GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rüşvətdə ittiham olunan məmurun vəkilindən şok ittiham

Rüşvətdə ittiham olunan məmurun vəkilindən şok ittiham

Tarix: 6-11-2015, 13:58 Bölmə :Ölkə Baxış: 0
Rüşvətdə ittiham olunan məmurun vəkilindən şok ittiham


Vəkil Salyanın icra hakimiyyəti bacısının saxta sənəd hazırlamaqda ittiham etdi

Rüşvət almaqda ittiham olunan Tоrpаq və Хəritəçəkmə Kоmitəsinin Sаlyаn rаyоn şöbəsinin müdiri vəzifəsində işləmiş Oktay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Oktay Quliyev Tоrpаq və Хəritəçəkmə Kоmitəsinin Sаlyаn rаyоn şöbəsinin müdiri vəzifəsində işləyərkən Аzərbаycаn Rеspublikаsı Dövlət Tоrpаq və Хəritəçəkmə Kоmitəsinin rаyоn (şəhər) şöbələri hаqqındа Əsаsnаməsinə, həmçinin kоmitə ilə аrаlаrındа bаğlаnmış 22 sеntyаbr 2003-cü il tаriхli əmək müqаviləsinə əsаsən rayon şöbəsinin fəaliyyətinin təşkilinə və ona həvalə olunmuş vəzifələrin həyata keçirib. O, işçilər arasında vəzifə bölgüsü aparıb.

Oktay Quliyev həmin şöbənin baş məsləhətçisi Yusif Dadaşov ilə cinаyət əlаqəsinə girərək, хidməti vəzifələrinin icrаsı ilə əlаqədаr еdəcəyi hərəkətə görə, eləcə də ümumi himayədarlıq müqabilində mаddi nеməti şəхsən özləri üçün аlmаq məqsədi ilə Mahir Bахışоvun yаşаdığı Sаlyаn rаyоnu, Kürqаrаqаşlı kəndində еvinin yахınlığındа yеrləşən dövlət mülkiyyətində olan 120 m2 tоrpаq sаhəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətinə verilməsi barədə mürаciətinə baxıblar. Oktay Quliyev Mahir Baxışovdan həmin torpaq sahəsinin müvаfiq rаyоn icra hаkimiyyəti başçısının sərəncamı ilə adına ayrılmasına, eləcə də həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına razılıq vеrilməsinə görə 2012-ci ilin nоyаbr аyındа 10000 mаnаt istəyib.

Oktay Quliyev Mahir Dadaşovdan 4 fеvrаl 2013-cü ildə, sааt 16 rаdələrində şöbənin Sаlyаn şəhəri, Ə.Kürçаylı küçəsi, 80 sаylı ünvаndа yеrləşən inzibаti binаsındа Yusif Dаdаşоvun xidməti оtаğındа həmin miqdarda pulu alıb.

İdarənin əməkdaşları tərəfindən 4 fevral 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Oqtay Quliyev qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şöbənin baş məsləhətçisi Yusif Dadaşovla şöbənin inzibati binasında, xidməti otağında həmin pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Şöbə müdirinin xidməti otağına keçirilmiş baxış zamanı rüşvət kimi alınmış 10 min manat pul və Salyan şəhər sakininin şəxsiyyət vəsiqəsi maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.

Oktay Quliyev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oktay Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Oktay Quliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxsin vəkili Nizami Abasov bildirib ki, məhkəmənin hökmü qanunsuz, əsassız və qərəzlidir: “Məhkəmə maddi və prosesual hüquq normalarını pozub, onları düzgün tətbiq etməyib. Hüquqlarını müdafiə etdiyim Oktay Quliyev Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib. Ona həmin şöbənin baş məsləhətçisi Yusif Dadaşov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Salyan rayon torpaq şöbəsi müdirinin qulluq funksiyasına şöbəyə rəhbərliyn həyata keçirilməsi, iş bölgüsünün aparılması, şöbənin fəaliyyətinin səmərələşdirilməsi, kompleks və təsərrüfat daxili yer quruluşu layihələrinin hazırlanması, təmin edilməsi, torpaqdan istifadə və mühafizəsi ilə əlaqədar layihə və digər sənədlərinin rəsmiləşdirilməsi, səlahiyyəti daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması məsələlər daxildir. Göründüyü kimi, Oktay Quliyevin şöbə müdiri kimi səlahiyyətərinə torpaq sahəsi üzərində hüquqların hər hansı formada

rəsmiləşdirilməsi daxil deyil. Ona verilmiş ittiham üzrə rüşvət alma cinayətini subyekti ola bilməz. O, aldığı pula görə rüşvət verənin xeyrinə hər hansı əvəzli yaxşı iş görə bilməz və proseslərə ümumi himayədarlıq edə bilməz. Eyni zamanda bu cinayətin obyekti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan satıla, alına bilməz. Torpaq sahəsi üzərində sərəncam vermək vəzifəsi Salyan rayon İcra Hakimiyyətinin Başçısına məxsusdur. Yaranacaq hüquqların qeydiyyatı isə Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən yerinə yetirilir”.

Vəkilin sözlərinə görə, Oktay Quliyev hələ 2005-ci ildə avtoqəza nəticəsində, kəllə beyin travması, ürəyinin genişlənməsi, qabırğalarının sınması, qara və ağ ciyərindən aldığı travma nəticəsində uzun müddət Salyan rayon mərkəzi xəstəxanasında müalicə olunub: “Bundan sonra xəstəliyi ağırlaşdığından İran İslam Respublikasında müayinə və miilicə olunub. Oktay Quliyev həbs olduğundan bir neçə gün sonra vəziyyəti pisləşib, Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Mərkəzi xəstəxanasına köçürülüb. İki aydan artıq bir müddət həmin xəstəxanada müalicə olunub. Qapalı şəkildə həbsdə saxlanılması onun həyatı üçün təhlükə yaradır. Onun sağlamlıq durumunun hazırki vəziyyəti, həbsdə saxlanılması şəraitində müalicənin mümkün olunmaması və bu xəstəliyinin onun həyatı üçün təhlükə yaratmasını nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair qərar çıxarılmasına dair vəsatətim müzakirə olundu. Lakin heç bır qərar qəbul olunmadı. Cinayət-Prosessual Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların, tam və obyektiv tətqiq edilməsi üçün zəruri şəraiti təmin etmək vəzifəsini yerinə yetirməlidirlər. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülüb. Cinayətin törədilməsində onun təqsirsiliyini təsdiq edən bəraət hökmü onun əməlində cinayət tərkibi olmadıqda çıxarılır. Qanunun bu tələbi də pozulub,

məhkəmə baxışı nəticəsində təqsirləndirilən Oktay T.Quliyevə qarşı irəli sürülmüş ittihamın əsassızlığı, cinayətin törədilməsində onun bu ittiham üzrə təqsirsiliyini təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq onun əməli düzgün tövsif olunmayıb”.

Nizami Abasov onu da əlavə edib ki, cinayət işi üzrə toplanmış və məhkəmədə yoxlanılan sübutlarla cinayət hadisəsinin baş vermə faktı və halları təsdiq edilib: “Lakin, Oktay Quliyevin bu cinayət hadisəsi ilə əlaqəsi və ona istinad olunan cinayət əməlinin törədilməsində təqsirliliyi nəinki sübut olunmadı. Ona qarşı cinayət hüquq norması düzgün tətbiq olunmayıb. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsin əsasən qiymət verilməyib. Oktay Quliyevə verilmiş ittihamın əsasını 2004-cü ildə ləğv edilmiş Qanun təşkil edir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyatı səlahiyyətı 2004-cü ildə başqa bir orqana, Dövlət Reystr Xidmətinin Ərazi İdarələrinə verilib. Müdafiə tərəfi olaraq sübutlar haqqında mübahisə etmir, lakin təqsirləndirilən şəxsin əməlinin məhkəmə tərəfındən düzgün tövsif olmamasından narazıyıq. Məhkəmə tətbiq edilməli olan cinayət hüquq normasmı düzgün tətbiq etməyib”.

Vəkil çıxışının sonunda Oktay Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini, ona şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılmasını istəyib. Dövlət ittihamçısı Səyavuş Sadıqov isə apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edib. Tərəfləri dinləyən hakim heyəti sonda Oktay Quliyevin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vəzifəli şəxslər həbs edildi

    Vəzifəli şəxslər həbs edildi ...

    28-10-2013, 12:19

  • 
  • Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu

    Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu ...

    20-02-2015, 13:05

  • 
  • Həmyerlisini tutdurmaq istədi, özü həbs edildi

    Həmyerlisini tutdurmaq istədi, özü həbs edildi ...

    11-05-2016, 00:09

  • 
  • Vəzifə saxtakarlığında ittiham olunan şirkət direktoru bəraət aldı

    Vəzifə saxtakarlığında ittiham olunan şirkət ...

    12-09-2019, 12:28

  • 
  • İş adamının 303 minlik dələduzluğu: 9 il həbs cəzası

    İş adamının 303 minlik dələduzluğu: 9 il həbs ...

    9-07-2018, 12:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu