Türkiyəli aktyor Kerem Bursin Serenay Sarıkaya ilə 200 min lirə qarşılığında eşq yaşadığı iddiasına cavab verib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Bursin birlikdə çəkildikləri reklam çarxının daha da məşhurlaşması üçün planlaşdırılmış şəkildə sevgili olduqları xəbərlərinə əsəbiləşib.
"Bu mənasız ssenarilər hardan çıxır başa düşmürəm. Bunları kim deyir? Belə bir təklif gəlsə də, razılaşmaram. Yalan", - deyə Kerem bildirib.
Boksla məşğul olmağa başlayan Bursin bunun yeni layihəsi ilə əlaqədar olmadığını deyib. O, yeni işində məşhur ulduzu canlandıracağını söyləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?