır.
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində əsaslı dönüş yaradılması, şəxsi heyətdə nizam-intizamın daha da gücləndirilməsi və peşə keyfiyyətlərinin yüksəldilməsi istiqamətində qarşıya ciddi vəzifələr qoyub. Bununla əlaqədar, hazırda Milli Təhlükəsizlik Nazirliyində genişmiqyaslı, məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Görülən tədbirlər çərçivəsində, mövcud nöqsanların və çatışmazlıqların aradan qaldırılması məqsədilə hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozmuş, hərbi qulluqçu kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən, həmçinin əməliyyat-xidməti fəaliyyətdə ciddi qüsurlara və intizamsızlığa yol vermiş bir sıra əməkdaşlar vəzifələrindən uzaqlaşdırılıblar.

Bununla yanaşı, milli təhlükəsizlik nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət Quliyevin göstərişi ilə, vaxtilə milli təhlükəsizlik orqanlarında uzun illər işləmiş, lakin müəyyən səbəblərlə xidmətdən uzaqlaşdırılmış bir sıra əməkdaşların şəxsi işlərinə yenidən baxılır. Artıq bir neçə peşəkar əməkdaş yenidən xidmətə qəbul olunub və müvafiq vəzifələrə təyinatlar aparılıb.

- Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən son hadisələrə dair KİV-də cürbəcür versiyalar sürülür, fikirlər təqdim olunur. Yayılan məlumatlarla bağlı fikirlərinizi bilmək istərdik.

Bəzi məsələlərin, o cümlədən xüsusi xidmət orqanında kadr təyinatları ilə əlaqədar xəbərlərin doğru, yaxud qeyri-səhihliyindən asılı olmayaraq, həmin məlumatların yayılmasında ehtiyatlı olmaq lazımdır.
- Baş vermiş son hadisələrə ictimaiyyətin maraq göstərməsi başa düşüləndir. Lakin bəzi məsələlərin, o cümlədən xüsusi xidmət orqanında kadr təyinatları ilə əlaqədar xəbərlərin doğru, yaxud qeyri-səhihliyindən asılı olmayaraq, həmin məlumatların yayılmasında ehtiyatlı olmaq lazımdır. Çünki Milli Təhlükəsizlik Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada, səlahiyyətləri çərçivəsində həyata keçirdiyi fəaliyyəti özünün spesifikliyi, o cümlədən konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitərlərdən istifadə etməklə fərqlənir. Bu baxımdan və ümumiyyətlə geniş mənada götürüləndə də aydın başa düşülməlidir ki, milli təhlükəsizliyin təmin olunması işində - aidiyyəti orqanlarla yanaşı bu məsuliyyəti bölüşməli olan, vəzifə borcunu düzgün qiymətləndirən KİV-lər ölkənin milli mənafeləri və təhlükəsizliyi ilə bağlı mövzuların işqlandırılması məsələlərinə həssas yanaşmalı və diqqətli olmalıdırlar. Məsələn, son vaxtlar bəzi qəzetlərdə və saytlarda “MTN işi”, “MTN şəhidin qardaşının pulunu aldı” və ya “MTN qalmaqalı” kimi absurd, heç bir məntiqə sığmayan qərəzli başlıqlar və məlumatlar manşetlərə çıxarılır. Bu qəti yolverilməzdir. MTN - Milli Təhülkəsizlik Nazirliyi deməkdir. Bu dövlətin icra hakimiyyəti qoluna aid olan mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət orqanının adının bu cür müxtəlif mənfi çalarlarla hallandırılması, təqdim olunması heç bir vəchlə dövlətçiliyə xidmət etmir.

Bəli, ictimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə cinayət işi başlanıb, nazirliyin bir neçə vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məhkəmənin qərarları ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi tərəfindən hazırda əməliyyat-xidməti fəaliyyətdə mövcud nöqsanların, pozuntuların və çatışmaqlıqların aradan qaldırılması məqsədilə kəsərli tədbirlər görülür.

Yaxın bölgələrdə baş verən qanlı hadisələr, o cümlədən tüğyan edən beynəlxalq terrorçuluğun doğurduğu təhlükələr fonunda milli KİV-imizdə Milli Təhlükəsizlik Nazirliyinin bir dövlət orqanı kimi nüfuzunun aşağılanması düzgün addım deyil.
Lakin təqsirləndirilən şəxs qismində cəlb olunmuş bir qrup şəxsə görə bütöv bir dövlət orqanının adının müxtəlif mənfi formada hallandırılması qəbul ediləsi deyil. Unutmaq olmaz ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi Azərbaycan Xalq Cümhüriyyətindən başlanır. Ümummilli lider Heydər Əliyev zəngin və mənalı ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr edib. Ulu öndərin azərbaycanlıq, vətənpərvərlik, dövlətçilik irsini layiqincə mənimsəmiş bütöv bir nəsil yetişmişdir. Həmin xüsusi xidmət zabiti korpusu bu məktəbin şanlı ənənələrini qoruyaraq indi də xidmətini şərəflə davam etdirir. Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları ölkəmizin müstəqilliyi uğrunda, torpaqlarımızın erməni işğalçılarından qorunması və azad edilməsi yolunda canlarını qurban veriblər. Bu gün MTN-in Heydər Əliyev adına Akademiyasında gələcəyin təhlükəsizlik zabiti olacaq xeyli sayda gənc oğul və qızlarımız kursant qismində təhsil alır. Əlbəttə ki, bu cür düşünülməmiş məlumatların KİV-də yer alması xoş təsir bağışlamır.

Bundan başqa, yaddan çıxarmamalıyıq ki, Azərbaycan müharibə şəraitində olan ölkədir. Yaxın bölgələrdə baş verən qanlı hadisələr, o cümlədən tüğyan edən beynəlxalq terrorçuluğun doğurduğu təhlükələr fonunda milli KİV-imizdə Milli Təhlükəsizlik Nazirliyinin bir dövlət orqanı kimi nüfuzunun aşağılanması düzgün addım deyil.

- Hazırda milli təhlükəsizlik naziri vəzifəsinə təyinat olmayıb. Bununla bağlı müxtəlif xəbərlər dolaşmaqdadır. Bu barədə nə deyə bilərsiniz?

- Bununla bağlı onu deyə bilərəm ki, nazir vəzifəsinə təyinat məsələsi yalnız möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəsna səlahiyyətinə aiddir. Eyni zamanda o da qeyd olunmalıdır ki, Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün əmr və göstərişləri Milli Təhlükəsizlik Nazirliyində dərhal və vicdanla yerinə yetirilir.

Milli Təhlükəsizlik Nazirliyi ölkəmizdə sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müsbət fəaliyyətini əzmlə davam etdirir. Ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-in daha bir generalı işdən çıxarıldı

    MTN-in daha bir generalı işdən çıxarıldı ...

    26-11-2015, 19:09

  • 
  • Eldar Mahmudov da kadr dəyişikliklərinə başladı

    Eldar Mahmudov da kadr dəyişikliklərinə başladı ...

    26-11-2013, 11:46

  • 
  • MTN-də iki mühüm TƏYİNAT

    MTN-də iki mühüm TƏYİNAT ...

    27-10-2015, 22:21

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Daha bir rəis MTN-dən getdi

    Daha bir rəis MTN-dən getdi ...

    27-11-2013, 14:31


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu