Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Nərimanov Rayon Polis idarəsindən faktı təsdiq ediblər. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gediblər.
İntihar hadisəsi rayonun Arif Heydərov küçəsində qeydə alınıb.
gundemxeber.az criminal.az-a istinadən bildirir ki, hadisə şahidləri intihar edən şəxsin hərbi geyimdə olduğunu deyiblər.
İntihar edən Sadıqova Zəhra Telman qızı özünü binadan atıb. O, 1-ci mərtəbədə yerləşən marketin üzərinə, oradan isə yerə düşərək ölüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?