GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hacıyevin 70 milyonluq «barama» əməliyyatı

Hacıyevin 70 milyonluq «barama» əməliyyatı

Tarix: 11-11-2015, 18:19 Bölmə :Ölkə Baxış: 0
Hacıyevin 70 milyonluq «barama» əməliyyatı

"Şəki-İpək" ASC ətrafında nələr baş verir?
Deyəsən, Azərbaycan Beynəlxalq Bankının (ABB) "kredit əməliyyatı" adıçəkilən müəssisəyə qədər uzanır. Belə ki, ötən həftə ASC işçilərinin ixtisar olunması barədə mətbuatda məlumat yer aldı. Şəkidə yerləşən "İpəkçi" qəzetinin yazdığına görə, "Şəki-İpək" ASC rəhbərliyi artıq ipəkçiliyi rəsmən ləğv edib. Bununla az işçi qüvvəsi tələb olunan pambıq sap istehsalına keçməyə qərar verib. Hazırda 500 nəfərə yaxın işçi öz hesablarına məzuniyyətə göndərilib. Onların təqribən 400-ü işdən azad olunacaq.

200 min dollar necə mənimsənilib?

Müəssisə ətrafında nələrin baş verdiyini, niyə vəziyyətin bu həddə çatdığını bilmək üçün onun tarixçəsinə nəzər yetirmək yerinə düşərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Şəki İpək İstehsal Birliyində 7 min nəfərə qədər işçi çalışırdı. Həmin dövrdə Azərbaycanda hər barama mövsümündə 150 mindən artıq kəndli ailəsi ipək qurdu bəslənməsi və barama istehsalı ilə məşğul idi. Respublika üzrə il ərzində barama istehsalının həcmi 5-6 min tona çatmışdı. Bu isə nə qədər ailənin müəyyən qədər işlə təmin olunmasına yardım edirdi. Baxmayaraq ki, dövlətin buradan heç bir mənfəəti olmurdu, əhalinin məşğuliyyəti üçün müəssisəni saxlamaq məcburiyyətində idi. SSRİ-nin süqutundan sonra Şəki İstehsal İpək Birliyi tezliklə post-sovet məkanındakı potensial müştərilərini itirməyə başladı. Bununla da müəssisənin tədricən çöküşü başladı. İlk olaraq, filialları bağlandı, respublikada ipək qurdu bəslənməsi və barama istehsalı zəiflədi, işçilər isə ixtisar olundu.
1999-cu ildə Şəki İpək İstehsal Birliyi "Şəki-İpək" ASC olaraq təsis edildi. 2000-ci ildə isə baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında ipəkçiliyin bərpası üçün prezident səviyyəsində qərar qəbul edildi. Bununla bağlı Prezidentin Ehtiyat Fondundan indiki məzənnə ilə 200 min dollar vəsait ayrılıb.

Yerli qəzetlər bununla bağlı məqalələrdə yazır ki, o zaman Şəki şəhərinin sabiq icra başçısı Əşrəf Məmmədov hər vasitə ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış pulu mənimsəməyə çalışdı. Hətta bu korrupsiya halında ona himayədarlıq edənlərin arasında Milli Təhlükəsizlik Nazirliyinin məmurlarının da adı çəkilirdi. O zaman ASC-yə rəhbərliyə gətirilən Sabiq İmanovun fədakarlığı nəticəsində barama istehsalı və işçilərin sayını artırmaq mümkün olmuşdu.

Cahangir Hacıyevin adamı "Şəki-İpək" ASC-ni necə ələ keçirir?

Lakin müəssisə 2005-ci ildə özəlləşdirilməyə çıxarılandan sonra üzərini qara buludlar almağa başladı. Keçirilən müsabiqədə "Pərvanə" MMC adlı şirkət qalib olaraq, ASC-nin əsas səhmdarına çevrildi. İnternet üzərindən "Pərvanə" MMC haqqında axtarış versək də, geniş məlumat əldə edə bilmədik. Yalnız o məlumdur ki, şirkət Xəqani Bəşirova məxsusdur. Bu, həmin X.Bəşirovdur ki, adı Beynəlxalq Bankın məşhur "kredit" olaylarında çəkilir. "Azadlıq" radiosunun apardığı araşdırmalardan məlum olmuşdu ki, X.Bəşirov bankın sabiq rəhbəri Cahangir Hacıyevlə əlbir olaraq "Şəki-İpək" ASC kimi müəssisələr adından sui-istifadə edib kreditlər alaraq, dövlət vəsaitini, onların əmlakını mənimsəyiblər. Həmin araşdırmada qeyd edilir: "Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi ilə Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu "OCEANSTREAM İNC" şirkəti tərəfindən Azərbaycanda qeydiyyata alınmış "General Konstrakşn" MMC-nin təsisçilik hüququnu əldə edərək, "Xəzər Menecment Sistems" MMC, "Ceneral Konstrakşn" MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş "Aygün İnşaat", "Aqora", "Pərvanə", "Uni Oyl", "Alfa Layn", "Beta Layn", "Kondor Qrup" və "Siqma Layn" MMC-lər tərəfindən "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən (ABB) qanunsuz olaraq alınıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib".

Deməli, "Pərvanə" MMC vasitəsilə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev "Şəki-İpək" ASC-yə sahiblənir. Özəlləşdirmədən sonra müəssisədə bütün rəhbərlik kadrlar dəyişir, peşəkar mütəxəssislər işindən uzaqlaşdırılır. Elman Qarayev adlı şəxs rəhbərliyə gətirilir və onun adından Beynəlxalq Bankdan kredit "transfertlərinə" start verilir. Xaricə pul çıxarmağın ən yaxşı yollarından biri isə yerli istehsal olunan baramaların alınmasından imtina edərək, xaricdən idxala üstünlük verilməsi oldu. Bunun üçün isə Beynəlxalq Bankdan nə az, nə çox 50 milyon dollar civarında, illik 13 faizlə kredit götürüldü. Artıq müəssisənin borc girdabına düşdüyü ərəfədə Elman Qarayev uzaqlaşdırılaraq, onun yerinə "Marat Sultanoviç" kimi tanınan Qazaxıstan vətəndaşı, əslən özbək olan Marat Əkbərov ASC idarə heyəti sədrliyinə gətirilir. Səhmdar Cəmiyyətin 19 faiz payı isə özbəkli Nəbi Şadıyevə məxsus "Senat Associates" LTD şirkətinə satılır.

Müəssisənin Beynəlxalq Banka 70 milyon kredit borcu var

Müəssisə ətrafında gedən oyunlar isə özbək iş adamlarının "başında" çartlayır. Onların dövründə zərərlə işləyən müəssisə barama istehsalatını dayandırmalı olur. 2011-ci ildə isə özbəkləri ASC-dən kənarlaşdıraraq, naməlum səbəblərdən Azərbaycandan uzaqlaşdırırlar. M.Əkbərov və N.Şadıyev barəsində külli miqdarda vəsaitin mənimsənilməsi ittihamı ilə Azərbaycanda cinayət işi açılır və İnterpolun axtarışına verilir.

Maraqlı tərəflərdən biri odur ki, barəsində cinayət işi açılan şirkətin səhmləri hələ də "Şəki-İpək" ASC-də qalır, "Pərvanə" MMC-nin adı isə çəkilmir. Azərbaycan mətbuatında yer alan məlumatlara görə, M.Əkbərov səhmləri götürərək, ölkədən qaçıb. Təbii ki, bu iddia bir qədər absurd görünə bilər. Sadəcə olaraq, özbəklərin öz səhm payını heç kimə vermək niyyətləri yoxdur. Ona görə də 19 faiz onların pay hüququ olaraq qalır.

2014-cü ilin məlumatına görə, ASC-nin səhmlərinin 80 faizi "General Kontrakşn", 19 faizi "Senat Associates" LTD, 0.3-0.4 faizi isə fiziki şəxslərə məxsusdur. İlk baxışdan "Pərvanə" MMC-nin adı görünməsə də, yuxarıda da qeyd etdiyimiz kimi bu şirkət Xəqani Bəşirovun ""General Kontrakşn"ına aid bir şirkətdir. Sadəcə olaraq, payçı şirkətlərin adları dəyişib, sahiblər isə eynidir. Səhmdar Cəmiyyətin kiçik payçıları bildirir ki, şirkətin hazırda kredit borcu rəsmi olaraq 70 milyon manat göstərilsə də, əslində daha çoxdur. İldə cəmi 6 milyon manatlıq məhsul istehsal edən bir müəssisə üçün həmin kreditin faizini belə ödəmək çətindir. Ona görə də 70 milyon Beynəlxalq Bankın problemli kreditləri sırasındadır. Bu ilin martında bankdakı "kredit" əməliyyatından sonra müəssisəyə kreditlərin verilməsi dayandırılıb. Xammal almağa pulu olmayan ASC-nin sexləri bir-bir bağlanır.

Məhz bu səbəbdən bu ilin avqust ayının əvvəlində "Şəki-İpək" ASC-nin Baş müəssisəsinin istehsalat və sexlərində iş tamamilə dayandırılmışdı. Bir müddət sonra Pambıq əyrici istehsalatında istehsal bərpa edilsə də, digər istehsalat və sexlər xammalın olmaması səbəbindən işləmədi.
İndisə rəhbərlik ipəkçiliyi ləğv edərək, pambıq sapı istehsal edəcəyini bildirib. Bu isə 500 nəfər deyil, ən çoxu 70-80 nəfər tələb olunan bir sahədir.

Məsələn, yazılanları əsas gətirsək "Şəki-İpək" ASC rəhbərliyi məcbur olub Baş müəssisənin 1 ha sahəsi olan 2 № Toxucu İstehsalatındakı toxucu dəzgahlarını metalloma qəpik-quruşa satır, həmin dəzgahların yerində pambıq sap istehsal etmək üçün dəzgahlar quraşdırır. "Şəki-İpək" ASC istehsal etdiyi sapı Rusiyaya ixrac edə bilsə də, şirkətə həmin sapdan parça toxunmasına icazə verilmir.

Əslində, indiyədək ABB ətrafında baş verən hadisələr göstərirdi ki, bu tip müəssisələr qəsdən borclandırılır, ASC-lər ləğv edilir və əmlakları mənimsənilir. "Şəki-İpək" ASC-nin də hazırkı borcu və istehsal həcmi elə bir həddə çatıb ki, ləğvinə doğru prosesin getdiyini deyə bilərik. Prezident İlham Əliyevin Beynəlxalq Bankın problemli kreditlərlə bağlı maliyyə vəziyyətinin sağlamlaşdırılması barədə sərəncamından sonra sözügedən ASC-nin maliyyə əməliyyatları öncə "Technique bank", daha sonra "AqroBank"a həvalə olundu. Lakin "AqroBank" müəssisənin borcunun dəyərindən çox olduğunu əsas gətirərək maliyyə əməliyyatlarını həyata keçirməkdən imtina edib. Maraqlıdır ki, kiçik bir müəssisə ətrafında bu qədər yeyinti olduğu halda, kimsə cəzalandırılmadı.(bizimyol.info)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əli Əsədov Artur Rasi-zadənin imzaladığı qərarları ləğv etdi

    Əli Əsədov Artur Rasi-zadənin imzaladığı ...

    2-09-2020, 20:21

  • 
  • İlham Əliyev Qaxda müşavirə keçirir - Foto

    İlham Əliyev Qaxda müşavirə keçirir - Foto ...

    4-08-2017, 11:57

  • 
  • "Aztelekom" Göyçay TKQ-nın zirzəmisində barama yetişdirməyə davam edir - İLGİNC FAKT

    "Aztelekom" Göyçay TKQ-nın zirzəmisində ...

    2-06-2021, 10:47

  • 
  • Dövlət Xəzinadarlıq Agentliyinin adı QALMAQALDA... - İTTİHAM

    Dövlət Xəzinadarlıq Agentliyinin adı ...

    3-09-2020, 13:23

  • 
  • “Azerboru”da böyük ixtisar

    “Azerboru”da böyük ixtisar ...

    30-07-2015, 23:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu