GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudovun Azərbaycanda şəbəkələşmiş qorxunc komandası...

Eldar Mahmudovun Azərbaycanda şəbəkələşmiş qorxunc komandası...

Tarix: 12-11-2015, 12:35 Bölmə :Ölkə Baxış: 0
Eldar Mahmudovun Azərbaycanda şəbəkələşmiş qorxunc komandası...

Sabirabad rayonundan oxucumuz Kamil Lətifov Moderator.az - a olduqca maraqlı bir məktub göndərib. Həmin yazıdan bəlli olur ki, müəllif ittiham etdiyi şəxslər barədə kifayət qədər məlumata sahibdir və bunların ictimailəşməsini, prokurorluq orqanlarının araşdırma aparmasını istəyir. İttihamlarla bağlı hər hansı dəqiqləşdirmə aparmaq imkanımız olmadığından bəri başdan qarşı tərəfə də cavab haqqı tanıdığımzı bildiririk:

“Hörmətli “Moderator.az”!

Bu yaxınlarda saytınızda MTN - nin keçmiş naziri Eldar Mahmudov və onun ətrafı haqqında tuthatut xəbərlərini oxudum. Artıq vərdiş etmişik, Sabirabadda hətta kafe və restoranlarda əyləşib istirahət edənlər ilk növbədə bir - birindən təzə tutulanın olub - olmadığını soruşurlar. Hətta tərif kimi çıxmasın, kimsə “sveji” xəbər deyirsə, hamı bir ağızdan ““Moderator” yazıbsa, deməli düzdür!” deyir.

Əlbəttə, Eldar Mahmudovun komandası Prezidentə, onun yürütdüyü siyasətə kölgə saldı, balta vurdu. Belələrinin bütün fəaliyyət sferası öyrənilməlidir. Çünki onların yerlərdəki dəstəkçiləri də az deyil. Məsələn, mən Sabirabadın lap mərkəzindəki kafelərdən birində çalışıram və informasiya mübadiləsində çoxları ilə ünsiyyətim olur.
Amma hələ də bir sıra suallar bizi narahat edir. Məsələn, mən də bilirəm ki, rəhmətlik Prezident Heydər Əliyev özünə xəyanət etmiş bəzi məmurları əfv edirdi, bağışlayırdı, amma dövlətimizə xəyanət edəni necə bağışlayasan və böyük şəxsiyyət belələrini bağışlamırdı. Sabirabadın keçmiş icra başçısı var idi, Vaqif Şıxəliyev. Sabirabad
camaatı bilir ki, Ulu öndər Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilən Vaqif Şıxəliyev prezidentin etimadını heç bir il yarıtmadı. Necə ki, Eldar Mahmudov və onun komandası prezident İlham Əliyevin etimadını bada verdilər. Təsəvvür edin, Vaqif Şıxəliyev belə bir vacib vəzifədə duruş gətirmədi və Heydər Əliyevin Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən qovuldu.

Amma hamı bilirdi ki, onun və digər qardaşı, hazırda Beyləqanın rəisi olan Füzuli Şıxəliyevin MTN naziri E.Mahmudovla yaxınlığı onların bəzi lazımsız işlərdə karına gəlirdi. Məsələn, bütün Sabirabad əhli onu da bilir ki, Vaqif Şıxəliyev hər yerdə özünü DİN rəhbəri Ramil Usubovun, Füzuli Şıxəliyev isə MTN şefi Eldar Mahmudovun adamı kimi özlərini təqdim edib. Bu elə quru söz deyil. Məsələn, F. Şıxəliyev Eldar Mahmudov DİN - də “İCQMİ”nin rəisi olanda onun sağ əli olmuşdu... Onlar bir yerdə işləmişdilər. Bu yaxınlarda mətbuatda bu barədə daha maraqlı məlumat oxuduq. Məsələn, Şıxəliyevlərin MTN - lə əlaqələrinə dair çox maraqlı bir fakt:

Azərbaycan MTN - i 2012 - ci ildə Füzuli və Vaqif Şıxəliyevlərin doğma qardaşı oğlu Nurəli Şıxəliyevi narkotik qaçaqmalçılığına görə həbs etdi. Həmin rəsmi məlumat MTN - nin bu gün də rəsmi saytında var. Məlumat belədir: «Azərbaycanda narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər ifşa edildilər” başlıqlı, MTN-nin rəsmi məlumatında yazılır:
“Azərbaycanda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib. Milli
Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin məlumata görə, onlardan ümumilikdə 20 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Şahverdiyev Baba Zakir oğlu, Əliyev Ceyhun Firudin oğlu, Şıxəliyev Nurəli Əliabbas oğlu, Həsənov İlham Sumbat oğlu,
Bayramov Elşən Güloğlan oğlu və Heydərova Günel Rəhim qızı saxlanılıblar. Məlum olub ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyası istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli
keçirib Azərbaycan Respublikasına gətiriblər. Müəyyən edilib ki, Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov, Günel Heydərova və qeyriləri cinayət əlaqəsinə girərək Rusiya Federasiyasının Moskva şəhərində külli miqdarda narkotik vasitə olan 125,46 qram kokain və sintetik narkotik vasitə olan 72,83 qram metadon əldə ediblər. Qrupun üzvləri həmin narkotik vasitələri “DVD player”in içərisində gizlədib “Moskva-Bakı-Moskva” reysi üzrə hərəkət edən “İkarus” markalı avtobusla “Samur” gömrük məntəqəsindən gizli keçirərək Bakı şəhərinə gətirərkən cinayət başında yaxalanıblar. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir”.

Təsəvvür edirsinizmi, Nurəli Şıxəliyev bu qədər narkotikə görə bir necə aydan sonra buraxıldı, amma qalanlar "srok"a verildi. Bu necə baş vermişdir? Təbii ki, bu, Füzuli və Vaqif Şıxəliyevlərin MTN-nin keçmiş rəhbəri E. Mahmudovla sıx yaxınlığının nəticəsi ola bilərdi.

Bunu da qoyaq bir kənara, biz heç də inanmırıq ki, Vaqif Şıxəliyevin hər yerdə danışdığı kimi, nazir Ramil Usubovla yaxın münasibəti ola bilər. Amma bir fakt diqqəti çəkir: bu gün Vaqif Şıxəliyevin polis orqanlarında görün nə qədər qardaşı, doğmaları yüksək vəzifə tutur: təəccüblənməyin, Azərbaycanın təkcə polis orqanlarında Şıxəliyev
soyadını daşıyan 10-a yaxın şəxs çalışır. Məsələn: V.Şıxəliyevin qardaşı Mirəli Şıxəliyev DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin tabeliyində olan Sumqayıt «MERO»nun rəisidir. Digər qardaşı Vidadi Şıxəliyev uzun illərdir Sabirabadda Yol Polisi Bölməsinin rəisi olub, bu yaxınlarda təqaüdə çıxıb. Digər qardaş Füzuli Şıxəliyev hazırda
Beyləqan RPŞ-nin rəisidir (keçmiş MTN naziri Eldar Mahmudovun yaxın adamı). Rəis Füzuli Şıxəliyevin oğlu Hacalı Şıxəliyev Saatlı RPŞ-də təhqiqatçıdır. Vaqif Şıxəliyevin oğlu Anar Şıxəliyev Binəqədi rayon RPİ-nin 5-ci polis bölməsinin rəisidir. Onun əmisi oğlu Tural Şıxəliyev Rusiyada Polis Akademiyasını bitirib, qohumlarının sözlərinə görə artıq polis orqanlarında yeni vəzifəyə təyin olunub. Onun qardaşı Sahil Şıxəliyev Saatlı RPŞ-də CAB-ın baş əməliyyatçısıdır. Onun da əmisi oğlu Fuad Şıxəliyev Beyləqan RPŞ-də polis əməkdaşıdır. Onun əmisi oğlu Asif Şıxəliyev isə Nərimanov rayon Prokurorluğunda prokuror köməkçisidir. O, MTN-nin 2012-ci ildə narkotiklə həbs olunmuş Nurəli Şıxəliyevin qardaşıdır. Amma mənim yaxın qohumum Füzuli Şıxəliyevin əvvəlki iş yerində əməkdaşı olmuşdu və onu işdən qovdu ki, qohumları ətrafına toplasın.

Bəli, MTN naziri Eldar Mahmudovun Şıxəliyevlərlə yaxınlığı o dərəcədə olub ki, hətta Eldar Mahmudov Vaqif Şıxəliyevin oğlu Elmar Şıxəliyevi MTN-də məsul vəzifəyə də təyin etmişdir. Lakin nə sirdirsə, bir müddət sonra Eldar Mahmudov bu qədər yaxın münasibətə baxmayaraq Elmar Şıxəliyev MTN-dəki vəzifəsindən qovdu... Amma onu guya öz ərizəsi ilə işdən çıxardıqlarını sənədləşdirdilər. Amma bütün Sabirabad bunun əsil səbəbini yaxşı bilir... Amma ən maraqlısı budur ki, Sabirabadda xəbər yayılıb ki, Vaqif Şıxəliyevə görə Daşkəsənin icra başçısı Əhəd Abiyevi Bakıya çağırıblar. Səbəb isə odur ki, Elmar Şıxəliyev Daşkəsən RİH-də hüquq şöbəsinin müdiri vəzifəsinə
təyin edilib. MTN kimi bir qurumdan qalmaqalla işdən çıxarılmış bu şəxs dövlət qulluğu olan bu vəzifəyə təyin olunarkən neçə olub ki, Dövlət Qulluğu Komissiyasının test yoxlamasından tərtəmiz keçib? Odur ki, Əhəd Abiyevin də bu qalmaqallı vəzifəyə təyinatda rolu olduğunu deyirlər. Çünki onun təqdimatı bu işdə əsas pol oynayıb. Daşkəsən RİH-nin rəsmi saytında bu təyinatın izini asanca görə bilərsiniz.

Hörmətli “Moderator.az”! Bunları yazmaqda məqsədimiz heç də kiminsə vəzifəsinin paxıllığını çəkmək deyil. Amma biz də bilmək istəyirik ki, niyə, məsələn, mənim qohumlarımdan 5-i ali hüquq təhsilli olduğu halda (onların 3-ü Rusiyada ali təhsil alıb) polis və ya prokurorluq orqanlarında işə düşələ bilmirlər, amma təkcə bir ailədən
10-dan çox adam asan yolla yüksək vəzifə tuturlar? Hətta onu da deyim ki, V. Şıxəliyev Bakıda bir bazarın, qudası M.İbrahimov isə başqa bir bazarın sahibidir. Göründüyü kimi, bu qohumlar nazir R.Usubovun, Eldar Mahmudovun imkanlarından necə istifadə edirlər. Deyəsən, bu xəmir hələ çox su aparacaq...”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudovun daha bir vəzifəli qohumu hədəfdə - YOXLAMALAR BAŞLADI

    Eldar Mahmudovun daha bir vəzifəli qohumu hədəfdə ...

    20-10-2015, 19:34

  • 
  • Eldar Mahmudov meydan oxuyur

    Eldar Mahmudov meydan oxuyur ...

    26-11-2016, 00:45

  • 
  • Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb?

    Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb? ...

    16-11-2015, 12:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu