İslamçıların kortəbii etiraz aksiyası dağıdılarkən artıq 20-dən çox adam saxlanılıb.
Sabunçu RPİ-nin binası qarşısında aksiya zamanı saxlanılanlar arasında “Müsəlman birliyi hərəkatı”nın üzvləri Ağaəli Yəhyayev, Elxan İsgəndərov və digərləri var.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov da artıq hadisə yerindədir.
* * *00:28
DİN-in xüsusi təyinatlı bölmələri bu dəqiqələrdə Sabunçu Rayon Polis İdarəsinin binasının qarşısına toplaşaraq etiraz edən islamçıların aksiyasını dağıtmağa başlayıb.
İslamçıların liderlərindən biri Elçin Qasımlı və digər radikal dini fəallar hazırda RPİ-nin binasında saxlanılır.
Aksiyanın necə dağıdıldığını əks etdirən kadrları təqdim edirik.
* * *00:16
Daxili İşlər Nazirliyi Daxili Qoşunların bölmələri Sabunçu Rayon Polis İdarəsinin binasının ətrafına yeridilib.
Daxili Qoşun bölmələri polis idarəsinin binasını dövrəyə alıblar. Binaya heç kimin yaxınlaşmasına imkan verilmir. Bütün giriş-çıxışlar bağlanıb. Yaxınlıqdakı bütün küçələr ciddi polis nəzarətindədir.
* * *23:03
Bu gün 100-ə yaxın islamçı Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirib.
Sabunçu Rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən bölməsinin qarşısına toplaşmış dindarlar “Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanmasına etirazlarını bildiriblər.
Elçin Qasımlı bu gün Bakı məscidlərinin birində namaz qılandan sonra polis əməkdaşları tərəfindən saxlanıb.
Bundan hiddətlənən islamçılar və “Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərinin bir qrupu E.Qasımlının hazırda saxlandığı polis bölməsinin binasını əhatəyə alıblar. Onlar E.Qasımlının dərhal azad olunmasını tələb edib.
Amma dindarların bu aksiyası polis tərəfindən dağıdılıb. Məlumata görə, bir neçə nəfər saxlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?