GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - sensasiya

Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - sensasiya

Tarix: 5-11-2015, 18:13 Bölmə :Ölkə Baxış: 0
Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - sensasiya

MTN çetesi “vəhhabi qarmağı” ilə məmurları necə ovlayıb; MTN-dəki qruplaşma İsrafil Abutalıbovun vəhhabi olmasından istifadə edərək BŞİH rəhbərini “yolub”; gömrük məmuru isə İŞİD-i maliyyələşdirmək ittihamı ilə şantaja məruz qalıb; hər ötən gün “MTN işi” barədə müdhiş məlumatlar alırıq...

Milli Təhlükəsizlik Nazirliyində (MTN) məlum dəyişikliklərdən sonra bu qurumla bağlı xeyli faktlar üzə çıxdı. Məlum oldu ki, ayrı-ayrı sahibkarlar, vəzifəli şəxslər MTN çetesinin şantajına, təzyiqlərinə məruz qalıb. Reket üsulları ilə fəaliyyəti göstərən bir sıra təhlükəsizlik zabitlərinin əməlləri barədə mətbuatda son 15 gündə xeyli araşdırma yazılar dərc edilib.

Lakin son günlərdə hakimiyyətə yaxın mənbələrə istinadən verdiyimiz təhlildə də göstərildiyi kimi, bu çetə, öz mövqeyini möhkəmləndirmək məqsədilə, siyasi və dini müxalifət üzərindəki nəzarətini gücləndirməklə dövlət içində “dərin dövlət” yaratmağa cəhd göstərib, özünü əvəzolunmaz etmək, mövqelərini əbədiləşdirmək və bu mövqelərə təhlükə yaranarsa, dövləti belə təhdid etmək məqsədilə müxtəlif rıçaqlara əl atıb.

Hökumət dairələrindəki qaynağımızın bildirdiyinə görə, bu yolda 2 mühüm vasitələrdən biri - siyasi müxalifət üzərində - tam nəzarəti ələ keçirmək o qədər də asan olmayıb, çünki bu sahədə başqa “ağırçəkili” oyunçular - istər PA, istərsə də iqtidara yaxın digər oliqarxlar da fəaliyyət göstəriblər.

Məhz bu səbəbdən E.Mahmudov zaman-zaman həm Administrasiya, həm digər nüfuzlu oliqarxlarla münasibətlərində gərginlik dövrü yaşayıb. Lakin digər rıçaq - dini müxalifət və dini radikallar faktoru demək olar ki bütövlükdə MTN-nin nəzarətində olub. Bu sahəyə şəriksiz nəzarət çetenin əlində hakim elitanı daim təhdid edə biləcək, özünün isə əvəzolunmazlığını nümayiş etdirəcək unikal bir rıçaq rolunu oynayıb.

Bizə çatan məlumatlarda qeyd olunur ki, bu faktordan sadəcə “radikal islamçıların önündə iqtidarın yeganə sipəri bizik” tezisini yeritmək məqsədilə deyil, həm də MTN-nin ipə-sapa yatmayan məmurları cəzalandırmaq və ya biət etdirmək üçün də istifadə olunub. Əlbəttə ki bu kontingentlə iş zamanı təhlükəsizlik nazirliyindəki qruplaşma üzvləri ana marağını - tamahlarını da unutmayıblar.

Artıq mətbuatda MTN-in sabiq rəhbərliyinin gizli silahı - radikal vəhhabilərlə baglantıları barədə məlumatlar geniş yer aldığından bu mövzu üzərində çox dayanmaq istəmirik. Sadəcə, keçən yazılardan birində qeyd etdiyimizi xatırladaq ki, MTN zabitlərinin vəhhabilərlə bağlı iş istiqamətlərindən biri də bu dini cərəyan üzvlərinə maliyyə yardımı göstərən şəxslərdən və ya onların yaxın qohumları olan iş adamı, həmçinin məmurlardan şantaj və hədə-qorxu yolu ilə böyük məbləğdə pul qoparmaq olmuşdur.

Özəl qaynaqlarımızdan aldığımız şok sayıla biləcək bilgilərə görə, Eldar Mahmudov qruplaşmasının bu istiqamətdəki əməlləri barədə konkret faktlar üzərində artıq istintaq da işləyir.

Mətbuatda əvvəllər yazıldığı kimi, Bakı ŞİH-in başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov vəhhabidir. Bu barədə o qədər çox yazılıb, çox danışılıb ki, hətta dinə heç bir aidiyyatı olmayanlar da bundan xəbərdardırlar. Məsələn, onun xarici ölkələrdən birində olarkən bu zəhərli cərəyana beyət etməsi, məhz bundan sonra bir çox anormallıqlara düçar olması, bu səbəbdən boşanması və sair haqda mətbuat xeyli materillar dərc edib. Qaynağımızın bildirdiyinə görə, merin oğlu hətta Azərbaycandakı vəhhabilərin əsas sponsoru rolunu da oynayıbmış.

Təbii ki, MTN də bunu bilirdi. Amma bilavasitə E.Mahmudovun göstərişi ilə nazirlikdə bu sahədə fəaliyyət göstərən xüsusi qrupun əməkdaşları sadəcə faktları toplamaqla kifayətlənməyiblər. Belə ki, onlar H.Abutalıbovun oğlunu nəzarətdə saxlayıb, onun başıpozuq hoqqalarının, bəzən isə aşkar qanun pozuntularının qarşısını almağa nəinki cəhd göstərməyib, əksinə, öz adamlarını onun yaxın ətrafına daxil edərək bir qədər də radikallaşmasına imkan yaradıblar.

Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - sensasiya

Məhz kənardan yeridilmiş “öz adamlarının” təsiri ilə H.Abutalıbovun oğlunun daha radikal düşüncəli dindaşları ilə yaxınlığı, radikal təriqətə maliyyə yardımının göstərilməsi “təmin” edilib.

Oğul Abutalıbov xirtdəyə qədər zibilə batandan sonra isə bütün faktlar əyani vəsaitlərin müşayiəti ilə ata Abutalıbovun masasının üzərinə qoyulub. Bakı merinə iki variant təklif edilib: ya oğlu həbs edilir, özü isə biabır olur (tutduğu postdan məhrum olur); ya da ki... MTN şefinə biət edir. Sövdələşmənin detalları bəlli olmasa da onun nəticələrindən ikisi göz önündədir. Məhz bu əməliyyatdan sonra öncə Eldar Mahmudovun “Kristal” MMC-sinin, sonra isə onun ortağı və qudası Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin şirkətləri paytaxtın müxtəlif yerlərində dəbdəbəli binalar ucaltdırıb. Özü də heç bir sənəd, icazə və yoxlama problemi ilə üzləşmədən.

Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - sensasiya

Bəs İsrafil Abutalıbov necə? MTN vədinə xilaf çıxmayıb. Merin oğluna ölkəni tərk etməyə imkan yaradılıb və o, Türkiyəyə üz tutub, bu gün də İstanbulda yaşamaqda və zaman-zaman Bakıya gələrək bizneslərinə və həmtəriqətçilərinə baş çəkir. İsrafil Abutalıbov o qədər arxayınlaşıb ki, bu yaxınlarda mətbuatda keçən bir iddiaya görə, hətta yaxın olduğu radikal vəhhabi din xadimi Əlixan Musayevin ölkə başçısının təşəbbüsü ilə tikilmiş Heydər Əliyev məscidinin baş imamı təyin edilməsi sahəsində təşəbbüsdə bulunub.

Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - sensasiya

Onu da əlavə edək ki MTN-nin şərləmə və şantaj əməliyyatına məruz qalmaq üçün məmur yaxılarnın heç də İsrafil Abutalıbov kimi uzun saqqal və qısa şalvarlı olması şərt deyilmiş.
Bizdə olan məlumata görə, bənzər əməliyyat gömrük sistemindəki digər yüksək çinli məmura qarşı da keçirilib. Bu məmurun ailə üzvlərinin dindar olması, dini həyat tərzi sürmələri, hətta hicablı olması hökumət dairələrinə sirr deyil. Lakin MTN-i maraqlandıran həmin şəxsin ölkəyə məşhur brendlərin ixracı, bu sahədə biznes şəbəkəyə malik olması və dini inancından dolayı xeyriyyə məqsədli, özü də açıq şəkildə pul xərcləməsi olub. Məhz bu amil də yekunda onun MTN-in diqqət mərkəzinə düşməsi ilə nəticələnib. Bu faktorların sintezi MTN-ə həmin iş adamını nə az nə çox İŞİD-i maliyyələşməkdə ittiham etməklə sonuclanıb.

Təbii ki, iş adamının məhz bu fəaliyyətində milli təhlükəsizlik üçün təhdidlərin olub-olmamasını demək gülüncdür. Ən azı ona görə gülüncdür ki həmin iş adamına qarşı hazırlanmış “dosye” hüquq- mühafizə orqanlarına deyil, məhz radikal cərəyana qoşulan şəxsin məmur qohumuna təqdim olunub. Məqsəd həmin məmurdan şantaj yolu ilə pul qoparmaq olub.

Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - sensasiya

Bu sövdələşmənin detalları bəlli olmasa da, sonucları göz önündədir. “İŞİD-i maliyyələşdirmə” şantajından sonra E.Mahmudova məxsus bahalı maşınların, eksklüziv şərab məhsullarının və daha neçə malların ölkəyə “maneəsiz idxalına” elə həmin vaxtdan yaşıl işıq yandırılıb. MTN şefinin himayə etdiyi biznesmenlərə (o cümlədən, deyilənə görə, vəhhabilərlə şərik işlədilən nəhəng tikini materialları satış şirkətinə) böyük güzəştlər verilib, biznesin müəyyən sahələrində monopoliya qurulub.

Gerçək təhlükə mənbəyi olan radikal dini cərəyanın ölkədaxili artımını maliyyələşdirən və Mahmudovun çətiri altında, hətta bəhsi keçən bizneslərdə onunla ortaq olan vəhhabilərin biznes şəbəkələrinə isə “gözün üstündə qaşın var” demək istəyənlərə qarşı preventiv tədbirlər keçirilib.

Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - sensasiya

Məsələn, verdiyimiz xəbərdə Vergilər Nazirliyi vəhhabilərin biznes şəbəkəsinə qarşı yoxlamalar keçirmək istəyəndə, bu qurumun əməkdaşlarına, hətta rəhbərliyinə qarşı toplanan “kompromatlar” işə salınaraq proses dayandırılıb. Vergilər Nazirliyində bu sahəyə Eldar Mahmudovun adamı, “MTN işi”lə bağlı həbs edilmiş, nazirliyin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov məsuliyyət daşıyıb. Təbii ki, bu işlərdə dini “təəssübkeşlikdən” çox, maddi maraqlar öndə olub.

Təbii ki, sadalanan faktlar böyük bir prosesin - dini müxalifəti nəzarətdə saxlamaq adı ilə bu sferada törədilən özbaşınalıqların epizodik hallarıdır, necə deyərlər, aysberqin üstüdür. Lakin bunlar belə Mahmudov çetesi tərəfindən radikal cərəyanlarla mübarizə əvəzinə, onlardan məmurları ovlamaq üçün tələ, ya da şərləmək üçün çamur kimi istifadə etdiyinin bir nümunəsidir.

Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-də iki mühüm TƏYİNAT

    MTN-də iki mühüm TƏYİNAT ...

    27-10-2015, 22:21

  • 
  • MTN-dəki dəstənin ölümə bais olduğuna dair sensasion iddia: Eldar Mahmudov-Kərəm Həsənov ittifaqı - VİDEO

    MTN-dəki dəstənin ölümə bais olduğuna dair ...

    4-11-2015, 15:42

  • 
  • Həbs edilən MTN-çilərin dəqiq adları və vəzifələri məlum oldu - TAM SİYAHI

    Həbs edilən MTN-çilərin dəqiq adları və ...

    21-10-2015, 18:56

  • 
  • Həbs edilən "MTN"çilərlə işbirliyində olan "jurnalistlər"in siyahısı hazırlanır

    Həbs edilən "MTN"çilərlə işbirliyində ...

    21-10-2015, 16:57

  • 
  • Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir addım yaxınlaşdırdı...

    Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir ...

    27-05-2016, 01:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu