GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qohumunu öldürən torpaq alverçisinin işinə yenidən baxılacaq

Qohumunu öldürən torpaq alverçisinin işinə yenidən baxılacaq

Tarix: 6-11-2015, 14:00 Bölmə :Ölkə Baxış: 0
Qohumunu öldürən torpaq alverçisinin işinə yenidən baxılacaq

Ali Məhkəmə Baş Prokurorluğun protestini təmin etdi

Ali Məhkəmədə Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Mirazad Mirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Mirazad Mirəliyev qaynı Fəxrəddin Baloğlanovun icarəyə götürərək işlətdiyi Hökməli-Qobu yolunun kənarında yerləşən “Vişnəlik” çayxanasında Telman Səfərəliyevlə birlikdə 2013-cü ildən torpaq alqı-satqısında vasitəçiliklə məşğul olub. Ancaq yeznə-qayın arasında narazılıq yaranıb.

Buna görə 2014-cü ilin əvvəlində Mirazad Mirəliyev Telman Səfərəliyevlə çayxanadan çıxaraq yolun əks tərəfində yerləşən bir otaqlı tikilidən ofis kimi istifadə edib. Bundan sonra həmin çayxanada torpaq alqı-satqısı ilə Mirazad Mirəliyevin yaxın qohumu Mürvət Səfərov və Fəxrəddin Baloğlanov məşğul olmağa başlayıblar. Bu səbəbdən onların arasında münaqişəli münasibətlər yaranıb.

2014-cü il aprelin 22-də Mirazad Mirəliyev müştərilərlə söhbətləşdiyi zaman Mürvət onu növbəti dəfə hədələyib. Əsəbləşən Mirazad yolu keçib Fəxrəddin Baloğlanova məxsus çayxanaya gəlib, Mürvəti qohumu Malik Səfərəliyevlə çay içən görüb. O, Mürvətdən nə üçün onu söyüb-təhqir etdiyini soruşub. Mürvət ona “yaxşı edirəm, dur, burdan rədd ol” deyə cavab verib. 10 il cəza və narazılıq Bu zaman Mürvət bıçaqla Mirazadı vurmaq istəyib. Özünü itirən Mirazad çayxanadan çıxıb. Malik Səfərəliyev və həmin vaxt çayxanada olmuş Əkrəm Məmmədov Mürvəti saxlayaraq sakitləşdirmək istəyiblər. Buna baxmayaraq, Mürvət onların əlindən çıxıb və bıçaqla Mirazadın üstünə cumub. Mirazad özündə olan bıçaqla Mirvəti vuraraq öldürüb.

İstintaq orqanı Mirazad Mirəliyevi Cinayət Məcəlləsininm 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsi Mirazad Mirəliyevə 10 il cəza kəsib. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib, Mirazad Mirəliyevə daha ağır cəza verilməsini xahiş edib. Həmçinin Mirazad Mirəliyevin vəkili Mirzəmməd Rəhimov apelyasiya şikayəti verib və müdafiə etdiyi şəxsin əməlinin

Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və ona həmin maddə üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyinini xahiş edib.

Sumqayıt Apelyasiya Məhkəməsində tərəflərin şikayətinə baxan hakim heyəti qərar elan edib. Qərara görə, Mirazad Mirələmovun əməli Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilib və cəzası 2 ilə endirilib. Prokurorluğun protesti isə təmin edilməyib. Buna görə də prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib.

Prokurorluğun protestinə hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorluğun protestinin təmin edilməsi barədə qərar qəbul edib. Hakim heyəti Sumqayıt Apelyasiya Məhkəməsinin Mirazad Mirələmovun barəsində çıxardığı qərarı ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qubada yeznə qaynı bıçaqladı

    Qubada yeznə qaynı bıçaqladı ...

    18-07-2013, 09:06

  • 
  • Əxlaqsızlıq yuvası saxlayan kişinin işinə yenidən baxılacaq

    Əxlaqsızlıq yuvası saxlayan kişinin işinə yenidən ...

    7-12-2015, 16:01

  • 
  • Əli Mirəliyev İlhamə Quliyevanın ölüm səbəbindən danışdı - YENİLƏNİB

    Əli Mirəliyev İlhamə Quliyevanın ölüm səbəbindən ...

    25-02-2016, 14:26

  • 
  • “Hökm mötəbər sübutlara deyil, ancaq fərziyələrə əsaslanaraq çıxarılıb”

    “Hökm mötəbər sübutlara deyil, ancaq fərziyələrə ...

    12-04-2015, 23:47

  • 
  • Əli Mirəliyev İlhamə Quliyevanın "qara bayram"ından danışdı

    Əli Mirəliyev İlhamə Quliyevanın "qara ...

    8-03-2016, 12:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu