Rusiya Prezidenti Vladimir Putin bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya "Puşkin" medalını təqdim edib.
Trend-in məlumatına görə, Leyla Əliyeva Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına, xaricdə rus dili və mədəniyyətinin qorunması və populyarlaşmasına verdiyi böyük töhfəyə görə bu mükafata layiq görülüb.
Mükafatlandırma Xalq Birliyi Gününə həsr edilmiş təntənəli qəbul zamanı baş tutub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?