Dünən Bakıda gənc oğlanın əmisi oğlunun başını kəsməsi barədə xəbər vermişdik.
gundemxeber.az criminal.az-a istinadən xəbər verir ki, dəhşətli qətl dünən səhər saatlarında Nizami rayonu, Qara Qarayev prospektində törədilmişdi.
Əldə etdiyimiz məlumata görə, 23 yaşlı Elnur Nəsirov əmisi oğlu Elşəni amansızlıqla öldürmüşdü. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilsə də, ətraflı açıqlama verilmir.
Criminal.az-a daxil olan məlumata görə, E.Nəsirov Azərbaycan Texniki Universitetinin Sənayenin Təşkili və İdarəolunması fakültəsinin II kurs tələbəsidir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?