GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ərəb şahzadəsi Hacıqabulda belə ov etdi...

Ərəb şahzadəsi Hacıqabulda belə ov etdi...

Tarix: 6-11-2015, 02:04 Bölmə :Ölkə Baxış: 0
Ərəb şahzadəsi Hacıqabulda belə ov etdi...Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı Məhəmməd bin Rəşid Qadir və 15-ə yaxın əshabəsi bu gün Hacıqabulun Sarısu kəndi ərazisindəki ovdanda artıq ova başlayıb.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Dubay şahzadəsi bugünkü ov səhnəsini əks etdirən videokadrları artıq öz İnstagram səhifəsində də yerləşdirib.

Videodan da göründüyü kimi, öz CİP-inin sükanı arxasında oturan şahzadə köçəri quşların dəstəsinə atəş açır...

Virtualaz.org

* * *12:07

Ərəb şahzadəsi ov etmək üçün yenə də Hacıqabula dönüb.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı Məhəmməd bin Rəşid Qadir və 15-ə yaxın əshabəsi ov etmək üçün iki gün əvvəl yenidən Hacıqabula gəlib.

Bundan bir gün əvvəl isə onun xidmətçiləri və 4 aşpazı Hacıqabulun Sarısu kəndinə gəliblər.

Yaxın günlərdə isə Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun da Sarısuya ova gələcəyi gözlənilir.

Əslində qardaşı Məhəmməd bin Rəşid Qadirin gəlişinin onun səfərinə hazırlıq məqsədi daşıdığı deyilir.

Şahzadə artıq dünəndən çox bəyəndiyi seyrangaha ova çıxıb. O, dünən İnstagram səhifəsində yerli çobanlardan birinin azyaşlı uşağı ilə birgə şəkil də paylaşıb.

Ərəb şahzadəsi Hacıqabulda belə ov etdi...

Məlumata görə, zəngin ərəblər şahin quşlarının təlimi üçün çox bəyəndikləri bu yerlərdə uzun müddətə məskunlaşmaq niyyətindədir. Bu məqsədlə kəndin axırında bir neçə ay əvvəl iki ev də alıblar.

Ərəb şahzadələri ay yarım əvvəl də ov üçün Sarısu kəndinə gəlmiş, kənddə 2-3 gün qalmış, amma əsl ov mövsümü başlamadığından geri qayıtmışdılar. Amma şahin quşlarına təlim keçən xidmətçilər kənddə alınan və xüsusi mühafizə olunan evlərində qalmışdılar. Onların istifadəsində 50-dək CİP də var.

Ərəb şahzadəsi Hacıqabulda belə ov etdi...

Qarasu sakinlərinin bir çoxu ərəb zənginlərinə günəmuzd çalışır. Ərəblərin avtomobillərinə, ov quşlarına və çadırlarına xidmət, ərzaq təchizatı, yemək hazırlamaq, paltarları təmizləmək və s. bu kimi məişət problemləri yerli sakinlər tərəfindən həll edilir.

Şahin quşlarını ova gətirmiş ərəblər Qarasu və ətraf kəndlərin sakinlərindən çöl göyərçinləri alaraq quşları ayrıca çadırlarda saxlayırdılar. Həmin göyərçinlərdən hər gün bir neçəsi havaya buraxılaraq şahin quşları tərəfindən ovlanılır və bu ov mərasiminin videoçəkilişi aparılırdı. Quşlar itməsin deyə onlara xüsusi elektron vericilər (“çip”) bağlanır. Əsl ov mərasimi isə bəzgək quşlarının əraziyə miqrasiya etməsindən sonra başlanacaqdı. Yəni müvəqqəti olaraq göyərçin tutmaqla məşq edən şahinlər bəzgəkləri ovlamağa başlayacaqdılar. Amma bəzgəklərin Kür-Araz ovalığına kütləvi köçü noyabr ayının əvvəllərindən başlandığından şahzadələrin Dubaya geri dönməsinin səbəbinin də məhz bu vaxt amilinə bağlı olduğu bildirilirdi. Yəni ov quşları kütləvi şəkildə Qarasuda məskunlaşandan sonra onlar yenidən “quşu quşla ovlamaq üçün” geri dönəcəkdilər.

Ərəb şahzadəsi Hacıqabulda belə ov etdi...

Qeyd edək ki, ərəb zənginlərinin ovdanı Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır. Onların buranı ovdan seçməsi də təsadüfi deyil. Yerli sakinlər bildirir ki, bəzgəklər sıx ot örtüyünə malik olan bu yerlərə əsasən noyabr ayının ortalarında kütləvi köç edir, aprel ayının sonlarında isə köçüb gedirlər. Həm də bəzgəklər adətən sıx, şirəli və yaşıl otla zəngin olan bu düzəngahlara sürü halında enirlər. Bu quşlar ən nadir çöl quşlarındandır ki, qidalanmaq üçün əkin sahələrinə tez alışır. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır. Adətən bu ov mərasiminin videoçəkilişi aparılr.

Ərəb şahzadəsi Hacıqabulda belə ov etdi...

Kür-Araz ovalığı ərazisinin hamar relyefə malik olması ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini canlı izləməyə də imkan yaradır. Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşları ilə ov etmək varlı ərəblərin ən sevimli əyləncəsidir...

Virtualaz.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dubay şeyxinin oğlu döyüş zamanı ölüb - İDDİA

    Dubay şeyxinin oğlu döyüş zamanı ölüb - İDDİA ...

    21-09-2015, 21:26

  • 
  • Ərəb şeyxləri Azərbaycanda

    Ərəb şeyxləri Azərbaycanda ...

    13-10-2015, 21:49

  • 
  • Ərəb şahzadə Hacıqabul sakinlərinə yarım milyon "atdı"

    Ərəb şahzadə Hacıqabul sakinlərinə yarım milyon ...

    8-02-2016, 14:48

  • 
  • Ərdoğan, Səudiyyənin vəliəhd şahzadəsi bin Salmanla görüşə bilər

    Ərdoğan, Səudiyyənin vəliəhd şahzadəsi bin ...

    22-11-2018, 15:33

  • 
  • Tramp Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşdü

    Tramp Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşdü ...

    1-12-2018, 09:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu