GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Növbə Əli Əsədova çatdı

Növbə Əli Əsədova çatdı

Tarix: 6-11-2015, 14:13 Bölmə :Ölkə Baxış: 0
Növbə Əli Əsədova çatdı

Eldar Mahmudov Ramiz Mehdiyevə niyə düşmən kəsilmişdi?
Prezident Administrasiya rəhbərinin müavini, prezidenti iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun xanımı çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutundan çıxarılıb. Redaksiyamıza daxil olan məlumata görə, bu olay Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən bir neçə gün sonra baş verib. Iddialara görə, Əli Əsədovun xanımının işdən çıxarılması da “MTN işi” ilə bağlıdır. Məlumat üçün deyək ki, Əli Əsədov Eldar Mahumdovun yaxın qohumudur. Eldar Mahmudovun nazir təyin olunmasında da böyük rolu olub. Lakin “MTN işi” ilə əlaqədar artıq o da hədəfə gəlib.
Məlumata görə, Əli Əsədov ölkə başçısının yanında etimadını hələ Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə itiribmiş. Qeyd edək ki, Bakının abadlıq-quruculuq işləri Əli Əsədovun nəzarətində olub. Bu səbəbdəndir ki, Ilham Əliyev paytaxtda görülən abadlıq-quruculuq işlərilə tanış olarkən, yaxud açılış edərkən onu Bakının icra başçısı deyil, Əli Əsədov müşayiət edib.
Məlumatda bildirilir ki, artıq o, “vurulmuş” kadr sayılır. Bunun rəsmiləşdirilməsi gün məsələsidir.
Eldar Mahmudovun özü ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bildirilir ki, Eldar Mahmudovun iddiası o qədər böyük olub ki, o, zaman-zaman daxili işlər naziri Ramil Usubova, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə hücumlar edib. Keçmiş MTN şefinin xüsusilə Ramiz Mehdiyevlə münasibətləri gərgin olub. Bunun bir səbəbi Ramil Usubov faktoru olub. Mahmudov Usubova qarşı hücumlarında Ramiz Mehdiyevi maneə kimi görüb. Başqa bir səbəb isə PA rəhbərinin 2009-cu ilin dekabrında “Azərbaycan” qəzetində işıq üzü görə “Ictimai və humanitar elmlər: konteksində baxış” başlıqlı məqaləsi olub. Ramiz Mehdiyev Həmin məqalədə vaxtilə Eldar Mahmudovun atası Əhməd Mahmudovun hansısa kitabın nəşri ilə bağlı məsələyə görə mərhum Heydər Əliyevin qəzəbinə gəldiyini yazıb. Ramiz Mehdiyev ad çəkməsədə, bu məsələdən xəbərdar olanlar söhbətin kimdən getdiyini biliblər. Həmçinin Eldar Mahmudov da PA rəhbərinin məhz onun atasını nəzərdə tutduğunu bilib. Bu baxımdan keçmiş MTN şefinin göstərişilə yazı “yoxa” çıxarılıb. Bundan sonra Eldar Mahmudov ən müxtəlif məsələlərdə Ramiz Mehdiyevə davamlı hücumlar edib.
***
Bu arada MTN generalı Hilal Əsədovla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Mənbənin məlumatına görə, rəsmi olaraq “iş başında” olduğu iddia edilən Hilal Əsədov əslindəməhşər ayağındadır: “Məlum olduğu kimi, bundan bir müddət öncə MTN generalı HilalƏsədovun ”iş başında” olduğu ilə bağlı rəsmi məlumat verilmişdi. Həqiqətdə isə Hilal Əsədovun “iş başında” olduğu ilə bağlı verilən bu açıqlamanı yalnız qismən həqiqət kimi qəbul etmək olar. Belə ki, Hilal Əsədov əvvəllər olduğu kimi bu gün də həqiqətən MTN-ə gələrək öz kabinetindəəyləşir. Lakin “MTN işi”ndən öncəki dönəmlərdən fərqli olaraq, Hilal Əsədov qurum daxilindəheç bir faktiki səlahiyyətə sahib deyil. Hilal Əsədovun gün ərzində gördüyü yeganə “iş” MTN-dəI müavin postunda əyləşən Mədət Quliyevə hesabat vermək, arxivdəki saysız-hesabsız əsassız sənədlərlə bağlı onun suallarını cavablandırmaq, iradlarını dinləməkdir. Hansı ki, bu sənədlər qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməyib və onda həm forma, həm də mahiyyət etibari ilə ciddi pozuntular mövcuddur”.
Mənbə Hilal Əsədovun xaricə çıxışının da yasaqlandığını bildirib. Bilgili qaynağın sözlərinə görə, Hilal Əsədovun xaricə çıxışına yalnız “lazım gəldiyi təqdirdə”, “xüsusi mühafizəçilərin yaxın müşayiəti ilə” icazə var ki, bu da MTN generalının faktiki olaraq fəxri əsir statusuna malik olduğunu göstərir. Başqa sözlə desək, H.Əsədovun bugünkü durumunu işinin başında olan generaldan daha çox, yol verdiyi nöqsanlara görə məhşər ayağına çəkilən müqəssir kimi dəyərləndirmək mövcud reallıq baxımından daha məntiqli görünür.
***
Aznews.az saytı isə məlumat yayıb ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı həbs olunub. Məlumata görə, “Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisi Dəmir Abdullayev ötən həftə saxlanılıb. Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə də Badamdardakı 3 mərtəbəli “Avtomobil dünyası”nın sahibidir) olan “Ağdamlı Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş.
Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz “Ağdamlı Dəmir” “əridirmiş”. Bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər “Ağdamlı Dəmir”ə yönləndirilib. Bundan başqa həm də “Ağdamlı Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş.
Qeyd olunur ki, “Ağdamlı Dəmir”in nazirlə çox yaxın münasibətləri olub. Elə bu münasibətlərəgörə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib.
Ağdamlı Dəmir isə məlumatın əsassız olduğunu deyib. “Məni heç kim heç bir yerə sorğu-suala çağırmayıb, heç bir istintaqa cəlb olunmamışam. Hazırda da öz işimin başındayam”, – deyə“Report”a açıqlamasında bildirib.
Dəmir Abdullayev əlavə edib ki, bu xarakterli təsdiqlənməmiş məlumatlar onun şəxsi biznesinəxələl gətirə bilər: “Müxtəlif müştərilərim yanında olan etibarıma zərər vura bilər”.
O qeyd edib ki, Bakıdan yalnız bir neçə gün qabaq Gəncə şəhərində yas mərasimində iştirak etmək üçün ayrılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Eldar Mahmudovun “Xaç Atası” da vurulur…

    Eldar Mahmudovun “Xaç Atası” da vurulur… ...

    21-10-2015, 17:19

  • 
  • İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK EDİR - Eldar Mahmudov evindədir…

    İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK ...

    19-10-2015, 17:36

  • 
  • Eldar Mahmudov öldü?

    Eldar Mahmudov öldü? ...

    17-06-2016, 22:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu