Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyevin, şöbənin baş məsləhətçisi Yusif Dadaşovla qabaqcadan əlbir olub rayon sakinindən 10.0 min manat rüşvət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oktay Quliyev və Yusif Dadaşov iş üzrə qeyd edilən maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?